Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-279/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dərəcəli əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya əlilliyin təyin vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1965-ci il təvəllüdlüdür. 2015-ci ildə ilk dəfə iddiaçıya 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqniozu aşağıdakı kimi olmuşdur : “sol diz oynağının qeyri-sabitliyi, kəskin funksiya pozğunluğu, ağırlaşma S83.5, diz oynağının xaçabənzər bağının (ön) gərilməsi və cırılması, sol diz oynağılnın çarpaz bağının tam qapanması, cəraahi əməliyyatdan sonrakı vəziyyəti, təkrar residiv qopma, ağırlaşma m16.2, ikitərəfli displaziya nəticəsində koksartroz, sağ bud çanaq oynağının devormasiyaedici koksartrozu sol-bud çanaq oynağının artrozu, ağırlaşma M17.2, ikitərəfli posttravmatik qonartroz, hər iki diz oynağının posttravmatik artrozu, ağırlaşma M62.5, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki ətrafın əzələ atrfoiyası, veqetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, veqetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, xroniki dəmir defisitli anemiya”. 2021-ci ilin yanvar ayında ona səbəbi bildirmədən əlilliyi etibarsız hesab edilmişdir. İddiaçının müraciətlərinə 2021-ci ilin fevral ayında əlavə müalicəyə ehtiyacın olması, 2022-ci ilin may ayında isə göndərişin natamam doldurulması ilə bağlı imtina cavabları verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə ünvan 2 Şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.8 - Bud süm,..; Diaqnozun mətni: Sağ bud sümüyünün aşağı 1/3 nin metalosintezlə bitişməkdə olan sınığı. Sağ diz oynağının bağlarının və ön çarpaz baın köhnə zədələnməsi. Oynağın postravmatik kontrakturası. Sağ a/ə funksiya pozğunluğu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.;" səbəbi ilə bir il müddətinə əlillik verilmişdir.ünvan 2 Şəhər poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik. X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.3 - Bud süm...; Diaqnozun mətni: Sağ bud sümüyünün aşağı 1/3 nin metalosintezlə bitişməkdə olan sınığı. Sağ diz oynağının bağlarının və ön çarpaz bağın köhnə zədələnməsi. Oynağın postravmatik kontrakturası. Sağ a/ə funksiya pozğunluğu.; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.3 - Bud süm...; Diaqnozun mətni: Sağ bud sümüyünün aşağı 1/3 ntn metalosihtezlə bitişməkdə olan sınığı. Sağ diz oynağının bağlarının və ön çarpaz bağın köhnə zedələnməsi. Oynağın postravmatik kontrakturası. Sağ a/ə funksiya pozğunluğu.; Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir.ünvan 2 Şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış:və X3: XiX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri ~> S70-S79 * Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları =»> S72 - Bud sümüyünün sınığı => S72.9- Bud süm...; Diaqnozun mətni: äsas diaqnoz T93.1 Bud sınığının nəticələri, Sağ bud sümüyün aşağı Уз-nin oynaqdaıl! qeyri düzgün bitişmiş sınığı.Sağ diz oynağının postravmatik artrozu.Sağ diz oynağının kontrakturası cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma R26.0 Ataktik yeriş, yerişin çətinləşməsi. Ağırlaşma L91,0 Hipeıtrofik çapıq, Нөг iki aşağı ətrafda ağrıdı daftıcı çapıq toxuma. Ağırlaşma M62.5 Əzələnin başqə rubrikalarda təsnif olunmayan atrofiyası və üzüiməsi, Hər iki aşağı ətrafın əzələ artrofiyasi. Ağırlaşma M23.5 Diz oynağının xroniki qeyri-stabiiliyi, so! diz oyunağınm qeyri stabjiiyi.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ETTOİ müayinə və müalicə məsləhət görülür. Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini deqiqiəşdirrnək üçün ETTOİ müayinə və müalicə məsləhət görülür” səbəbi İlə İmtina verilmişdir.ünvan 2 Şəhər poliklinikasının xx.xx.2021-ci ii tarixli göndərişi əsasında baxılmış və X3 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri -> S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin; travmaları => S72 ■- Bud sümüyünün sınığı ~> S72.4 - Bud süm...; Diaqnozun mətni: Sağibud sümüyünün aşağı 1/3-nln oynaq daxili qeyri düzgün bitişmiş sınığı, Sağ aşağı ətrafın qısalığı 5$m, Sağ bud canaq ,.sağ diz və sol diz oynaqlarının kontrakturası, Sağ bud canaq oynağının deformasiya edici koksa artrozu, Hər iki diz oynağının postravmatik artrozu, Her iki aşağı ətrafın əzələ artrofiy.; Məzkəzə göndərilmənin i imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli ;olan patofunksional dəyişikliklər körnəkçi-diaqnostik müayinələrlə təsdiq olunmayıb.” səbəbi ilə imtina verilmişdir.ünvan 2 Şəhər poliklinika şöbəsinin xx.xx.2021 -ci it tarixil göndərişi əsasında baxılmış və X3: XİX Sinif - Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların,| zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri ~> TS3 - Aşağı ...; Diaqnozun mətni: Əsas diaqnoz T93.1 Bud sınığının nəticələri, Sağ bud sümüyünün aşağı 1/3-nin oynaq daxili qeyri düzgün bitişmiş sınığı,Soi diz oynağının çarpaz bağının tam qopması, cərrahı əməliyyatdan sonrəkl vəziyyət. Təkrar ressediv qopma, Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın qısalığı 5sm. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud canaq ,sağ diz və sol diz oynaqlarının kontrakturası. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi,Hər tki aşağı ətrafların funksiya pozğunluğu. Ağırlaşma R52.0 Kəskin ağrı, agn sindromu. Ağırlaşma L.91.0 Hipertrofik çapıq, Hər iki aşağı ətrafda ağrıliı dartıcı çapıq toxuma. Ağırlaşma M23.5 Diz oynağının xroniki qeyri-stabiiliyi, .Sol diz oyunağınm qeyri stabiliyi, kəskin funksiya pozğunluğu Ağırlaşma S83.5 Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sol diz oynağının çarpaz bağının tam qopması, cərrahı əməliyyatdan sonraki vəziyyət. Təkrar ressediv qopma Ağırlaşma M16.2 ikitərəfli displaziya nəticəsində koksartroz, Sağ bud canaq oynağının deformasiyaedici koksartrozu. Sol bud-çanaq oynağının artrozu Ağırlaşma M 17.2 ikitərəfli posttravmatik qonartroz, Hər iki diz oynağının postravmatik artrozu. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki aşağı ətrafın əzələ artrofiyası. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Xroniki dəmir defisitli anemiya.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz və agirlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var'1 səbəbi ilə imtina verilmişdir.Göründüyü kimi, iddiaçı X2 əlillik vəziyyəti ünvan 2 Şəhər poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Diaqnoz və agirlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1965-ci il təvəllüddür. -Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında müalicə almışdır. - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. - iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X6 tərəfindən verilmiş T/145 saylı xx.xx.2023-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar ona Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin təyini ilə əlaqədar qiymətləndirilməsi üçün tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza üayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X7 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçının iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı 2014-cü ildən yuxarıda göstərilən xətsəliklərdən əziyyət çəkir, dəfələrlə stasionar və ambulator qaydada müalicə kursları qəbul etməsinə baxmayaraq səhhəti əksinə olaraq pisləşmiş, orqanizmin dayaq hərəkət funksiyaları daha da ağırlaşmışdır. Onun məruz qaldığı diaqnozlar forma N 88-də X1 uyğunlaşdırılaraq qeyd olunmuşdur. Lakin cavabdeh sonuncu dəfə 2021-ci ilin niyabr ayında onu müayinə etdikdən sonra ictisaslaşdırılmış müalicə müəssisəsində müayinə və müalicə olunması tələbi ilə imtina etmişdir. Halbuki həmin göndərişdə də Sumqayıt şəhər 1 saylı Mərkəzi Xəstəxanası diaqnozun Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli arayışına əsasən (həmin arayış da iş materiallarına əlavə edilmişdir) qoyulduğunu göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçının məruz qaldığı xəstəliklər nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçının barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və İddiaçı Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-279/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-279/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver