Məhkəmə qərarları › İş №2-1(118)-2794/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2794/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2794/2022 05.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (“X11 Mərkəzi”ndə hüquqşünas işləyən, Siyəzən rayonu Yenikənd kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikasının Dövlət X7 təminat, insan resursları və dövlət qulluğu departamentinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat və dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda baş məsləhətçi işləyən, ünvan 1 ünvanında olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X4rşı onun xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Siyəzən Rayon İcra Hakimiyyətində qulluq keçdiyini və ümumilikdə dövlət qulluğunda səkkiz il səkkiz ay qulluq stajının olduğunu nəzərə alaraq onun ümumi müsahibədə iştirak hüququnun təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Siyəzən rayon İcra Hakimiyyətində qulluq keçdiyini və ümumilikdə dövlət qulluğunda səkkiz il səkkiz ay qulluq stajının olduğunu və X1 xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Xocalı Rayon İcra Hakimiyyətində qulluq keçdiyini, ümumilikdə dövlət qulluğunda altı il altı ay qulluq stajının olduğunu nəzərə alaraq İddiaçı və X1 ümumi müsahibədə iştirak hüquqlarının tanınması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikasının X4rşı “ümumi müsahibədə iştirakın təmin edilməsi” tələbləri üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikasının X4rşı “ümumi müsahibədə iştirakın təmin edilməsi” barədə iddia tələbi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının X4rşı “ümumi müsahibədə iştirakın təmin edilməsi” barədə iddia tələbi üzrə icraatlar ayrılması qərara alınmışdır. Daha sonra məhkəmənin 2-1(112)-9759/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası üzrə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Siyəzən rayon İcra Hakimiyyətində (xx.xx.2010-cu il tarixdə Siyəzən rayon İcra Hakimiyyəti Aparatında məsləhətçi, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndə, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Siyəzən rayon İcra Hakimiyyəti Aparatında məsləhətçi vəzifəsində) qulluq keçmişdir. Ümumilikdə, dövlət qulluğunda səkkiz il səkkiz ay qulluq stajı vardır. Ona xx.xx.2010-ci il tarixdə 105 nömrəli əmrlə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2012-ci il tarixdə 215 nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu, xx.xx.2014-cü il tarixdə 214 nömrəli Əmrlə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Müvafiq olaraq aparılmış təyinatlar və verilmiş ixtisas dərəcəsi barədə məlumatlar rəsmi qaydada “Dövlət Qulluqçularının Reyestri”nə təqdim edilmiş və reyestr aparan səlahiyyətli qurum tərəfindən həmin məlumatlar reyestrə daxil edilmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçularına aid olan bütün təminatlar, o cümlədən mükafatlandırma, qulluq stajına görə əlavələr və s. ona şamil edilmişdir. İddiaçının barəsində yuxarıda qeyd olunan məlumatların Reyestrə daxil edilməsi Reyestri aparan qurum-Mərkəz tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli PHŞ/3-2-2022-867 nömrəli məktubda da təsdiq edilmişdir. Lakin cavabdeh Mərkəz 18 aprel 2022-ci il tarixli PHŞ/3-2-2022- 867 nömrəli məktubla iddiaçının ümumi müsahibədə iştirak etməsinə icazə verməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qrəar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianə qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Siyəzən rayon İcra Hakimiyyətində qulluq keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəl Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10 publik hüquq şəxsin Nizamnaməsi”nə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəz (bundan sonra - Mərkəz) dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasındc iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsins əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə keçirilir.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa 1 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, yuxarıda göstərilən maddənin müddəaları həmin Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçular (şəxslər) barəsində tətbiq edilmir.Həmin Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğun, qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) dedikdə, yerli icra hakimiyyəti orqanları və yerli icrı hakimiyyəti başçısının nümayəndəliklərində qulluq keçən şəxslər nəzərdə tutulur.Yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərind qulluğa qəbul edilmə ilə bağlı məsələlər 12 fevral 2008-ci il tarixdə qanunvericiliyə yer müddəanın daxil edilməsi ilə tənzimlənmişdir. Belə ki, yerli icra hakimiyyəti orqanları və yerli icr hakimiyyəti başçısının nümayəndəliklərində inzibati dövlət qulluğu vəzifələrinin tutulması həmi dövlət orqanı rəhbərinin qərarı əsasında yalnız müsahibə yolu ilə həyata keçirilir. Göstərilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə mindiyi üçün həmin tarixdə etibarən yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərin qulluğa qəbul edilən şəxslərin dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən ümur müsahibədə iştirakı qanunvericiliklə mümkün deyildir. İddiaçı 14 may 2008-ci il tarixdən sonra müvafiq dövlət qulluğu vəzifəsinə qulluğa qəbul edildiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycc Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq onun ümumi müsahibədə iştirak etmək hüququ yoxdur. İş materiallarında olan : - İddiaçının adına açılmış ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Siyəzən rayon İcra hakimiyyəti Başçısının Aparatının Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə ona kiçik dövlət qulluqçusu, xx.xx.2012-ci il tarixdə 3-cü dərəcə dövlət qulluqçusu, xx.xx.2014-ve il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisası verilmiş,xx.xx.2016-cı il tarixdə öz arzusuna əsaən dövlət qulluğuna xitam verilmiş, xx.xx.2016-cı il tarixdə daiçi dövlət qulluğuna qəbul olunaraq Siyəzən rayon İcra Hakimiyyəti Başçısınını Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə öz arzusuna əsasən dövlət qulluğuna xitam verilmiş, xx.xx.2017-ci il tarixdə Siyəzən rayon İcra hakimiyyəti Başçısının Aparatının Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilmiş və xx.xx.2019-cu il tarixdə öz arzusuna əsasən dövlət qulluğuna xitam verilmiş, xx.xx.2019-cu il tarixdə “X11 Mərkəzi”nə Maliyyə Təsərrüfat sektoruna böyük məsləhətçi-hüquqşünas vəzifəsinə təyin edilmişdir. - -X8 imtina məktubundan görünür ki, iddiaçı yerli icra hakimiyyəti orqanlarına qulluğa qəbul ilə bağlı 12 fevral 2008-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən, yəni 14 may 2008-ci il tarixdən sonra -xx.xx.2010-cu il tarixdə yerli icra hakimiyyətində qulluğa qəbul edildiyi üçün dövlət orqanlarında vakant inzibati vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibədə iştirak etmək hüququ olmadığı bildirilmişdir . ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019cu il tarixədək Siyəzən Rayon İcra Hakimiyyətində işləmişdir. Ümumi dövlət qulluq stajı 08 il 08 ay təşkil edir. X10 iddiaçının qeyd olunan müddət üzrə dövlət qulluğu stajını nəzərə almamış, iddiaçının ümumi müsahibədə iştirak etmək hüququnu məhdudlaşdıraraq onun ümumi müsahibədə iştirak etməklə bağlı müraciətinin təmin olunmasından imitna etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 29.2-ci maddəsinin 4-cü bəndinə görə müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 29.4cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. 1 may 2018-ci il tarixli 1114-VQD nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 29.3-cü maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlav edilmişdir: “Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir”. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtina məktubunda və iddiaya etirazında istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları xx.xx.2018-ci il tarixdən sonra qəbul edildiyindən həmin müddəaların iddiaçıya münasibətdə şamil edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla onun hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbi q edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 25 yanvar 2019-cu il tarixli 485 nömrəli Fərmanı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3-cü hissəsi yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3.23-cü bəndinə əsasən həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsininbirinci cümləsində, üçüncü və dördüncü hissələrində, 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 85.1-ci maddəsinə əsasən Qanunlar rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yerli icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının ümumi müsahibədə iştirak hüququnu məhdudlaşdıran norma “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 1 may 2018-ci il 1114-VQD nömrəli Qanunu ilə müəyyən edilmişdir və həmin qanun 25 may 2018-ci il tarixdə “Azərbaycan" qəzetində dərc edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Qeyd edilən Qanun həmin tarixdən sonra yaranan münasibətlərə tətbiq edilməlidr. Yəni həmin tarixdən sonra yerli icra hakimiyyəti orqanlarına dövlət qulluğuna qəbul olunan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin normanın Mərkəz tərəfindən geriyə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə ziddir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi yalnız vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdıran, onun hüquq və azadlıqlarını daha yaxşı müdafiə edən və ona müəyyən hüquqları nəzərdə tutan müddəaların geriyə tətbiq edilməsi mümkündür. Məhkəmə hesab edir ki, İddiaçı yerli icra hakimiyyəti orqanında 2010-2019-cu illərdə inzibati vəzifədə qulluq keçməsi, yəni “Dövlət qulluğu haqqında” Qanuna müvafiq müddəa (29.3-cü maddənin birinci hissəsinin ikinci cümləsi əlavə olunanadək) iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması öz təsdiqini tapdığından və sonradan əlavə edilən norma iddiaçının vəziyyətini ağırlaşdırdığından həmin norma onun barəsində tətbiq edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Siyəzən Rayon İcra Hakimiyyətində qulluq keçməsi və ümumilikdə dövlət qulluğunda 08 (səkkiz) il 08 (səkkiz) ay qulluq stajının olduğu nəzərə alınaraq onun ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının X8 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar