Məhkəmə qərarları › İş №2-1(118)-2771/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2771/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2771/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “ona məxsus olan və Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışında torpaq sahəsinin kateqoriyasını (məqsədli təyinatın) yaşayış evi təyinatlı olaraq dəyişməklə bağlı qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “ona məxsus olan və Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışında torpaq sahəsinin kateqoriyasını (məqsədli təyinatın) yaşayış evi təyinatlı olaraq dəyişməklə bağlı qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə özünə və ailəsinə ev tikərək yaşamaq məqsədi ilə Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisindən 0.03 hektar torpaq sahəsi almış, bundan sonra DƏDRX-in 2 saylı Ərazi İdarəsinin 12. 01.2018-ci il tarixli, 220144 nömrəli sənədinə əsasən bu torpaq sahəsinin plan və ölçüsü təsdiq olunmuşdur. Hal-hazırda da bu torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmçinin o burada yaşayış sahəsi tikərək halhazırda da ailəsilə burada yaşayır. Ona məxsus olan, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ərazisində yerləşən torpaq sahəsində 1 mərtəbəli tikilinin tikintisi məqsədilə təqdim etdiyi eskiz layihəsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılaraq razılaşdırılmışdır. İddiaçı ailə üzvlərilə birlikdə 2017-ci ildən Sumqayıt Şəhər Polis İdarəsində pasport qeydiyyatında olsalar da, onları 2022-ci ilin iyul ayından buradan pasport qeydiyyatından çıxarıblar. İddiaçı yaşadığı ev onun mülkiyyətində olduğuna görə buraya pasport qeydiyyatına alınmaq üçün müraciət etdikdə bizə Torpaq sahəsinin planı və ölçüsü və Çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olaraq qeyd edildiyinə görə onların yaşadığı torpaq sahəsinə qeydiyyata alınmağının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edimiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarımın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsaslan üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar:3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə - aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətində iş həcminin çoxluğu nəzərə alınaraq işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki iddia tələbinə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Sumqayıt İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edimiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Yəni müvafiq səlahiyyət Nazirlər Kabinetinin müstəsna hüququdur. Göründüyü kimi iddiaçı hal-hazırda iddia tələbini Sumqayıt Şəhər İcra Hakimiyyətinə yönəltmişdir. Belə olan halda Sumqayıt Şəhər İcra Hakimiyyəti mövcud mübahisə ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı cavabdehə yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “ona məxsus olan və Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışında torpaq sahəsinin kateqoriyasını (məqsədli təyinatın) yaşayış evi təyinatlı olaraq dəyişməklə bağlı qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar