Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-28/2021 17.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil ( fərdi qaydada vəkil işləyən, Şabran şəhəri, S.Vurğun küçəsi,ev 23-də yaşayan) İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu Sincanboyad kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şabran rayonu Sincanboyad kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədi ilə 0.12 ha torpaq sahəsi satılmışdır. Torpağın dəyəri tərəfindən ödənildikdən sonra torpağın alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt 09.10.2006-cı il tarixdə 338 nömrə ilə qeydiyyata alınmışdır. DTXK-nın Dəvəçi rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin kadastr planı tərtib edilmiş və dövlət torpaq kadastr kitabında uçota alınmışdır.Şabran rayonu Sincanboyad kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.05.2019-cu il tarixli ərizə ilə müraciət edilmiş, ərizəyə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə olunmuş Dəvəçi (Şabran) rayonu, Sincanboyad bələdiyyəsinin 06.10.2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatları 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə olunmuş Dəvəçi (Şabran) rayonu, Sincanboyad bələdiyyəsinin 06.10.2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatları 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişdiyi müəyyən edilmişdir. İş materiallarında olan : - Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 06.10.2006-ci il tarixli 72 nömrəli qərarından görünür ki, İddiaçı fərdi mənzil tikilməsi üçün bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 0.12. ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Dəvəçi rayon Sincanboyad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 09.10.2006cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin alqı-satqı aktı bələdiyyənin İddiaçı 0.12 ha torpaq sahəsinin satılması barədədir. - DTXK-nin Dəvəçi rayon Şöbəsi tərəfindən tərtib edilmiş **********2000015 nömrəli torpaq sahəsinin kadastr planından görünür ki, həmin kadastr planı Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 06.10.2006-ci il tarixli 72 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12. ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - 09.10.2006-cı il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin hesabına torpaq satışına görə 240 manat ödənilmişdir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 21.11.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Şabran rayonu, Sıncanboyad kəndində yerləşən 0.12 ha torpaq sahəsinin S=0.0469 ha hissəsi X6 məxsus **********51 reyestr nömrəli, S=10.5 kv m hissəsı isə X2 adına olan **********28 reyestr nömrəli çıxarışlarla kəsişir - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, JN 0277 KOD 30406028 seriyalı dövlət aktına əsasən X7 MA seriyalı ******* (**********459 reystr nömrəli) reyestrdən çıxarış verilmişdir. - Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı ilə X5 0.10 torpaq sahəsi ayrılmış və onun adına MH seriaylı ******* saylı (**********825 reyestr nömrəli) reyestrdən çıxarış tərtib edilmişdir. -Şabran rayon Şabran bələdiyyəsinin 31 mart 2021-ci il tarixli iclas protokolunun qərarına əsasən Cəbrayılov Elgün Qulu oğlunun mülkiyyətinə verilmiş 0,0222 ha torpaq sahəsinə dair **********98 reyestr nömrəli çıxarış tərtib edilmişdir. -Dəvəçi rayon Sincanboyad blədiyyəsinin 08 may 2006-cı il tarixli 31 nömrəli qərarı ilə X8 0.10 torpaq sahəsi satılmış, həmin torpaq sahəsinə dair **********28 reyestr nömrəli çıxarış tərtib edilmişdir . Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı müraciətinə cavab olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddiaçıya ayrılmış torpaq sahəsinin digər şəslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişdiyindən imtina cavabı vermişdir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinin mütəxəssisinin iştirakı ilə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində 0.24 ha torpaq sahəsi vardır. Həmin 0.24 ha torpaq sahəsi ilə DƏDRX tərəfindən verilmiş **********59 reyestr nömrəli Çıxarışa 0.12 ha torpaq sahəsi bütövlükdə, 3040T3003825 reyestr nömrəli Çıxarışa əsasən verilmiş 0.10 ha torpaq sahəsinin 312 kv.metr hissəsi və **********28 reyestr nömrəli Çıxarışa əsasən verilmiş 0,10 ha torpaq sahəsinin 3 kv m hissəsi üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun satılsa da, həmin torpaq hazırda hüquqi cəhətdən yüklü olduğundan digər mülkiyyətçilərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmədən iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydə alınması mümkün deyildir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üst düşməsi faktı öz təsdiqini tapdığından məhkəmə bununla bağlı cavabdehin imtina bildirişinin dəlilini əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 45 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Sincanboyad kəndində iddiaçıya məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaiti və mütəxəssis rəyinin verilməsi üçün sərf edilmiş 67,20 manat iddiaçıdan tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərcləri və 67,20 manat tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesabına ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-28/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-28/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver