Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2775/2023 22.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba regional Asan Xidmət Mərkəzinə qarşı “iddiaçının soyadının dəyişdirilərək Babayev kimi, adının Vüsaldan dəyişdirilərək Rahim kimi qeyd olunması öhdəliyinin Quba regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı soyadının və adının dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 15 mart 2023-cü il tarixli, 3-16-5/7-xx-xx/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 6 mart 1976-cı il tarixində Quba rayonu, Qımılqazma kəndində anadan olmuşdur. Həmin vaxt doğum haqqında şəhadətnaməsində soyadı “Babayev” adı isə “Rahim” kimi qeyd edilmiş və bununla əlaqədar bütün şəxsiyyətini təsdiq edən sənədlərdə soyadı “Babayev” adı isə “Rahim” kimi qeyd edilmişdir. 01 may 2014-cü il tarixində soyadı və adının dəyişdirilməsi qərarını verərək Quba regional “ASAN” XM-də Qeydiyyat Şöbəsinə müraciət edib soyadının Babayevdən Məhərrəmov, adının isə Rahimdən Vüsal kimi qeyd etdirmişdir. Bu barədə doğum haqqında şəhadətnamə alıb, həmin şəhadətnaməyə uyğun olaraq şəxsiyyət vəsiqəsi almışdır. Belə ki, Məhərrəmov soyadı iddiaçının həyat yoldaşının soyadı, Vüsal adı isə el arasında tanındığı addır. İddiaçı soyadını və adını dəyişdirdikdən sonra bu dəyişikliklərin fəsadlarını nəzərə almamışdır. Beləki, hal-hazırda onun hərbi biletində, təhsil haqqında attestatında, uşaqlarının doğum haqqında şəhadətnamələrində, nikah haqqında şəhadətnaməsində şəxsiyyəti X1 qalmışdır. Bu hal da onun qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Ona görə də bu uyğunsuzluqları aradan qaldırmaq qərarına gəlmişdir və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı soyadının və adının dəyişdirilərək, öz əvvəlki soyadına və adına qayıtmaq istəyi ilə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilatın 15 mart 2023-cü il tarixli məktubu ilə soyadının Məhərrəmovdan Babayev kimi, adının isə Vüsal əvəzinə Rahim kimi qeyd edilməsindən imtina edilmişdir. İddia ərizəsinə əlavə etdiyi hərbi biletdən aşkar olur ki, qeyd olunan sənəddə soyadı Babayev, adı isə Rahin kimi qeyd edilmişdir. İddia ərizəsinə əlavə etdiyi nikah haqqında şəhadətnamədə şəxsiyyəti X1 qeyd edilmişdir. İddia ərizəsinə əlavə etdiyi 23 dekabr 2013cü il təvəllüdlü oğlu Babayev sənədin ata qrafasında iddiaçının şəxiyyəti X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aiddiyyatı şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasmda isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən - Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından izibati qaydada məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərmə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçınınarzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci ıl tarixli.79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın,ata adının və soyadın vərilməsi və dəyişdirilməsi Qaydalarının 6.3-cü bəndinə əsasən “adın,ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması hallan istisna olmaqla) bu Qaydaların 6.24-6.28-cı bəndlərində müəyyən edilmiş hallarda yol verilir.” Həmin Qaydalarin 6.24-6.28-ci bəndlərində göstərilir ki, “ər-arvaddan bırının soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın oz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən bırı və ya hər ıkısı adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur.” İddiaçı digər sənədlərində ( hərbi biletində təhsil sənədində, yetkinlik yaşına çatmayan övladlarının doğum haqqında şəhadətnamələrində, və s) əvvəlki ad, soyadı, yəni X4 qeyd edildiyindən həmin ziddiyətlərin onun hüquqlarını həyata keçirməsinə mane olduğunu qeyd edərək iddiasını əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4-cü maddəsinin ikinci cümləsinə əsasən fiziki şəxsin adının dəyişdirilməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və ata adının soyadın vərilməsi və dəyişdirilməsi Qaydalarının 6.19-cu bəndinə əsasən Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir Göstərilən bəndin tələbinə əsasən verilmiş həmin şəhadətnamədə vətəndaşın əvvəlki və sonradan dəyişdirilən yeni soyadı və adı göstərildiyi üçün onun digər sənədlərində hər hansı ziddiyyət yaranmasına və iddiada qeyd etdiyi hüquqlarının pozulmasına səbəb ola bilməz. Həmin Qaydaların 6.21-ci bəndinə əsasən . Qeydiyyat şöbəsi və ya konsulluq adın, ata adının, soyadın dəyişdirilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzıfəlılərın və çağırışçıların adının, ata adının, soyadının dəyişdirilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin adının, ata adının və soyadının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verir. İddiaçı soyad və adı Quba rayon Qeydiyyat şöbəsi tərəfindən 01,05.2014-cü il tarixdə ,12 saylı akt qeydi tərtib edilməklə “Babayev Rahim”dən “İddiaçı”a dəyişdirildiyi üçün onun adının və soyadının növbəti dəfə dəyişdirilməsi qeyd olunan Qaydaların 6.3-cü bəndinə əsasən mümkünsüzdür. Cavabdeh məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyi. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı soyadının dəyişdirilərək Babayev kimi, adının Vüsaldan dəyişdirilərək Rahim kimi qeyd olunmasını istəyir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3.-cü bəndinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndində adın növbəti dəfə dəyişdirilməsi müəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydalarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının və soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2775/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2775/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver