Məhkəmə qərarları › İş №2-1(118)-279/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-279/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-279/2024 20.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi ), xx.xx.2023cü il tarixli **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib cavabdehin xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra mübahisə məhkəmədə olan ərəfədə cavabdeh təşkilat tərəfindən müvcud mübahisə ilə bağlı bir neçə qərar qəbul edilmiş və bu səbəbdən iddiaçı iddia tələbini dəyişdirərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi ), xx.xx.2023-cü il tarixli **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərarına əsasən kameral qaydada 2021-ci ilin mənfəət vergisi üzrə müəssisəyə qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir : Müəssisənin əsas fəaliyyəti əhalidən ( fiziki şəxslərdən ) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması ( tullantıların utilizasiyası ) prosesi təşkil edir. Belə ki, ayrı – ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları ( mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri , məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri , latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları ) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinəuyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş ( saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda ( “Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş" Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəfimizdən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəfimizdən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2021-ci ilin mənfəət vergisi üzrə 1908520.82 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. .... Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili İddiaçının nümayəndə və vəkili Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia dəqiqləşdirilmiş iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-yə 2021-ci ilin mənfəət bəyannaməsi üzrə üzrə 384924,16 manat analoji qaydada vergi məbləği hesablanmışdır.İddiaçı tərəfindən hesablama metodu ilə təqdim etdilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri”, “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” 221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (********.44 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (********.79 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (155700.83 manat) məbləği (+) bəyannamənin aid olduğunn müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 -ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (********.62 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1925305.00 manat) çıxılması nəticəsində yaranan (********.62 manat) məbləğin müqayisəsi nəticəsində 1908520.82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi rdəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə **********689000 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqialəşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı ərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu acarmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların əzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron armatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi s təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və ergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri ‘üquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir......Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə 384924,16 manat vegi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2022-ci ilin yanvar-mart ayları ərzində 4243787,5 manat, oktyabr-sentyabr ayları ərzində 13650 manat, oktyabr-dekabr ayları ərzində 2106511,5 manat dəyərində alış aktları ilə mallar alınmasına baxmayaraq müvafiq dövrlər üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin 1ci rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il i'ixdə **********769200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin 9 əb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 212189.38 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********668400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 3-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il a-ixdə **********033400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin səb edilməsi haqqında" məktub göndərilmişdir.Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş “əktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 682.5 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il arixli **********632000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022ci ilin 4-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il arixdə **********196500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin ələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 105325.58 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********562400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi mi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” zərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim məsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.“Nağdsız hesablaşmalar haqqında qanun” Azərbaycan Respublikasının qanunun 3.5-ci -addəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən asağıdakı mallar nağd qaydada satın alına bilər:kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;xam dərinin tədarükü. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla -əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfindən mübahisənin ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə bir neçə dəfə ekspert rəyinin verilməsi xahiş olunmuş, lakin ekspertiza mərkəzi məhkəmə qərardadında qoyulmuş suallara hər dəfəsində natamam cavab verərmişdir. Bu səbəbdən məhkəmə işi Auditorlar palatasına göndərərək, müvafiq auditor rəyinin alınmasını məqsədəmüvafiq hesab etmişdir. Cavabdeh təşkilatın təkrar ekspertizanın keçirilməsini məhkəmə məqsədə müvafiq hesab etmədi. Belə ki, inzibati işin uzun müddət məhkəmənin icraatında olması tərəflərin haqlı narazılığına səbəb olmuş və iş üzrə audit rəyi alındığından işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdeh tərəfindən qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli **********134300 nömrəli (2021ci ilin Mənfəət vergisi ), xx.xx.2023-cü il tarixli **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlarının surəti, cavabdehin etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri, Azərbaycan Respublikası Auditorlar Palatası "xxxx" MMC tərəfindən verilmiş rəy və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçındə 2021-2022-ci illəri əhatə edən dövrü üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi kameral vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Kameral vergi yoxlaması zamanı vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinə yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlar qəbul edilmişdir.Qərarlardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və : ymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyəp qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, iş materialına əlavə edilmiş vergi orqanının xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2- ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir.Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir.Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən e-alış aktlarına əsasən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-yrı fiziki şəxslər tərəfindən satılmışdır. Qeyd olunan mövqe Azərbaycan Respublikası Auditorlar Palatası "xxxx" MMC tərəfindən verilmiş rəyində də öz əksini tapmış və cavabdeh tərəfindən tərtib edilmiş sözügedən qərarlar vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməməsi bildirilmişdir.Belə ki, auditor rəyindən görünür ki, Vergi ödəyicisinin 2021-2022-ci illər üzrə xərclərinin tanınması mövcud Azərbaycan Respublikası Vergi Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq istehsala çəkilmiş xərclərdir. Həmçinin, Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının Azərekspertiza Birliyinin xx.xx.2023 tarixli 04 nömrəli mütəxəssis rəyinə əsasən 2021-2022-ci xammal-material olaraq əldə edilmiş malların alış qiyməti və itki normaları göstərilməklə məhsulların istehsal həcmi mütəxəssis tərəfindən də təsdiqi müəyyən edilmişdir.Vergi ödəyicisinin alınmış mallara əsasən ödədiyi və xərcə aid etdiyi xammal-material qiymətləri mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər daxilində olduğu üçün xammal material xərci alış aktlarında qeyd edilən faktiki qiymət kimi nəzərə alınmışdır. Bundan əlavə mütəxəssis rəyinə əsasən xammal-material kimi əldə edilmiş metal tullantılarından itki normaları və digər hallar nəzərə alınmaqla əldə edilə bilən məhsulun miqdarı ilə vergi ödəyicisinin təqdim etdiyi məhsulların miqdarı ilə uyğunluq təşkil etmişdi. Bu da öz növbəsində vergi ödəyicisi tərəfindən elektron və kağız alış aktları əsasında əldə edilmiş və vergi bəyannaməsində göstərilmiş xammal materialına dair xərcin uyğunluğunu təsdiq edir. Bəhs edilən xərclər yoxlamaya təqdim edilmiş elektron qaimə-faktura, elektron alış aktları, kağız daşıyıcıda olan alış aktları, gömrük bəyannamələri, vergi bəyannamələri, kassa mədaxil və məxaric orderləri, idxalixrac məlumatları, itki normaları barədə ekspert rəyi və digər mühasibatlıq sənədləri ilə öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, “Auditor xidməti haqqında” qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Eyni zamanda AR Mərkəzi Bankı yanında Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.1997-ci il tarixli 63A №-li əmri ilə təsdiq edilmiş və AR Ədliyyə Nazirliyinin xx.xx.1998-ci il tarixli 92 nömrəli qeydiyyatına əsasən normativ hüquqi akt olaraq qeydə alınmış, hazırda da qüvvədə olan “Auditorun yekun sənədləri” Qaydasına əlavə edilmiş auditor rəylərin standartının 3-cü bəndinə əsasən auditor rəyi - auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.Həmin standartın 4-cü bəndinə əsasən səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarlar ləğv olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi ), xx.xx.2023cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli, (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli, (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar