Məhkəmə qərarları › İş №2-1(118)-280/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-280/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-280/2022 18.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi Vəkil oğlunun (“Pro Bono” Vəkil Bürosunun vəkili, ünvan 2 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 3 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 2 saylı Regional Ərazi filialına qarşı 2014-cü ildən iddiaçıya ödənilməyən əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ildən iddiaçıya ödənilməyən əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildə zərərli iş stajına görə təqaüdə çıxmışdır. 1976-1994-cü ilədək Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti idarəsində asfaltdöşəyən briqadir işləmişdir. 24.06.1993-cü ildə avtoqəza nəticəsində xəsarət almış və ona ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, əmək xəsarəti alan tarixdən 2014-cü ilin əvvəlinədək ona hər ay zərərvurmadan irəli gələn öhdəliyə görə ödənc ödənilmişdir. Lakin ona məlum olmayan səbəblərdən 2014-cü ildən həmin ödəncin ödənilməsi dayandırılmışdır. Bununla bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə 30.07.2021-ci il tarixdə müraciət etsə də, ərizəsinə heç bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət edərək, 2014-cü ildən bu günədək mənə əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsinin təmin olunmasını tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və bildirdi ki, vətəndaşın xəsarətə görə müavnətin alınması üçün onun müəssisədə xəsarət aldığını təsdiq edən sənəd olmalı və müəssisə özəlləşdirilmiş dövlət müəssiəsi olmalıdır. Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 12 yanvar 2022-ci il tarixli **********1 nömrəli məktubuna əsasən Əlillik vəziyyətinin qiymətləndirirlməsi üçün Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemindən İddiaçı dair məlumat aşkarlanmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli **********55 nömrəli məktuba əsasən müəssisə Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi hal-hazırda dövlət müəssisəsi olmaqla Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir, hazıradək özəlləşdirilməmişdir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İş materiallarında olan : - X3 məxsus AZE 06452064 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, 20.05.1956-cı il təvəllüdlüdür. - İddiaçının adına açılmış 10.03.1965-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 05.02.1964-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 03.01.1994-cü il tarixədək müxətlif işlərdə və peşələrdə işləmişdir. - 25 iyun 1993-cü il tarixli istehsalatda baş verən bədbəxt hadisə haqqında aktdan görünür ki, İddiaçı 24 iyun 1993-cü ildə nahar fasiləsindən qayıdarkən yolu keçən zaman avtomobil qəzasına uğramışdır. - 030860 nömrəli 19.08.1987-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2-ci (ikinci) dərəcəli əlillik verilmişdir. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 12.01.2022-ci il tarixli **********1 saylı cavab məktubundan görünür ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron infirmasiya sisteminin “Əlillik” altsistemində İddiaçı dair məlumat aşkarlanmışdır. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 13.01.2022-ci il tarixli **********55 saylı cavab məktubundan görünür ki, sorğuda qeyd olunan Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi hal-hazırda dövlət müəssisəsi olmaqla Sumqayıt şəhər İcra hakimiyyətinin tabeçiliyindədir və özəlləşdirilməmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2-(060-7606/2017 tarixli 09 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İH Mənzil Kommunal İstehsalat Birliyinə qarşı zərərvurmaya görə ödəncin ödənilməsinə dair iddiası rədd edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 17.03.2022-ci il tarixli 2(060)-7606/2017 saylı cavab məktubuna əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7606/2017 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İH Mənzil Kommunal İstehsalat Birliyinə qarşı zərərvurmaya görə ödəncin ödənilməsinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7606/2017 saylı 09.06.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 28.12.2018-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli Fərmanı verilmiş və həmin Fərmanla “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ təsdiq edilmişdir. Göründüyü kimi yalnız özəlləşdirilməyə çıxarılmış və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində işləmiş və istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərin sosial təminatını dövlət öz üzərinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının işlədiyi və istehsalat xəsarəti aldığı müəssisə Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir və özəlləşdirilməmişdir. Belə olan halda iddiaçının yuxarıda göstərilən Fərmanın müddəalarına əsaslanaraq ona ödənməli olduğu ödəncin sosial müdafiə orqanından tələb etməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar