Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-275/2024 20.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 2010-cu ilin martında, həmin ilin noyabrında və 2013-cü ilin mayında ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs olan QSC “Bank Standart” KB ilə iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq elə həmin tarixli ipoteka müqaviləsi ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 12 ay olmuş və həmin kredit müqaviləsinin müddəti 18 mart 2009-cu il tarixində bitmişdir ki, həmin dövrdə də onun bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi qalmamışdır. Öhdəliyin təminatı qismində aralarında bağlanmış ipoteka müqaviləsinin də müddəti 12 ay olmuş və həmin müddətdə 18 mart 2009-cu il tarixində başa çatmışdır. Müstəqil xarakter daşımayan və əsas öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyan ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. Yalnız bundan sonra ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan o qüvvəyə minir və yalnız bundan sonra əsas öhdəliyin icrasının təminatı kimi çıxış edir. İddiaçı ilə QSC “Bank Standart” KB arasında bağlanmış 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinin müddəti 18 mart 2009-cu ildə bitmiş və həmin müqavilə onun qüvvədə olduğu müddət ərzində dövlət qeydiyyatına alınmamışdır. Lakin QSC “Bank Standart” KB sonradan 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində müddəti bitmiş ipoteka müqaviləsinə əlavə qeydiyyatlar aparmaqla ona məxsus əmlakı əsassız olaraq yüklü etmişdir ki, bunun da nəticəsində onun öz əmlakından sərbəst istifadə etmək və ona dair sərəncam vermək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır.İddiaçı qeyd olunan qeydlərin ləğv edilməsi ilə bağlı cavabdeh orqana müvafiq müracitələr etsə də, müraciəti təmin edilməmişdir, odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X3 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisənin (Şamot tozu istehsalat sahəsi) hüquqi vəziyyəti barədə sorğu ilə İddiaçı 11 mart 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinin icrası 17 mart 2016-cı il tarixli, **********34 saylı məktubla təmin olunmuşdur. Bundan sonra o, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi ilə əlaqədar 12 mart 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinin icrası 28 mart 2016-cı il tarixli, **********54 saylı məktubla təmin olunmamışdır. Belə ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 005333 qeydiyyat nömrəli, 06 iyun 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə İddiaçı adına 12 aprel 2006-cı il tarxində ********* qeydiyyat nömrəsi ilə daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-201 reyestr nömrəli 03 may 2006-ci i| tarix|i ipoteka müqaviləsi əsasında mənzil üzərində 04 may 2006-cı il tarixdə “Turanbank" ASC-nin xeyrinə ipotekanın qeydiyyatı apanlmışdır. Bankın əmlak üzərində yüklülüyün ləğv edilməsinə dair 09 nömrəli 18 yanvar 2008-ci il tarixli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində ipotekanın ləğvinə dair müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 000945 qeydiyyat nömrəli, 14 yanvar 2008-ci il tarixli şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə Fərziyev Şahverən yəhya oğlunun adına 23 yanvar 2008-ci il tarxində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun 3M-2-429 reyestr nömrəli 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 12 mart 2010-cu il tarixdə QSC "Bank Standart” KB-nın xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-882 reyestr nömrəli 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 X5 əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 01 dekabr 2010-cu il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-118 reyestr nömrəli 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 X5 əsasında əmlak kompleks kimi müəssisə Şamot tozu istehsalat sahəsi) üzərində 24 fevral 2011-ci il tarixdə QSC “Bank Standart” KB- ın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-234 reyestr nömrəli 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 X5 əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 09 aprel 2011-ci il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Bankın 11/7888 saylı 12 dekabr 2012-ci il tarixli məktubu əsasında əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M/38 reyestr nömrəli 18 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinə 04 X5 əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 24 yanvar 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-445 reyestr nömrəli 02 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 X5 əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 07 may 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası “İpoteka Haqqında” Qanunun 15.1-ci və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanununun 20.4-cü maddələrinə əsasən ipotekanın dövlət qeydiyyatının ləğvi ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Hazırki iş üzrə ipotekanın dövlət qeydiyyatının ləğvi ilə əlaqədar hər hansı hüquq müəyyənedici əsas iddia əriəsinə əlavə edilməmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: MH seriyalı, ******* saylı, 23 yanvar 2008-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”; ********** saylı, 18 mart 2008-ci il tarixli kredit müqaviləsi; ********** saylı, 18 mart 2008-ci il tarixli kredit müqaviləsinə 01 saylı, 25 noyabr 2010-cu il tarixli; 02 saylı, 17 fevral 2011-ci il tarixli; 03 saylı, 05 aprel 2011-ci il tarixli; 06 saylı, 02 may 2013-cü il tarixli əlavə sazişlər; cavabdeh orqan tərəfindən iddiaçıya ünvalanmış 17 mart 2016-cı il tarixli məktub və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesində yerləşən 991.5 kv.m sahəsi olan əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində İddiaçı mülkiyyət hüququ MH seriyalı, ******* saylı, 23 yanvar 2008-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddiaçı ilə üçüncü şəxs QSC “Bank Standart” Kommersiya Bankı arasında ********** saylı, 18 mart 2008-ci il tarixli kredit və ipoteka müqavilələri bağlanmışdır, həmin müqavilə əsasında iddiaçıya məxsus əmlak - Sumqayıt şəhəri, Bakı-Rostov şossesində yerləşən 991.5 kv.m sahəsi olan əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə sonradan əlavə sazişlər bağlanmış və əmlakın ipoteka yüklülüyü müxtəlif tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdeh tərəfindən ona məxsus əmlaka dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində aparılmış qeydlərin ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, ********** saylı, 18 mart 2008-ci il tarixli kredit müqaviləsi və xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır, həmin müqavilə əsasında iddiaçıya məxsus əmlak - Sumqayıt şəhəri, Bakı-Rostov şossesində yerləşən 991.5 kv.m sahəsi olan əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipoteka ilə yüklü edilmişdir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi 12 ay müddətinə bağlanmış, yəni, müqavilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuşdur. Lakin, əsas kredit müqaviləsinin müddəti bitsə də, ipoteka üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Eyni zamanda əsas kredit müqaviləsi üzrə bağlanılmış ipoteka müqaviləsi də xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətdə (12 ay) qüvvədə olmuşdur. Qeyd olunan hal artıq ipoteka ilə yüklü edilmiş əmlakın qanuna zidd qaydada yüklü edildiyinə əsas verir. Sonradan xx.xx.2010-cu il tarixində xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə 01 X5 bağlanılmışdır. Həmin 01 X5 üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Sonradan xx.xx.2011-ci il tarixində xx.xx.2008-ci il tarixli kredit müqaviləsi, xx.xx.2011-ci il tarixində isə ipoteka müqaviləsi üzrə 02 X5 bağlanılmışdır. Həmin 02 X5 üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Sonradan xx.xx.2011-ci il tarixində xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə 03 X5 bağlanılmışdır. Həmin 03 X5 üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 09.4.2011-ci il tarixdə qeydə alınmışdır. Sonradan xx.xx.2012-ci il tarixində xx.xx.2008-ci il tarixli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixində isə ipoteka müqaviləsi üzrə 04 X5 bağlanılmışdır. Həmin 04 X5 üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Sonradan xx.xx.2013-cü il tarixində xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə 05 X5 bağlanılmışdır. Lakin, həmin saziş üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. (cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavabı ilə müəyyən edilir). Eyni zamanda iş üzrə üçüncü şəxs QSC Bank Standart KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə xx.xx.2013-cü il tarixində 6 X5in bağlanıldığını və əmlakın daşınmaz ənlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində yüklü edildiyini bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edimişdir ki, xx.xx.2013-cü il tarixində 6 X5 əslində tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinə olan əlavədir. Belə ki, 02.5.2013-cü il tarixli 06 X5in mətnində səhvə yol verilərək xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əlavə qeyd edilsə də, sazişin 1.1-ci bəndində xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinə adi olduğu qeyd edilmişdir. Qeyd edilən hal RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da müəyyən edilir. Sonradan xx.xx.2014-cü il tarixində xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə 06 X5 bağlanılmışdır. Lakin, həmin saziş üzrə də yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. (cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavabı ilə müəyyən edilir). Nəticə etibarı ilə iddiaçı və bank arasında bağlanmış xx.xx.2008-ci il kredit müqaviləsinin müddəti bitdikdən sonra ilk dəfə xx.xx.2010-cu il tarixində əmlak üzrə yüklülük qeydə alınmış, daha sonra xx.xx.2010-cu il tarixli 01 X5 üzrə xx.xx.2010-cu il tarixində; xx.xx.2011-ci il tarixli 02 X5 üzrə xx.xx.2011-ci il tarixində; xx.xx.2011-ci il tarixli 03 X5 üzrə xx.xx.2011-ci il tarixində; xx.xx.2012-ci il tarixli 04 X5 üzrə xx.xx.2013-cü il tarixində əmlak üzrə yüklülük qeydə alınmışdır. Kredit müqaviləsi üzrə 05 saylı əlavə olmadan 06 saylı xx.xx.2014-cü il tarixli Əlavə saziş bağlanmış, lakin həmin saziş üzrə əmlakın yüklülüyü qeydə alınmamışdır. Göründüyü kimi iddiaçıya məxsus əmlakın yüklü edilməsinə dair hər hansı əsas mövcud olmadığından, hazırda onun yüklü vəziyyətdə qalması tamamilə əsassız olmaqla, iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına əsas olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən: 20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. 20.2. İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. 20.3. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. 20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. 20.6. İpotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən: 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. 11.4. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir. 11.5. Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan (kreditor) olduqda, onlar ipotekanın dövlət qeydiyyatı orqanında birgə ipoteka saxlayanlar kimi qeydə alınırlar. 11.6. Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. 11.7. İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun. Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 12.2. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. 12.3. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur: 12.3.1. ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti; 12.3.2. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 12.3-1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 12.4. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanına ipoteka kağızı və onun notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir. 12.4-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir. 12.5. Daşınar əşyanın rəsmi reyestrini aparan orqan ən geci 5 iş günü müddətində daşınar əşyanın ipotekasının dövlət qeydiyyatını aparır və reyestrdən çıxarışı ipoteka saxlayana təqdim edir. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər dövlət qeydiyyatı orqanında saxlanılır. 12.6. Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir. 12.7. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və xüsusi möhürü ilə təsdiq edilir və ipoteka saxlayana qaytarılır. 12.7-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir. 12.8. Qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dövlət qeydiyyatı orqanının arxivində saxlanılır. 12.9. Daşınar əşya üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair rəsmi reyestrdən arayış 3 təqvim günü müddətində hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına verilir. 12.10. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi barədə maraqlı şəxslərin ərizəsi təqdim edildiyi gündən ən geci 3 iş günü müddətində reyestrdə və ya reyestrdən çıxarışda düzəlişlər aparılır. 12.11. Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunun 13-cü maddəsinə görə: 13.1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 13.1.1. qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda (bu Qanunun 12.3- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 13.1.2. ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda. 13.2. İpoteka predmeti üzərində hüquqa dair məhkəmə mübahisəsi olduqda mübahisənin həll olunmasına qədər məhkəmənin qərarı əsasında daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı dayandırıla bilər. 13.3. Dövlət qeydiyyatından imtina və ya onun dayandırılması barədə qərar qəbul edildikdə qeydiyyat orqanı qeydiyyat üçün nəzərdə tutulan müddətdən gec olmayaraq imtinanın və ya dayandırılmanın səbəbləri barədə ərizəçiyə yazılı məlumat verməlidir. 13.4. Qeydiyyatdan imtina və ya dayandırılma ilə bağlı hallar aradan qaldırıldıqdan sonra ipoteka dövlət qeydiyyatına alınır. 13.5. İpotekanın dövlət qeydiyyatından əsassız imtina və ya dayandırılma ilə, yaxud ipotekanın qeydiyyatının qanunsuz aparılması ilə əlaqədar olaraq, maraqlı şəxsin inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır. Qanunun 14-cü maddəsinə əsasən: 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. 14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. 14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 14.3. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə dövlət qeydiyyatına alınır. 14.4. İpoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə dövlət qeydiyyatı ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə aparılır. 14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Qanunun 15-ci maddəsinə əsasən: 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 15.2. İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir. Qanunun 48-ci maddəsinə əsasən: 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva