Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2772/2022 06.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 (Qusar rayon Vəkil Bürosunda vəkil işləyən, Qusar şəhəri, Sahil küçəsi ev 11-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarına əsasən 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması tələbinə dairiddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarına əsasən iddiaçıya verilmiş 400 kv m torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarına əsasən 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarına əsasən iddiaçıya Qusar şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 400 kv m həyətyanı torpaq sahəsi ayırılmışdır. Həmin torpaq sahəsi 29 oktyabr 1989-cu il tarixli təhkim aktı əsasında yerində ayırılaraq iddiaçıya təhkim edilmişdir. İddiaçı həmin torpaq sahəsini hasarlayıb bağlamış və artıq 33 ildir ki, həmin torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 19 iyul 2022-ci il tarixdə iddiaçıya yazılı cavab verməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsaslanaraq həmin torpaq sahəsinə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Ş.Xıdırov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bilidirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı 0.04 ha torpaq sahəsinin ayrılmasına dair Qusar şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 127 nömrəli qərarı təqdim edilmişdir.Bunuinla əlaqədar yuxanda qeyd olunan torpaq sahəsi üçün təqdim edilmiş Qusar şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 127 nömrəli qərarın qüvvədə olubolması barədə məlumatın verilməsini və olduğu təqdirdə qərarın arxiv surətlərinin Ərazi darəsinə göndərilməsi barədə Qusar və Quba rayon Dövlət arxivlərinə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən sorğular göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır.Həmin qərarın qüvvədə olub-olmaması barədə məlumatın verilməsim və olduğu təqdirdə qərarın arxiv surətinin göndərilməsi barədə Qusar rayon Dövlət Arxivinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaqayırma qərarların Azərbaycan Respublikası X3 filialında mühafizə olunur.Azərbaycan Respublikası X3 filialı tərəfindən sorğuya verilmiş cavab məktubunda isə Qusar şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 127 saylı qərarı Azərbaycan Respublikası X3 filialına təhvil verilmədiyi göstərilmişdir.Bu səbəbdən də, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricələrini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan : - Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarına əsasən İddiaçı Qusar şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 400 kv m həyətyanı torpaq sahəsi ayırılmışdır. - xx.xx.1989-cu il tarixli aktdan görünür ki, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarına əsasən İddiaçı Qusar şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 400 kv m həyətyanı torpaq sahəsi ona təhvil verilmişdir. - Qusar şəhərinin baş planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 400 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qusar rayon XDS İK-nin 1992-ci illərə qədər ola sənədlər X3 filialında mühafizə olunur. Ona görə də Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarın və ona əsas olmuş sənədlərin təqdim edilməsi imkan xaricindədir. -X3 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarı X3 filialına təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinini izahatını dinləyərək, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh orqanın imtinasında və etirazında gətirdiyi yeganə arqument sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin təqdim edilməməsidir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi XDS İK-nin qərarının Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarın arxiv əsaslarının araşdırılması üçün X3 və Qusar filiallarına müvafiq sorğularla müraciət etmişdir. Lakin arxiv filiallarında həmin qərar aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 127 saylı qərarında göstərilən məlumatların həqiqiliyi – həqiqətən də, həmin vaxt iddiaçıya torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HakimVəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2772/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2772/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver