Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2801/2023 14.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2298413Cavabdeh1nə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2298413Cavabdeh1nə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi” nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-5583/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Ağsu rayonunda qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində işləyir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının xidməti yaşayış yeri üzrə inzibati məhkəmədə baxılmalıdır.” Məhkəmə aşağıda qeyd olunanlara görə hesab edir ki, iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılmamalı və aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsi 09 fevral 2022-ci il tarixli, 2- 1(112)-5583/2023 saylı qərardadı ilə İPM-in 8.1.3-cü maddəsinə istinad etməklə təqtbiq edilməli hüquq normasını düzgün müəyyən etsədə, işin faktiki hallarının həmin normanın tələbləri baxımından qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının xidməti yaşayış yeri olmadığı halda, iddiaçının iş yerini xidməti yaşayış yeri kimi qiymətləndirmiş, işi iddiaçının yaşayış yeri üzrə Şəki İnzibati Məhkəməsinə göndərməli olduğu halda, hüquqi əsas olmadan Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində işləməsi onun hazırda hərbici statusunun olması və xidməti yaşayış yerinin olmasını müəyyən etmir. Məhkəmə praktikasındanda bilinir ki, müqavilə əsasında hərbi hissələrdə işləyən şəxslər hərbiçi sayılmırlar, onların xidməti yaşayış yerləri olmur. Hərbi qulluqçuların isə xidməti yaşayış yerləri olur və onlar müvafiq olaraq qeydiyyata alınırlar. Məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt şəhərində işləməsini nəzərə alanda onun iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılmasının iddiaçının maraqları baxımından əlverişli olması başadüşülən olsada, qanunvericiliyin tələbləri və hüquqi müəyyənlik prinsipi baxımından əsaslı hesab oluna bilməz. Nəzərə alandaki, Bakı və Sumqayıt şəhərlərində faktiki yaşayış yeri üzrə qeydiyyda olmadan yaşayıb, işləyən çoxlu sayda insanlar var və məhkəmə praktikasındada onların müvafiq iddialarına qeydiyytda olduqları yerin məhkəmələri tərəfindən baxılır, hazırkı halda istisna olacaq bir əsas mövcud deyil. Bu hallar isə həmin şəxslərin qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq olaraq qeydiyyatsız yaşamaları nəticəsində meydana gəlir. Beləliklə iddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının qeydiyyatda olduğu yer Ağsu rayonu, Bico kəndi olduğu üçün iddiaya həmin yerin yerləşdiyi məhkəmə tərəfindən baxılmalıdır. Bu halda Məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq iddiaçının qeydiyyatda olduğu yerə görə Şəki İnzibati Məhkəməsinə göndərilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2298413Cavabdeh1 qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-2801/2023 saylı inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2801/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2801/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver