Məhkəmə qərarları › İş №2-1(118)-2772/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2772/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2772/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə qeyri-qanuni verilmiş çıxarışın ləğv edilməsi, gediş-gəliş yolunun qonşuya bərpa edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, atası X3 2015- ci ildə vəfat etmişdir. Atasının adına Qusar şəhəri. Həzi Aslanov küçəsi. Ev 2 ünvanda yerləşən 6 sot torpaq sahəsi miras qalmışdır. Faktiki yerində 1 sota yaxın torpaq sahəsi zəbt sahə də vardır. Atası dünyasını dəyişəndən sonra o və qardaşı X2 illərdir ki, həmin torpaq sahəsinin sənədlərini düzəldilməsi və qardaşı Rüfətin ailə üzvlərinin həmin ünvana qeydiyyata salınmasında çətinlik çəkir. 2023-cü ildə sənədlərin əsillərini Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdirlər. xx.xx.2023- cü il tarixdə, 3-21-3-34/2-15569 saylı məktubla fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasına əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın cizgisi ilə üst-üstə düşdüyü üçün müayinə işlərinin aparılmasına etirazlarını bildirmişdir. Mübahisəli torpağın faktiki olaraq qonşu X1 evinə gediş-gəliş və avtomobil yolunun qeyri-qanuni zəbt etməsi və dövlətin ona verdiyi yoldan istifadə etməməsidir. Qanunsuz olaraq çıxarış X1 adına verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının təlbi qeyri-müəyyənedir və iddia tələbi İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir.Beləki iddia tələbi qeyri müəyyəndir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilsə də prosesdə iştirak etmiş şəxsin onu təmsil etmə səlahiyyəti müəyyən edilmədiyinə görə proses iştirakçısı kimi qəbul edilməmişdir. Eyni zamanda həmin şəxs iddiaçının Azərbaycanda olmadığını bildirmişdir. Ona görədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının mövcud tələblə cavabdeh orqana müraciəti müəyyin olunmur, hansıkı bu da idddianın digər bir mümkünsüzlük əsasını təşkil edir. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin iddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya izah edilsin ki, iddia tələbi konkret olmalı və səlahiyyətli inzibati orqana yönəlməli, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar