Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-277/2021 23.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Xaçmaz rayonu, Ləcət kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin iddiaçının ərizəsinin icrasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının ərizəsinin icrasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin 0,13 ha torpaq sahəsinin 0,08 ha torpaq sahəsi qanuni istifadəsində olan torpaq sahəsi, 0.05 ha torpaq sahəsi isə zəbt olunan torpaq sahəsi olmuşdur. Kənddə torpaq islahatı aparılarkən, ona və ailə üzvlərinə düşən pay torpaq sahəsindən həyətyanı torpaq sahəsində olan zəbt olunmuş 0,05 ha torpaq sahəsi çıxılmışdır, ona görə də İslahat Komissiyasının qərarı ilə həmin 0,05 ha torpaq sahəsi qanuni istifadəsində olan 0,08 ha torpaq sahəsi ilə birlikdə, yəni cəmi 0,13 ha torpaq sahəsi qeyd edilmişdir. Buna baxmayaraq Xaçmaz rayon Torpaq Şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun onun və ailə üzvlərinin adına verdiyi 04 yanvar 2002-ci il tarixli JN-439B Kod 30215018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə İslahat Komissiyasının qərarı ilə mülkiyyətimizə verilmiş torpaq sahəsinin ölçüsü 0,13 ha əvəzinə səhvən 0,03 ha göstərilmişdir. Onun iddiasına əsaəsn Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 27 may 2019-cu il tarixli 2-1(105)-240/2019 saylı qərarı ilə cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsənədinin hazırlanması öhdəliyi qoyulmuşdur. Ali Məhkəmənin 23 oktyabr 2019-cu il tarixli 2-1(102)-2594/2019 saylı qərarı ilə apellyasiya insansiyası məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Həmin işdə iddia tələbi 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququmun tanınması ilə bağlı olmuş, əvvəllər zəbt kimi və sonradan İslahat Komissiyasının qərarı ilə mülkiyyətə verilmiş 0,05 ha torpaq sahəsinə dair tələb irəli sürməmişdir. İddiaçı hesab etmişdir ki, 0,08 ha torpaq sahəsinə dair tələbim təmin olunarsa, cavabdeh həm 0.08 ha torpaq sahəsinə, həm də 0,05 ha torpaq sahəsinə maneəsiz çıxarış verəcəkdir. Lakin cavabdeh 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Cavabdehin həmin məktubla mənə rədd cavabının verilməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, ididaçının və ailə üzvülərinizin adına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən torpaq sahəsinə JN-439A və JN-439B “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. JN-439B şəhadətnamə əsasında 29.01.2020-ci il tarixdə torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. Yerdə qalan 0.05 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -JN 439B KOD ********* seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və JN 439B KOD ********* seriyalı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı İzətulla oğlu və ailə üzvlərinə 0,03 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş arxiv sənədlərinin hamısından görünür ki, iddiaçının istifadsində sənəd üzrə 0.08 ha, 0.05 isə xəbt edilmiş torpaq sahəsi vardır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli 2-1(105)-240/2019 nömrəli qərarından görünür ki, İddiaçı oölunun cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 0.08 ha həyəyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2- 1(102)-2594/2019 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli 2-1(105)-240/20219 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -**********56 reyestr nömrəli reyestrən çıxarışdan görünür ki, Xaçmaz rayon Ləcət kəndi ərazisində 0.08 ha torpaq sahəsi İddiaçı İzətulla oğlunun xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A№ 473363 seriyalı torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı İzətulla oğlunun xüsusi mülkiyyətində olan Xaçmaz rayon Ləcət kəndində yerləşən 0.08 ha topraq sahəsinə dair tərtib edilmişdir ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 25.06.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 0.05 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-277/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-277/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver