Məhkəmə qərarları › İş №2-1(118)-2770/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2770/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2770/2023 12.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Elçinli(Qrivko) Sima Nikolayevnanın Cavabdehnə qarşı “X3 onun atası olmasının müəyyən olunması və ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X7 yazılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Elçinli(Qrivko) Sima X1 onun atası olmasının müəyyən olunması və ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X7 yazılması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 6.7-ci bəndinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Qaydaların 6.6-cı bəndinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən alınır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə Sumqayıt şəhərində X9 oglu ilə X2 faktiki nikahından doğulmuşdur. Atası çox vaxt Rusiyada yaşadığından atalığı müəyyən olunmamışdır. xx.xx.1983-cü ildə anası ona doğum haqqında şəhadətnamə alarkən rəsmi nikahdan doğulmadığı üçün şəhadətnamənin ata qrafasında soyadı ana soyadı ilə Qrivko, ata adı isə babasının adı ilə-Nikolayevna kimi qeyd olunmuşdur. xx.xx.2012-ci ildə X12 oglu ilə rəsmi nikahla evlənib ailə qurmuşdur və onlara nikah haqqında şəhadətnamə verilərkən iddiaçı ərinin soyadını- (Elçinli) qəbul etmişdir. X12 oglu ilə birgə nikahdan 3 övladı doğulmuşdur. Hazırda iddiaçı atalığın müəyyən olunmasını, öz dogma atasının soyadı və adını qəbul etmək istəyir. İstər-istəməz atalığın müəyyən olunmaması, atası ola-ola başqa soyad və ata adını daşımaq ona pis təsir edir. Buna atası X9 oglu da razıdır. X11 Nikolayevna isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Qanunvericiliyə görə uşaq nikahda olmayan şəxsdən doğulduqda atalıq uşağın atasının və anasının Qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Lakin anası öldüyü üçün hazırda bu mümkün deyildir. İddiaçı atalığın müəyyən olunması üçün Azərbaycan Respublikası ƏN-nin Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikası ƏN-nin Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/Q-40/15 nömrəli cavab məktubu ilə atalığın müəyyən olunmasının məhkəmə qətnaməsi ilə mümkün olduğunu bildirilmişdir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, ona mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, imtina məktubunda qeyd edilənləri müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı X3 onun atası olmasının müəyyən olunması və ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X7 yazılmasını istəyir. Məhkəmə ilkin olaraq qeyd edir ki, atalığın müəyyən edilməsi ilə bağlı tələblər irəli sürmək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan əsaslı imtina edərək, məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Lakin iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmiş, müvafiq ümumi məhkəməyə müraciət etməli olduğu halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 6.6-cı bəndinə əsasən uşaq aralarında nagah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. Qaydaların 6.7-ci bəndinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi nikahdankənar doğulmuş uşaqların atalığı valideynlərin birgə razılığı ilə müəyyən olunur. Belə razılıq olmadıqda məhkəmə qaydasında həll edilir. İddiaçının anası vəfat etdiyinə görə onun atalığının müəyyən olunması mülki məhkəmə icraatı qaydasında həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməyi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar