Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-278/2022 25.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun veirlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan. Quba şəhəri, 22ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxaırışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında). O, göstərilən daşınmaz əmlakı 2008-ci ildə X1 almışdır. X3 torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus olmuşdur. X5 əsasən N.Əhmərovun xüsusi mülkiyyətində 1,11 hektar torpaq sahəsi olmuşdur. N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin xx.xx.2020-ci ildə ona Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilərkən Çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.metr az göstərilmişdir. Belə ki, **********96-12301 saylı X6 sahəsinin planında torpaq sahəsinin ölçüsü olmalı olduğundan az göstərilmiş, ümumilikdə 782 kv.metr torpaq sahəsi azaldılmışdır. Çıxarışda və Texniki Pasportda xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq ölçüləri düzgün göstərilməmiş və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Çıxarışa və Texniki Pasporta daxil edilməmişdir. Çıxarışda və Texniki pasportda göstərilməmiş torpaq sahəsinin sxemini ərizəyə əlavə edir və bildirir ki, həmin sxem üzrə cəmi 782 kv.metr torpaq sahəsi Çıxarışa və Texniki pasporta əlavə edilməlidir. Müvafiq olaraq göstərilən daşınmaz əmlaka aid mülkiyyət sənədlərinin və Dövlət Aktının surətlərini ərizəyə əlavə edərək, xx.xx.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin Dövlət Aktında ölçülərə uyğunlaşdırılaraq, Çıxarışda və Texniki Pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Texniki Pasportunun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********00 saylı məktubla guya xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsinin mümkün olmadığını bildirmişdir. Göstərilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. Əgər iki dövlət orqanı arasında anlaşılmazlıq varsa, buna görə məsuliyyəti niyə görə vətəndaş daşımalıdır? xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində oturdulmayıbsa, buna görə məsuliyyəti elə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşımalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2003-cü ildə verilmiş Dövlət Aktı ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən bu işə aid bütün müvafiq sənədlərin tələb olunaraq, göndərilməsini xahiş edir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Çıxarışda və Texniki Pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Texniki Pasportunun verilməsindən imtinası əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda göstərilənlərin absurd xarakter daşımasını yuxarıda əsaslandırmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət sənədlərində düzəliş aparılmasından əsassız olaraq imtina etdiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı ona verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda və texniki pasportda az göstərilmiş torpaq sahəsinin yeni ölçülərlə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Sizin mülkiyyətinizdə olan Quba şəhəri, H. Əliyev prospektində yerləşən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə JN-884 nömrəli ‘‘Torpağa mülkiyyət hüququna dair dövlət Akt"ı əsasında verilmiş texniki pasportun ölçülərinin dövlət aktına uyğunlaşdırılması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. JN-884 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.2 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafeləhni pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır”. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilən daşınmaz əmlakı hissə-hissə ayrı-ayrı müqavilələr ilə digər şəxslərə satılmışdır. Yerdə qalan 0.9299 ha torpaq sahəsi göstərilməklə İddiaçı adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi, İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilmiş daşınmaz əmlakla olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə 24.11 2020-ci il tarixli, ********** saylı çıxarışda göstərilən daşınmaz əmlakla bağlı iddia ərizəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia predmeti olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışda göstərilən daşınmaz əmlakın bir hissəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/03-1322 reyestr nömrəli müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir və yerdə qalan hissəyə İddiaçı adına yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd edirlər ki, dövlərt reyestrindən çıxarış xx.xx.2008-ci ildə verildiyini nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Dövlət aktında olan cizgi iddiaçıya verilmiş texniki pasportda göstərilən cizgidən tam fərqlidir və bununla da iddia ərizəsində göstərilən 782 kv metr olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Quba rayonu Quba bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Quba rayonu Quba bələdiyyəsi məhkəmənin 2-1(118)-278/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, sonradan məhkəmənin 2-1(118)-278/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə onun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Quba bələdiyyəsi iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etmiş, həmin münasibətdə bildirilmişdir ki, İddiaçı cavadbeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestindən çıxarışına və texniki pasportuna düzəliş aparılmaqla, yeni daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının və texniki pasportunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518.2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərlə uyğunlaşdırılaraq, Çıxarışda və Texniki Pasportda az göstərilmiş iddia ərizəsinə əlavə olunan sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, yeni Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Daşınmaz əmlakın Texniki pasportunun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-278/2022 saylı qərardadı ilə Quba bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddianı qəbu etmirlər. İddiaçının iddia tələbi onların qanunla qorunan maraqlarına toxunur. İddiaçının iddiasının bələdiyyənin maraqlarına toxunması ilə bağlı: İddiaçının iddia etdiyi torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Belə ki, Quba bələdiyyəsi mülkiyyətində olan 260 kv.m torpaq sahəsinin yerquruluşu planının hazırlanması məqsədilə 05 iyun 2020-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmişdir. Bundan sonra həmin ərazinin yerquluşu planı və kadastr göstəriciləri hazırlanmış, torpaq sahəsinin hasarlanmadığı, döngə nöqtələrinin mərzlənmədiyi, daxilində tikinti işlərinin aparılmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı qeyd edilmişdir. Bundan sonra bələdiyyə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün satılması məqsədilə Quba RİHB-nın Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, şöbənin 36 iyul 2020-cil tarixli rəyi ilə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılmasının qanuna uyğun olması bildirilmişdir. Əlavə olaraq torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş proseduralar həyata keçirilmişdir. Quba bələdiyyəsinin 05 avqust 2021-ci il tarixli, 10 saylı iclas protokolunun 6 saylı qərarından çıxarışa əsasən həmin torpaq sahəsinin sahibkarlıq məqsədilə hərrac və müsabiqə keçirilməklə satılması ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması məqsədilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə çıxarış verilərkən 5 saylı Xaçmaz Ərazi İdarəsindən 27 oktyabr 2021-ci il tarixli məktubla sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunmuş xx.xx.2021-ci il tarixli, 10 saylı qərarı ilə sahibkarlıq məqsədilə ayrılmış 260 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcud olması bildirilmişdir. Bundan sonra həmin məhkəmə mübahisəsinin nədən ibarət olması ilə maraqlandıqda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi aydın olmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi boş heç kimin istifadəsində olmayan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq çıxarış alınması üçün müraciət etdikdə iddiaçının heç bir subyektiv hüququ olmayan süni olaraq yaradılmış məhkəmə mübahisəsi ilə qarşılaşmışdır. İddiaçı iddia ərizəsində Quba şəhəri, Heydəı Əliyev prospektində yerləşən 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518.2 kv.metr ümumi sahədən ibarət əmlak kompeksi kimi müəssisənin dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarış əsasında 2008-ci ildə X1 aldığını bildirmiş, torpaq sahəsinin 1.11 ha olduğunu, ona satarkən 1,06721 ha olduğunu bildirmiş, ona reyestrindən çıxarış verilərkən çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.m az göstərildiyi qeyd edilmiş, torpaq sahəsinin bir hissəsi çıxarışda və texniki pasporta qeyd edilmədiyini bildirmiş, bu səbəbdən də həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının bu tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə guya 2008-ci ildə Nadir Əhmərovdan aldığı torpaq sahəsi olması görüntüsü yaratmaq istəyir. Halbuki iddiaçının Nadir Əhmərovdan nə qədər torpaq sahəsi və nə qədər tikili alması göstərilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin Nadir Əhmərovun mülkiyyətində olması onun iddiaçıya salması barədə heç bir sübut yoxdur. İddiaçının həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan boş ərazidə yerləşən torpaq sahəsidir. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı və ya hərrac yolu ilə istənilən şəxsə satmasında sərbəstdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaya qarşı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - JN-0884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba rayonu Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli 07 aylı qərarı ilə ayrılmış 1.11 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. - İddiaçı cavabdeh X3 qarşı cavabdehə məxsus həyətyanı torpaq sahəsinin alqısatqısı barədə cavabdehlə aralarında bağlanmış müqavilənin etibarlı hesab edilməsinə dair iddiası üzrə Qusar rayon Məhkəməsinin 02 mart 2007-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X4 məxsus Quba şəhəri, Azərbaycan prospektində yerləşən ümumi sahəsi 1610 kv.m olan “Örtülü bazar” binasının alqı-satqısına dair cavabdehlə bağladığı müqavilənin etibarlı hesab edilməsi qət edilmişdir. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı, xx.xx.2014 tarixli çıxarışdan görünür ki, İddiaçı 0,959875 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 24 noyabr 2020-ci il tarixi, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı Quba şəhəri 22-ci məhəllə ərazisində 0,9299 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli Ekspert rəyindən görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunur. xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan (yol tərəf) 8.9-7.4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** saylı Çıxarış əsasında iddiaçıya məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsü üzərinə cəmi 629 kv.m torpaq sahəsi əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verlməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, JN-0884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Quba rayonu Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli 07 aylı qərarı ilə ayrılmış 1.11 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. Sonradan həmin torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı satılmışdır. Lakin iddiaçının ona satılmış torpaq sahəsi üzərində hüququ tam olaraq, yəni sözügedən dövlət aktındakı ölçüyə uyğun olaraq qeydiyyata alınmamışdır. Bu səbəbdən iddiaçı torpaq sahəsinin ölçüsünə qeyd edilən dövlət aktına uyğun düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüləri xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülərlə eyni olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunur. xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan 8.9-7.4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin ölçüsü Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzgün göstərilmədiyindən, həmin çıxarışa düzəliş edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 16.2-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlətreyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtındatəqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarışda torpaq sahəsinin ölçüsünə düzəliş edilərək əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünə 629 kv.m torpaq sahəsi də əlavə olunmaqla, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verlməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarışda torpaq sahəsinin ölçüsünə düzəliş edilərək əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünə 629 kv.m torpaq sahəsi də əlavə olunmaqla, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verlməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun; İddia qalan hissədə təmin edilməsin. İş üzrə 40.22 (qırx manat, iyirmi iki qəpik) manat məbləğində ekspertiza xərci cavabdehdən, 9.78 (doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində ekspertiza xərci isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-278/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-278/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver