Məhkəmə qərarları › İş №2-1(118)-2783/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2783/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2783/2022 06.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı ( Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi ev 16, mənzil 6–da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə qarşı xx.xx.1980-ci il təvvəllüdlü Rzazadə (Rzayev) Rövşən Əmirastan oğlunun ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1980-ci il təvvəllüdlü Rzazadə (Rzayev) Rövşən Əmirastan oğlunun ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmas barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Rzazadə (Rzayev) Rövşən Əmirastan oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 2 ünvanda yerləşən 6 №-li mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 489 №-li əmri ilə ona ayrılmışdır. O dövrdə yaşayış sahəsinə köçmək üçün qanuni əsas olan müvafiq order də mənə verilmişdir. Hazırda həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır və yaşayır. Ona ayrılmış mənzil üzrə iddiaçıdan başqa oğlu - xx.xx.1980-ci il təvəllüdlü Rzazadə (Rzayev) Rövşən Əmirastan oğlu da həmin vaxtdan qeydiyyata alınmışdır. Lakin o, uzun müddətdir ki, ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarını tərk edib və daimi yaşamaq üçün İsveçə köçmüşdür. O, İsveç vətəndaşlığını qəbul etmişdir və neçə ildir ki, ümumiyyətlə Azərbaycan Respublikasına gəlmir. X1 faktiki olaraq uzun, bir neçə ildən artıq olan müddət bundan əvvəl daimi yaşamaq üçün başqa ölkəyə köçsə də, iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmamış, onun bu ünvan üzrə qeydiyyatı formal xarakter daşıyır. Bundan əlavə onun uzun müddət ərzində mənzildə formal qeydiyyatda olmaqla faktiki olaraq başqa ölkədə yaşaması yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə ziddir. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Dövlət Arxivinin Sumqayıt filialının arxiv arayışına əlavə edilmiş Sumqayıt şəhər İHB –nin 489 nömrəli xx.xx.1993-cü il tarixli əmrindən görünür ki, X3 məxsus Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Mojayskiy küçəsi, 16, mənzil 6-nı İddiaçı Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Mojayskiy küçəsi, 14, 37 nömrəli mənzili ilə dəyişmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətə cavab verməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatlını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən mənzil iddiaçıya mənzildəyişmə orderinə əsasən 1993-cü ildə ayrılmışdır. Həmin vaxtdan o, oğlu X1 ilə birlikdə mənzilə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcələnin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. ...... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İddiaçı ilə üçüncü şəxs R.Rzazadə arasında mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək yaranmışdır və ona görə də onlara aid bu mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun ümumi məhkəmə tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bekəliklə, məhkəmə hesab edir ki, Rzazadə (Rzayev) Rövşən Əmirastan oğlunun iddiaçının sahibliyində olan mənzildən istifadə hüququ saxlanıldığından hazırki iddia təmin edilməməli və iddiaçıya oğlunun yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar