Məhkəmə qərarları › İş №2-1(118)-2806/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2806/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2806/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Quba rayonu Rustov kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X2 müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı N969-ci ildə Quba rayonu Püstə-qasım kəndində anadan olmuşdur. xx.xx.N987-ci ildən xx.xx.NN-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.NN-ci ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuşdur. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək Xızı rayonu Sitalçay qəsəbəsində yerləşən N saylı hərbi hissə komandirinin əmrləri əsasında döyüş tapşırığı icra edən müxtəlif hərbi hissələrə ezam olunaraq, xidmət etmişdir. Ezamiyyətdə və hərbi hissədə xidmət etdiyi müddətdə hərbi hospitalda müalicədə olmuşdur. Qeyd olunan dövrdə o, Şəmkir rayonunun Dəllər aerodromunda (N saylı hərbi hissə) döyüş xidməti keçmiş, hərbi aviasiya təyyarələrinə, texnikasına və qurğularına texniki xidmət etmişdir. Bu barədə arxiv sənədlərində məlumat var. Lakin Müdafiə Nazirliyinə Veteran vəsiqəsi və adının verilməsi barədə müraciətlərini müsbət cavablandırmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları' ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Mərkəzi Arxivin 22 aprel 2022-ci il tarixli 4/2-2546 nömrəli arayışına əsasən iddiaçı 409, N və N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. Həmin hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 27 may 2022-ci il tarixli qərarı ilə məhz bu əsasla iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan : - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N987-ci ildən xx.xx.NN-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.NN -ci ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələri tərkibində hərbi xidmət etmişdir - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-2546 saylı arayışdan görünür ki, XN ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamında olan N nömrəli hərbi hissənin giziri İddiaçı bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır (əsas: § N3, səh. 2 sıra N3, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механик групп обслуживание AB" yazılıb), N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 4 №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı xx.xx.N2-ci ildən qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, əmrdə adı tam və atasının adı yazılmamışdır), N nömrəli hərbi hissə komandirinin 2N noyabr N2-ci il tarixli 58 №-li əmrində gizir İddiaçı xx.xx.N2-ci ildən döyüş əməlliyatlarında aviasiya texnikasına qulluq üçün Dəllər aerodromuna getməsi barədə məlumat vardır (əsas: səh. 32, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi “ст.механик групп обслуживание AB” yazılıb); N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 66 №-li əmrində gizir İddiaçı Dəllər aerodromundan qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § N, səh. 39, sıra N0, əmrdə adı tam və atasının adı yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N8 dekabr N2-ci il tarixli 76 №-li əmrində gizir İddiaçı müalicə almaq üçün Bakı şəhərinə Mərkəzi hərbi hospitala getməsi barədə məlumat vardır (əsas: səh. 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi "ст.механик по ПМК” yazılıb).N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 2 №-li əmrində gizir İddiaçı Mərkəzi hərbi hospitaldan müaliədən qayıtması barədə məlumat vardır (əsas: § N, səh. N, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механиҝ по ПМК” yazılıb); N nömrəli hərbi hissə komandirinin N4 yanvar N3-cü il tarixli 9 №-li əmrində gizir İddiaçı müalicə almaq üçün Bakı şəhərinə Mərkəzi hərbi hospitala getməsi barədə məlumat vardır (əsas: səh. 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механик по ПМК” yazılıb).N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 35 №-li əmrində gizir İddiaçı Mərkəzi hərbi hospitaldan müaliədən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, səh. N9, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi “ст.механик по ПМК” yazılıb); N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 77 №-li əmrində gizir İddiaçı xx.xx.N3-cü ildən aviasiya texnikasına qulluq üçün Şəmkir rayonu Dəllər stansiyasına N nömrəli hərbi hissəyə ezamiyyətə getməsi barədə məlumat vardır (əsas: səh. 32, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N2 may N3-cü il tarixli 84 №-li əmrində gizir İddiaçı Dəllər aerodromunda, N nömrəli hərbi hissədən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § 2, səh. 2, sıra 5, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N7 iyul N3-cü il tarixli N26 №-lİ əmrində gizir İddiaçı aviasiya texnikasına qulluq üçün Şəmkir rayonu Dəllər stansiyasına ezamiyyətə getməsi, N nömrəli hərbi hissənin qazan təminatından çıxarılması barədə məlumat vardır (əsas: səh. 32, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli N35 №-li əmrində gizir İddiaçı Dəllər aerodromundan qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır (əsas: § N, səh. 28, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır); N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli N87 №-!i əmrində uçuşların təhlükəsiz həyata keçirilməsini təmin etdiyi üçün gizir İddiaçı oktyabr N3-cü il üçün 2 (iki) koffisent ödənilməsi barədə məlumat vardır (əsas: § N, səh. 28, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır). ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları' ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi Əsasnaməyə əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əsas xidmət yeri Xızı rayonu Sitalçay qəsəbəsində yerləşən N saylı hərbi hissə olmuşdur. O. Müharibə veteranı adının verilməsi üçün əsas kimi onun Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezam olunması və hərbi aerodromda təyyarələrin döyüş vəziyytinə gətirilməsi və bombaların yerləşdirməsinə istinad etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezam olunması öz təsdiqini tapmışdır. Lakin Şəmkir rayonu döyüş əməliyyatlarının aparıldığı bölgə olmamışdır və orada yerləşən N saylı hərbi hissə birbaşa göyüş əməliyyatlarında iştirak etməmişdir. Yəni iddiaçı N saylı hərbi hissəyə ezam olunsa da, həmin hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə olmadığından bu hal iddiaçıya müharibə veteranı verilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X2 müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar