Məhkəmə qərarları › İş №2-1(118)-2766/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2766/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2766/2023 28.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşından, yəni xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdən hazıradək ümumi olaraq 19 il 4 ay 13 gün "xxxx" QSC-də müəyyən vəzifələrdə çalışmışdır. Belə ki, xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-xx.xx.2002-ci illər, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə drezin (DQKU) maşinisti, xx.xx.2017-ci il tarixdən bu günə kimi motovoz maşinisti olaraq çalışır. Onun ümumi iş stajı 30 ildən çox təşkil edir, zərərli stajı isə 19 il 4 ay 13 gün təşkil edir. Cavabdeh orqana müraciət edərək 60 yaşından güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsini xahiş etmiş, müraciət ərizəsinə əmək stajını sübut edən sənədləri, həmçinin güzəştli iş stajını sübut edən "xxxx" QSC-dən aldığım xx.xx.2022-ci il tarixli arayışı əlavə etmişdir. Müraciətinə əsasən cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu vermişdir. Belə ki, cavabdeh onun “drezin maşinisti” peşəsində işlədiyi stajı zərərli staj kimi qəbul etmir. Halbuki, "xxxx" QSC tərəfindən verilən arayışda tutduğu vəzifə “drezin maşinisti” olaraq qeyd olunur və qeyd olunan arayşda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı istinad edərək siyahının 21.4-cü və 22-ci abzasını faktiki olaraq qeyd etmişdir və əlavə olaraq arayışda bildirilmişdir ki, “drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsin iş xüsusiyyətləri sözügedən Nazirlər Kabinetinin siyahısının 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozların və avtomotoristlərin maşinistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüusiyyətləri ilə eynilik təşkil edir." Bu halda hesab edir ki, cavabdeh orqan araşdırma apararaq iş yerimə sorğu göndərməli idi və tutudugum vəzifəni, siyahıda qeyd olunan vəzifəyə uyğıın olub-olmamasını dəqiqləşdirilməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümaəyndəsi iddianı qəbul etməyərək izah etdi ki, Mərkəzi Filiala təqdim edilmiş 4 aprel 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1985-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC İnsrastruktur departamentinin Yol xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində kran drezin sürücüsünün köməkçisi, kran drezinin sürücüsü və yol maşınlarının maşinisti vəzifələrində işləməsi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı sonuncu müraciət etdiyi tarixə 12 il 6 aydan az (5 il 10 ay 20 gün (xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2017-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bununla bağlı iddiaçıua imyina cavabı verilmişdir. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüddür. -İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1984 -xx.xx.1985-ci il tarixlərdə, xx.xx.1985-xx.xx.2016-cı il və xx.xx.2016xx.xx.2021-ci il tarixlərdə "Azərbaycan Dəmir Yolları” QSC-də işləmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi İnfrastruktur Departamentinin Yol xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində işləyir. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki,İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. -"xxxx"xxxx" QSC-nın Biləcəri yol distansıyasında xx.xx.1989-cu il tarixdən xx.xx.1993cü il tarixədək, xx.xx.1994-cü il tarixdən 01,03.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-cı il tarixədək drezin (DQKU) maşinisti, infrastruktur departamentinin Biləcəri yol sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək drezin (DQKU) maşinisti,xx.xx.2017- ci il tarixdən xx.xx.2021-ci il tarixədək motovoz (MPT) maşinisti peşələrində çalışmışdır. xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi İnfrastruktur Departamentinin Yol xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində motovoz maşinisti peşəsində işləyir. Bu peşələr üzrə İddiaçı iş stajı 19 il 4 ay 13 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuşdur (21.4-cü bəndin 4-cü və 22-ci abzasları). Drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahının 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozlar və avtomotoristlərin maşınistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Yuxarıda göstərilən qanunvericilik normalarından aydın olduğu kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, cavabdeh onun drezin maşinisti və yol maşınlarının maşinisti vəzifəsində işlədiyi dövrü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını hesab edir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən başlauaraq Azərbaycan Dəmir Yolları Ordubad dəmir yolu stansiyasında kran drezin maşinistinin köməkçisi, drezin maşinisti, motovoz maşinisti və yol maşınlarının maşinisti peşələrində işləmişdir. Cavabdeh iddiaçının drezin maşinisti və nmotovoz maşinisti işlədiyi dövrləri onun zərərli iş stajına qəbul etməkdən imtina edir Bununla bağlı məhkəmə "xxxx" QSC_ tərəfindən verilmiş arayışa nəzər salınmasını vacib hesab edir. Həmin arayışa görə drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı" nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozlar və avtomotoristlərin maşınistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəniun həlli nəzərə alınmalıdır ki, burada söhbət həmin peşənin adı birbaşa həmin Siyahıda göstərilməsə də, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsaslarının, faktiki halların mövcudluğundan gedir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının güzəştli iş stajına daxil edildikdə iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Beləliklə,məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli və iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ənək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar