Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2755/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı Qanuni nümayəndə1 (Sumqayıt şəhəri, 41-ci məhəllə,ev 2, mənzil 37-də yaşayan) iştirakı ilə, İddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 Cavabdehnə qarşı qızları İddiaçı soyadının “Əliyeva”-dan “Əlibəyli”-yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızları İddiaçı soyadının “Əliyeva”-dan “Əlibəyli”-yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Qanuni nümayəndə1 iddia tələbini müdafiə edərək izah etdi ki, övladları 29 may 2019-cu il təvəllüdlü İddiaçı soyadının “Əliyevadan “Əlibəyli”yə dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmişlər. Cavabdeh orqan 20 may 2022-ci il tarixli, 05/Q-83/62 nömrəli imtina məktubu ilə xahişlərini təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edilir. Byndan başqa iddiaçıların digər övladı xx.xx.2020-ci il təvəllüdlü İlhamın soyadı artıq “Əlibəyli” soyadına dəyişdirilmişdir və hazırda iki uşağın soyadlarının arasında fərq mövcuddur. Bu isə sənədləşmə işlərində və gələcəkdə uşaqlarının öz aralarında narahatlıq və suallar yaradacaqdır. Digər iddiaçı Qanuni nümayəndə2 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçı Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - AZ-İİ № 290203 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. -AZ İV- № 168000 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki,İddiaçı İlham qızı xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Qanuni nümayəndə1, ana qrafasında Qanuni nümayəndə2 qeyd edilmişdir. - AZ-İİİ № 577379 seriyalı xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2021-ci ildə Bakı şəhərində,anadan olmuşdur. Ata qrafasında Qanuni nümayəndə1, ana qrafasında Qanuni nümayəndə2 qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçı Qanuni nümayəndə1 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçıların uşağı Nəzrinin soyadının «Əliyev »dən «Əlibəyli» soyadına dəyişdirilməsi məqsədəuyğundur. Belə ki, Nəzrinin qardaşı İlham artıq Əlibəyli soyadını daşıyır. Uşaqların soyadının arasında fərqin olmaması üçün məhkəmə iddianınm təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 Cavabdehnə qarşı qızları İddiaçı soyadının “Əliyeva”-dan “Əlibəyli”-yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 övladı xx.xx.2019-cu il təvəllüdlü İddiaçı soyadının “Əliyeva”-dən “Əlibəyli”-yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2755/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2755/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver