Məhkəmə qərarları › İş №2-1(118)-2773/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2773/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2773/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin cavabdeh Quba rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdeh Quba rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ilin iyun ayından 1995-ci ilin fevral aymadək Müdafiə Nazirliyinin tərkibində N saylı hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. 1995-ci ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, 2ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissədə hərbi xidməti vəzifələrini verinə yetirən zaman travma almış, hər iki ayaq barmaqları amputatsiya edilmiş, hal-hazırda xəstəliyi ilə bağlı çox əziyyət çəkir, daimi müalicə və müayinələrdə olur. xx.xx.2019-cu ildən Quba rayon İcra Hakimiyyətində özü və ailə üzvləri imtiyazlı şəxs qismində mənzillə təmin olunmaq barədə uçota alınmışdır. Halhazırda müraciəti ondan ibarətdir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin Quba rayon İcra Hakimiyyətinə həvalə olunsun. Bu barədə cavabdehə və digər dövlət orqanlarına dəfələrlə müraciət etsə də, müraciəti müsbət həllini tapmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : -AR SHXÇ DX-nin Quba rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 322 saylı arayışndan görünür ki, Verilir 1974-cü il təvəllüdlü İddiaçı barədə ondan ötrü h 21,10.1993cü il tarixdə keçmiş Quba RHK tərəfindən müddətli həqiqi hərbi xidməl çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmişdir.xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir.xx.xx.1995-ci il tarixdə Azərbayca Respublikası Müdafiə Nazirinin 1987 - il tarixli 260 saylı qərarı ilə təsdiq edilmiş xəstəlikl; cədvəlinin 43-cü maddəsinin “a” bəndinə əsasən, “ Dinc dövrdə, hərbi xidmətə yararsı. müharibə dövründə məhdud yararlı ” hesab edilmişdir.xx.xx.1996-cı il tarixdə Azərbayca Respublikası Baş Qərargah Rəisinin №3/5-9043 mad.18.p.”b” qərarına əsasən ehtiyai buraxılmışdır. xx.xx.1996 - ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövh Xidmətinin Quba rayon şöbəsinin hərbi qeydiyyatdadır. -TSEK tərəfindən verilmiş xx.xx.2016-cıil tarixli arayışdan görünür ki, İddiaçı həmin tarixdən müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. - MərkəziHərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 469 saylı qərarından görünür ki,İddiaçı diaqnozu “Hərbi travmadır,Hərbi xidmət vəzifələrini (xidməti vəzifələr)yerinə yetirərkən alınmışdır”. - Quba rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 111 saylı sərəncamından görünür ki, İddiaçı İİ qrup hərbi xidmət əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. -cavabdeh orqan tərəfindən verilən xx.xx.2022-ci il tarixli 743/82 saylı imtina məktubundan görünür ki, cavabdeh rayonun dövlət mənzil fondunda boş yaşayış sahəsi olmaması səbəbindən iddiaçıya imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2ci maddəsinin 5-ci abzasına əsasən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Bu normanın xx.xx.2020-ci il tarixdə edilmiş dəyişikliyə qədər məzmunu isə aşağıdakı kimi olmuşdur : -Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına görə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra şəxslərin, o cümlədən 2014-cü il yanvarın 1-dən 2023cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi yerki icra hakimiyyətinə orqanına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamında sadalanan və qanunvericiliyin tələblərinə əsasən növbədənkənar mənzillə təmin olunmalı olan şəxslərə aiddir. Məhkəmə hesab edir ki, cavabdehin rayonun mənzil fondunda boş mənzilin olmaması barədə dəlili iddiaçının yaşayış sahəsi ilə təmin oluinması hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması vəzifəsi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar