Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2775/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, həmin qərardan əvvəlki qaydada hesablanmış pensiyasının bərpa edilərək ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı üzərinə öhdəliyin qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, məktubu ilə əlillik təyininə əsas vermədiyinə görə barəsində diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İmtina məktubu aşağıdaki şəkildədir: “Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edirik ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq həkim komissiyasnın qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Sizə xx.xx.2021-ci il tarixində ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, dövlət tibb müəssisinin C00074883UAQ nömrəli göndərişi və müracitinizə əsasən Siz xx.xx.2023-cü il tarixndə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq xüsusi səbəbdən diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyiniz əlillik təyinatının aparılmasına əsas verdiyindən xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Hazırda səhətinizdə ağırlaşma əmələ gəlmişdirsə, hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.” İddiaçı 2009-cu ildən etibarən 2021-ci il tarixə kimi “20 Yanvar” əlili kimi ayda 350 AZN olmaqla müavinət almışdır. Lakin 2021-ci ildə həmin müavinat dayanmışdır. İddiaçı bununla bağlı dəfələrlə müxtəlif qurumlara müraciət etsə də, heç bir nəticə verməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona bildirilir ki, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq xüsusi səbəbdən diaqnoz öz təsdiqini tapmamışdır. Lakin iddiaçının “ 20 Yanvar” hadisələrində yaralanmağı həmin dövrün dərc edilmiş qəzetində də öz əksini tapmışdır. 3 gün ac “Alfa qrupu” nun zirzəmisində əsir qalmışdı. Səhhətindəki bütün fəsadlar həmin hadisələrin nəticəsidir. Halhazırda da səhhəti günü gündən pisləşir. Hazırki iddia tələbi ilə bağlı işdə pensiya məbləğinin azaldılması , iddiaçıdan pensiya tutulması barədə qərar qəbul edilməzdən, iddiaçının razılığı olmadan ona təyin edilmiş pensiya məblənin tutulmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib- gözliənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında'’ Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmasada, iddia tələbindən kənara çıxa bilməz. İddiaçı 2009-cu ildən etibarən 2021-ci il tarixə kimi “20 Yanvar” əlili kimi ayda 350 AZN olmaqla müavinət aldığını, lakin 2021-ci ildə həmin müavinat dayandırıldığını bildirir. İş materiallarından görsənir ki, iddiaçının əlilliyinin əsasları dəyişilmiş, hazırda ümumi əsaslarla əlilliyə uyğun müavinət alır. Buna görə də yekun olaraq əldə etdiyi müavinətin miqdarı azalmışdır. İddiaçı əvvələr ona təyin edilmiş əsaslara uyğun müavinət almaq niyyətindədir. Lakin iddiaçı tələbini və tələbini yönəltdiyi inzibati orqanı düzgün seçməmişdir. Müavinət təyin edən orqanla əllik təyin edən orqanlar fərqli orqanlardır. İlkin olaraq iddiaçı əlliklə bağlı məsələlərə cavab verməli olan orqana qarşı iddia qaldırıla bilər. Həmin iddianın nəticəsinə uyğun olaraq müvafiq müavinət tələb edilə bilər. Hər iki iddiaya eyni vaxtda baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir : "dövlət tibb müəssisinin C00074883UAQ nömrəli göndərişi və müraciətinizə əsasən Siz xx.xx.2023-cü il tarixndə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq xüsusi səbəbdən diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyiniz əlillik təyinatının aparılmasına əsas verdiyindən xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır." İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı həmin orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, onun əvvəlki əlliyinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət edə bilər. Müavinət məsələsi isə həmin iddianın uğurlu olmasından asılıdır. Bu məsələdə isə cavabdeh inzibati orqan fərqlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iddia mümkün hesab edilməməldir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2775/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2775/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver