Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2807/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (Quba rayonu, Rustov kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət etmişdir. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissə komandirinin əmrləri əsasında döyüş tapşırığı icra edən müxtəlif hərbi hissələrə ezam olunaraq xidmət etmişdir. Qeyd olunan dövrdə o, Şəmkir rayonunun Dəllər aerodromunda (442 saylı hərbi hissə) döyüş xidməti keçmişdir, hərbi aviasiya təyyarələrinə, texnikasına və qurğularına texniki xidmət etmişdir. Bu barədə arxiv sənədlərində məlumat vardır. Lakin, Müdafiə Nazirliyinə Veteran vəsiqəsi və adının ona verilməsi barədə müraciətləri müsbət cavabını tapmır. Halbuki, Müdafiə Nazirliyinin verdiyi arxiv arayışında da qeyd olunur ki, gizir Seyid Seyıdəhmədova 3 (üç) qat əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı, iddia ərizəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrli hərbi hissə komandirlərinin əmrləri əsasında döyüş tapşırığı icra edən hərbi hissələrə ezam olunduğunu və həmin dövrdə Şəmkir rayonunun Dəllər aerodromunda (442 nömrəli hərbi hissə) döyüş xidməti keçdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiyanın İddiaçı ünvanlandığı 31,05.2022-ci il tarixli 4/3-6014 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə və Dəllər aerodromu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.Beləliklə müəyyən olunur ki, iddiaçını xidmət etdiyini bildirdiyini N nömrəli hərbi hissə və ezam edildiyini qeyd etdiyini Dəllər aerodromu döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. İş materiallarında olan : - - ZE № ******* seriyalı hərbi biletdən görünür ki, S.Seyidəhmədov xx.xx.1981 -ci ildən xx.xx.1992-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Azərbaycan, Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirini katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-2611 saylı arayışdan görünür ki, İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 36 №-li əmrində {əsas: §2, sıra-10; qeyd: əmrdə soyadı “Seyidəhmədov" yazılmış, adı tam, atasının adı yazılmamışdır) xx.xx.1992-ci İl tarixdən Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamında olan, gizir S.Seyidəhmədovun bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 37 №-li əmrində (əsas: səh.-9, sıra- 4; qeyd: əmrdə soyadı “Seyidəhmədov”, adı “Seyid” yazılmış, atasının adı yazılmamışdır) aviasiya texnikasına qulluq üçün Dəllər döyüş əməliyyatları aeradromuna göndərilmiş, gizir Seyid Seyidəhmədova 3 (üç) qat əmək haqqı ödənilməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 N°-ii əmrində (əsas: səh.-13; qeyd: əmrdə soyadı “Seyidəhmədov”, adı “Seyid” yazılmış, atasının adı yazılmamışdır). xx.xx.1992-ci il tarixdən Dəllər aeradromuna döyüş texnikasına qulluq üçün göndərilmiş, gizir Seyid Seyidəhmədovun ərzaq attestatı ilə təmin edilməsi barədə məlumat vardır,N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2 №-li əmrində (əsas: səh,-1, §3; qeyd: əmrdə soyadı “Seyidəhmədov”, adı “Seyid” yazılmış, atasının adı tam yazılmamışdır) Dəllərdən qayıtmış, gizir Seyidəhmədov Seyid Ş. oğlunun qazan təminatına daxil edilməklə 11.01.1SS3-cü il tarixdən pui kompensasiyası alması barədə məlumat vardır. X1 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 90 №-li əmrilə (əsas: səh.-28, §1; qeyd: əmrdə soyadı "Seyidəhmədov” yazılmışdır) Gəncə şəhərinə ezamiyyətə göndərilmişdir. X1 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 92 №-li əmrilə (əsas: səh.-28, §1; qeyd: əmrdə soyadı "Seyidəhmədov" yazılmışdır) xx.xx.1993-cü il tarixdən N №-li hərbi hissədən qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü i! tarixli 165 №-li əmrində (əsas: §1; qeyd: əmrdə soyadı “Seyidəhmədov” yazılmış, atasının adı tam yazılmamışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli müvafiq əmrinə əsasən, X4 Ş. oğluna növbəti “leytenant" hərbi rütbəsi verilməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 16 №-li əmrində (əsas: səh,- 12, §1, sıra-2; qeyd: əmrdə soyadı “Seyidəhmədov" yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyi üçün qrup rəhbəri, leytenant S.Ş.Seyidəhmədovun xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsi barədə 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə olması və yadöyüş bölkgələrinə ezam olunması öz təsdiqini tapmadı. Belə ki, iddiaçının ezam olunduğu Şəmkir rayonu Dəllər qəsəbəsi döyüş əməliyyatları yuxarıda istinad olunan Əsasnamə ilə gedən bölgələrə aid edilməmişdir. İddiaçı həmin hərbi hissəyə döyüş texnikasına qulluq üçün göndərilmiş, lakin bu hal ona müharibə veteranı adının verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2807/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2807/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver