Məhkəmə qərarları › İş №2-1(118)-2795/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2795/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2795/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövr üçün təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzəriən qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək əlilliyə görə əmək pensiyasının xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövr üçün təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına əlilliyə görə əmək pensiyasının xx.xx.2015-ci il tarixindən hesablanaraq təyin edilməsi ilə bağlı elektron müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin müraciətimi eyni məzmunlu xx.xx.2023-cü il tarixli. 3-17-1/2-İ- 24140/2/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-1-289071/5/2023 saylı imtina məktubları ilə imtian cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək əilliyə görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanaraq təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə ümumi xətəlik səbəbindən lll dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilirdi. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİİ dərəcə (orqanizmin funksiyalarının 31- 60 faiz pozulması) və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə iddiaçıya əlilliyin müəyyən edildiyi qeyd olunmuşdur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) onun xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 5 il sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2392,94 manat pensiya kapitalı əsasında 233,20 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əlillik müddətinin bitməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən onun əlilliyinin müəyyən olunması ilə əlaqədar əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdən 308,10 manat məbləğində olmaqla bərpa olunmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş əlilliyə görə sosial müavinətin məbləği nəzərə alınmaqla ötən dövr üzrə (xx.xx.2020-cü il tarixdən) hesablanmış əmək pensiyasının məbləği İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əlilliyə görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanaraq təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, İş materiallarında olan: -TSEK-nin arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən üçüncü dərəcəli əlillik dəyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Aenntliyi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il cavab məktubundan görünür ki, İddiaçı dair tibbi sosial ekspertiza sənədlərinin surəti məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından dan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişi xx.xx.2020-cı il tarixinədək davam etdirilmişdir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən proaktiv qaydada (əlillik barədə məlumatlar sistemə 11,08.2023-cü il tarixində daxil olmuşdur) orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulan müavinət təyin edilmiş və ona əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixinədək ödənişi davam etdirilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman ötən dövr üzrə pensiya məbləği xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il geri) xx.xx.2020-ci il tarixinədək (müəyyən edilmiş əlillik müddəti bitdiyi tarixədək) və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək hesablanmışdır. Ötən dövr üzrə hesablanmış məbləğ xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu : Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göstərilən normaların məzmunundan göründüyü kimi əlilliyə görə əmək pensiyası əlilliyi müəyyən edilmiş şəxslərə təyin edilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 2007-ci ildən başlayaraq əlillik təyin edilmişdir. İddiaçı 2021-ci ilə qədər fasiləsiz əlillik dərəcəsinə malik olmasını bildirsə də, sənədlərə görə onun əlilliyi 2007-2008, 2014-2021-ci illərdə qüvvədə olmuşdur. 2021-ci ilin yanvar ayında əlilliyin müddəti bitmiş, bundan sonra ona 2023-cü ilin 05 may tarixinə kimi əlillik təyin edilməmişdir. Hazırda iddiaçı 2017-2020-ci illərdə əlilliyə görə əmək pensiyasının təyin olunmalı olduğu halda təyin edilmədiyin bildirmiş və həmin dövr üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablamaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı keçmiş dövr (2017-2020) üçün əmək pensiyasının təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Onun müraciəti nəzərə alınaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövr üçün ödənilməyən əmək pensiyası ödənilmişdir. Beləliklə, cavabdeh düzgün olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərini əsas tutmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixdən əvvəl müraciəti mövcud olmadığından daha əvvəlki dövr üçün əmək pensiyası ödənilə bilməzdi. İddiaçı 2017- 2020-ci illər üçün əmək pensiyasını almaq üçün ən geci 2020-ci ilin yanvar ayında müraciət etməli olmuşdur. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2218/2023 saylı qərarında da göstərilmişdir ki: “... istinad edilən qanunvericilik normalarının 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. 34. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8.10.2020-ci il tarixli 03/2020 nömrəli qərardadında qeyd edilmişdir ki, “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. .....2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmış, qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. .... Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün lınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar