Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-276/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın mülkiyyət verilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 2604A saylı torpağın mülkiyyət verilməsi haqqında şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilməsini və mübahislənidirilən şəhadətnamənin etibarsız hesab edilməsi varədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 04.06.2021-ci il tarixli 2-1(118)-276/2021 saylı qərardadı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Quba rayon Zəhmətkeş Deputatları İcraiyyə Komitəsi tərəfindən verilmiş 631 a saylı qeydiyyat vəsiqəsinə görə Quba şəhəri, N.Nərimanov küçəsində yerləşən 28 saylı iki mərtəbəli yaşayış evi Quba notariat kontoru tərəfindən 27 oktyabr 1984-cü ildə 20-12271, 20-12272 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ ilə 4/6 pay ilə iddiaçının anası- Rəhimova Xatunun, 1/6 pay ilə mərhum qardaşı Cavabdeh7 və 1/6 pay ilə onun adına qeydə alınmışdır. Həmin qeydiyyat vəsiqəsinə uyğun olaraq onlara verilən əmlakın sahəsi ümumilikdə 653,4 kv m (tikinti üçün 167.5 kv m, həyət üçün 485, 9 kv m, yararlı sahə -113.2 kv m, o cümlədən yaşayış sahəsi -45.6 kv m) təşkil etmişdir. İddiaçı daşınmaz əmlakın mülkiyyət hüququnun qeydı alınmasını təsdiq edən çıxarış almaq istədikdə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindın ona bildirilmişdir ki, həmin evə dair qardaşı Cavabdeh7 və onun ailə üzvlərinin adına JN-2604A saylı torpağın mülkiyyət verilməsi haqqında şəhadətnaməsi olduğuna görə ona çıxarışın verilməsi mümkün deyildir. Həmin şəhadətnamənin torpağın aqrar islahat komisisyasını qərarına əsasən verildiyi qeyd edilsə də, bunun heç bir əsası yoxdur. Belə ki, artıq 1984-cü ildən həmin torpağa və üzərində yerləşən evə dair qeydiyyat vəsiqəsi verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin şəhadətnaməni verərkən qeydiyyat vəsiqəsinin olduğunu nəzərə almamışdır. Bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması anlamına gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdaifə etdi və iddia ərizsəində göstərilıən dəlillərə uyğun izahat verərək iddianımn təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: -JN-2604A saylı KOD 30301004 saylı Torpağın mülkiyyətə berilməsinə dair şəhadətnamədən görünür ki,Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli 05 saylı qərarı ilə 0.07 ha torpaq sahəi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh7 Gülbala oğlu, X1 və qeyrilənin adına qeydə alınmışdır. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli **********19 saylı məktubundan görünür ki, 2604A KOD 30301004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair JN 2604A KOD 30301004 saylı şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Cavabdeh7 Gülbala oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib edilmişdir. - AZ-İ № 003528 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 27.06.2002-ci ildə vəfat etmişdir. - AZ-İ № 695425 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh7 Gülbala oğlu 20.07.2014-cü ildə vəfat etmişdir. - AZ-İ № 823528 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 04.08.2016-cı ildə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Gülbala oğlu xx.xx.1949-cu il tarixdə Quba rayonunda anadan olmuş, ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. - Quba şəhər ZDS İcraiyyə Komitəsinin 631 a saylı 30.10.194-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, vətəndaş X2 və övladları: Ramiz və Hafiz Gülbaba oğluna ondan ötrü ki, 3 yararlı sahədən ( tikinti üçün - 167, 5 kv m, həyət üçün - 485, 9 kv m, cəmi - 653,4 kv m, yararlı sahəsi - 113,2 kv m, o cümlədən yaşayış sahəsi 45,6 kv m) ibarət olan, Quba şəhəri, N.Nərimanov küçəsində yerləşən 28 saylı iki mərtəbəli yaşayış evi Quba notariat kontoru tərəfindən 27.10.1984-cü ildə 20-12271, 20-12272 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ ilə Rəhimova Xatuna 4/6 pay, Ramizə 1/6 pay və Hafizə 1/6 düşməklə qeydiyyata alınmışdır və 4 saylı qeydiyyat kitabının 20-ci səhifəsində qeydiyyat nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından alınmış sənədlərdən müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 25.05.2000-ci il tarixli 05 saylı qərarı ayrı-ayrı yerli aqrar iskahat komissiyalarının qərarlarının təsdiq edilməsi barədədir. həmin qərara vətəndaşların adlı siyahısı əlav edlməmişdir və həmin qərarın mübahisləndirilən şəhadətnaməyə aidiyətini müəyyhən etmək mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə ididaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq islahatı aparılan zaman vətəndaşların qanuni ustufadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin və s.altında olan torpaqlar əvəzsiz onların mülkiyytinə verilir. İş materiallarına əlavə edilmiş Quba rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən 30.10.1984-cü il tarixdə verimiş qeydiyyat vəsiqəsi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 4/6 hissə ilə iddiaçının anası X.Rəhimovanın, 1/6 hissə ilə qardaşı Cavabdeh4 və 1/6 hissə ilə onun mülkiyyətində olması sübuta yetirilir. Belə olan halda ləğv edilmiş DTXK Quba rayon şöbəsi tərəfindən həmin evin yerləşdiyi torpaq sahəsinə dair yalnız Cavabdeh7 və onun ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməinə dair şəhdətnamə verməsi əsassız olmuşdur. Sözügedən şəhadətnamədə onun aqrar islahat komissiyasının qərarına əsasən verildiyi qeyd edilsə də, həmin qərara vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən və məzmunu ayrı-ayrı aqrar iskahat komissiyalarının qərarlarının təsdiq edilməsindən ibarət olduğundan məhkəmə hesab edir ki, hazırki halda həmin qərar əsasında verilən şəhadətnamə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən veirlmiş JN-2604A saylı kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-276/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-276/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver