Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2791/2023 16.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2791/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzil Azərbaycan SSR Sumqayıt şəhər XDS İcrayəKomitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 22 oktyabr 1986-cı il tarixli, 14/940 saylı order əsasında iddiaçı və onun 4 ailə üzvünə - həyat yoldaşı Quliyeva (Məlikova) Leyla Həmdulla qızına, övladları Quliyeva Vəfa Ramiz qızı və Quliyeva Güllər Ramiz qızına verilmişdir. Belə ki, o uzun müddət “Üzvi sintez” zavodunda “instruktor” vəzifəsində işləmişdir. Sözügedən mənzil ona işlədiyi yerdən verilmişdir. Həmin vaxtdan bu günki tarixə qədər sözügedən ünvanda ailəsi ilə birlikdə yaşayır. Mənzilin özəlləşdirilməsi ilə bağlı məsələyə əhəmiyyət verməmiş və vaxtında sənədləşmə işlərini aparmamışdır. Lakin mənzil üzərində hüquqlarını həyata keçirə bilməsi üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bu barədə o, cavabdeh inzbati orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın 15 mart 2023-cü il tarixli məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazlarının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianının təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73a ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq, iddiaçıya ərizənin icrasının mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli **********66 nömrəli məktub göndərilmişdir. Müraciətlə əlaqədar bildirilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilin ünvanı təkrarlanır. Belə ki, bu ünvanla **********83-05101-093017 reyestr nömrəli mənzil vətəndaş X2 adına xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2.3 və 2.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdirlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15 mart 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən 9 saylı mənzil İddiaçı və onun ailə üzvləri yoldaşı X1, övladları Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X5 və xx.xx.1979-cu il təvəllüdlü Quliyeva Vəfa Ramiz qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən tərtib edilmiş 124 saylı, 01 fevral 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Quliyeva Güllər Ramiz qızı ünvan 2 ünvanından qeydiyyatdan çıxmışdır. - X5 və Quliyeva Vəfa Ramiz qızı tərəfindən verilmiş 8 fevral 2023-cü il tarixli, 8i- 2303 və 8i-2304 reyestr nömrəli notarial ərizələrdən görünür ki, onlar Sumqayıt şəhəri, 9cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından daxil olmuş Sumqayıt XDS İcraiyyə Komitəsinin 10 oktyabr 1986-cı il tarixli, 22 saylı protokolunun 12.345.2 saylı qərarından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən 9 saylı mənzil İddiaçı və onun ailə üzvləri yoldaşı X1, övladları Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilməsi qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanına dair xx.xx.1986-cı il tarixdə 14/970 saylı order verilmişdir, ailə üzvləri ev sahibi İddiaçı, həyat yoldaşı X6, qızı Quliyeva Vəfa Ramiz qızı, Quliyeva Güllər Ramiz qızı, nəvələri X18 və X13r. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, ünvan 4 ünvanına dair xx.xx.2007-ci il tarixdə 209 saylı order verilmişdir, ailə üzvləri ev sahibi X8, qızı X14, oğlu X10r. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 209 saylı, 04 dekabr 2007-ci il tarixli orderinin surətindən görünür ki, ünvan 5 ünvanı X2, qızı X7 və oğlu X9 mülkiyyətinə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 73A, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 73A, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə X11 məxsusdur. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən 9 saylı mənzil Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə İddiaçı, X1, Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənəd əsasında cavabdeh orqana müraciət edərək, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi həmin ünvanın **********83-05101-093017 reyestr nömrəli çıxarışla vətəndaş X2 adına xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmasını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi gətirdiyi dəlil əsassız olmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi ərazisi, ev 73a ünvanında yerləşən 9 saylı mənzil Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə İddiaçı, X1, Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilmişdir. Qeyd olunan halla bağlı məhkəmə tərəfindən Sumqayıt Dövlət Arxivinə də sorğu verilmişdir və mübahisəli mənzilin iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməsi sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından daxil olmuş Sumqayıt XDS İcraiyyə Komitəsinin 10 oktyabr 1986-cı il tarixli, 22 saylı protokolunun 12.345.2 saylı qərarından çıxarışla da öz təsdiqini tapmışdır. İnzibati işlə bağlı yaranmış mübahisə cavabdeh orqanın iddiaçıya ayrılmış mənzilə dair X2 adına **********83-05101-093017 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın tərtib edilməsini bildirməsi ilə bağlıdır. Məhkəmə tərəfndən X2 adına tərtib edilmiş **********83-05101-093017 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin çıxarış “ünvan 6 ünvanı ilə bağlı tərtib edilmişdir. İnzibati iş üzrə X2 mülkiyyətində olan “ünvan 6 ünvanı ilə Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə iddiaçıya ayrılmış “ünvan 8 ünvanının eyni ünvan olub-olmamasının müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə tərəfindən X2 mülkiyyətində olan “ünvan 6 ünvanı ilə Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə iddiaçıya ayrılmış “ünvan 8 ünvanının eyni ünvan olub-olmamasının müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sorğular ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanına dair xx.xx.1986-cı il tarixdə 14/970 saylı order verilmişdir, ailə üzvləri ev sahibi İddiaçı, həyat yoldaşı X6, qızı Quliyeva Vəfa Ramiz qızı, Quliyeva Güllər Ramiz qızı, nəvələri X18 və X13r. Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, ünvan 4 ünvanına dair xx.xx.2007-ci il tarixdə 209 saylı order verilmişdir, ailə üzvləri ev sahibi X8, qızı X14, oğlu X10r. Göründüyü kimi məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, **********83-05101- 093017 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla X2 mülkiyyətində olan “ünvan 11 ünvanı ilə Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə iddiaçıya ayrılmış “ünvan 12 ünvanlardır və mübahisə predmeti olan mənzil həqiqətən də, iddiaçının mülkiyyətinə ayrılmışdır. Belə olan halda mübahisə predmeti olmayan digər mənzilə dair X2 adına **********83-05101-093017 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın tərtib edilməsi, mübahisə predmeti olan mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmamalıdır. İnzibati orqan tərəfindən X3 ayrılmış mənzilin dövlət qeydiyyatına alınması zamanı yanlışlığa yol verilməsi, iddiaçının ziyanına şərh oluna, onun məsuliyyətinə səbəb ola bilməz və ona mənzilin ayrıldığını təkzib edə bilməz, bu hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycn Respublikası Mənzil Məcəlləsinin 68ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi üçün müraciət edən vətəndaşın həmin mənzildə qeydiyyatda olması şərt kimi göstərilməmişdir və mənzilin özəlləşdirilməsindən bu səbəblə imtina edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı ailə üzvlərinin razılığı ilə yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Hazırda mübahisəli mənzilin özəlləşdirilməsindən imtina iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva