Məhkəmə qərarları › İş №2-1(118)-281/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-281/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-281/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Qusar rayonu, Samur qəsəbəsində yaşayan), İddiaçının vəkili X9 (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X6 (DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan), X5 Gerayxanoviçin iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil ediərək iddiaçıya əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Qusar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012- 2016-cı illərin sosial sığorta stajına daxil ediərək iddiaçıya əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 avqust 1988-ci il tarixdə anadan olmuşdur. 20 aprel 2017-ci il tarixdə Tibbi-Sosial Ekspertiza Reabilitasiya Alt Sistemi ilə ona elektron qaydada İİ qrup əlillik təyin edilmişdir. 23.06.2017-ci il tarixdə ona əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Fondunun Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət tarixinə ona 5 il sığorta stajı tələb olunduğundan İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı il tarixdən əmək pensiyasına hüququ yarandığı günədək 5 ilə qarşı 5 il 0 ay 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən ona 20.04.2017-ci il tarixdən İİ qrup əlilliyə görə 114 manat 36 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq ona pensiyanın ödənilməsi dayandırılmış və bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh 29.06.2020-ci il tarixli, **********7 saylı məktubla ərizəni rədd edərək onun əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış»ın (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirmişdir. Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili izah etdi ki, iddiaçı və ailə üzvləri onlara ayrılmış pay torpağına görə adambaşına hər ay 17 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Lakin cavabdeh tərəf həmin ödənişlərin sistemdə görünmədiyini bildirərək həmin ödənişləri nəzərə almırlar. Halbuki, ödənişlərin sistemə yerləşdirilməsi iddiaçının vəzifələrinə aid deyildir və o, buna görə peniya almaq hüququndan məhrum edilməməlidir. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və izah etdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 20.04.2017-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. 23.06.2017-ci il tarixdə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə müraciət etmişdir. 5 il 20 gün sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuş və təyinat aparılmışdır. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsqini tapmadığı üçün ödənişlərin edilməsi dayandırılmışdır. 08.10.2020-ci il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililala MDSS ödənişləri haqqında sorğu yazılmışdır. Sorğuya verilən cavab məktubu və sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının cəmi üç ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan : - AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. - 17.03.2021-ci il tarixli AR ƏƏSMN TSEK arayışından görünür ki, İddiaçı İİ dərəcəli əlildir. - DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 0392 kod 30102005 saylı dövlət aktından görünür ki, həmin akt Qusar rayon Aqrar İslahat Komissiyasının 01.09.1998-ci il tarixli 15/1 saylı qərarı və Qusar rayon Məhkəməsinin 12.04.2006-cı il tarixli 158A saylı qətnaməsinə əsaəsn X2 və 5 nəfər ailə üzvlərinə, o cümlədən X4 ayrılmış 4.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmişdir. -DSMF-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 27 mart 2012-ci il tarixdə 21,0 manat, 07 noyabr 2012-ci il tarixdə 34 manat, 12 mart 2013-cü il tarixdə 17 manat, 24 iyun 2013-cü il tarixdə 17 manat, 26 noyabr 2013-cü il tarixdə 34 manat, 20 fevral 2014-cü il tarixdə 68 manat, aprel 2015-ci il tarixdə 70 manat, 08.04.2016-cı il tarixdə 70 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. - 3 saylı Ərazi Vergilər İdarəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinsə, “Sosial siğorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial siğorta haqları və işsizlikdən siğorta haqları üzrə rüblük hesabatların təqdim edilməsi və məcburi dövlət sosial siğorta haqları üzrə ödənişlərin yığılmasına nəzarət 01.01.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 01.01.2019-cu il tarixdən 08.12.2020ci il tarixədək sosial siğorta haqları üzrə ödənişi olmamışdır. 01.01.2019-cu il tarixdən əvvəlki dövrlər üzrə ödənilmiş məbləğlər DSMF PHŞ-in Qusar rayon xidmət nümayəndəliyinin məlumat bazasında əks etdirilmişdir. - Siğortaolunanın hesabından görünür ki, İddiaçı tərəfindən 2017-ci ilin yanvar, fevral və mart aylarında cəmi 34,85 manat pul ödəmişdir. - 25.02.2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı sorğuya AR ƏƏSMN tabeliyində DSMF-nin SSFU Mərkəzi Filialı tərəfindən göndərilən 04.03.2021-ci il tarixli, **********5 saylı cavab məktubundan görünür ki, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial siğorta haqları 01.01.2017-01.04.2017-ci il dövrləri ərzində cəmi 34,85 manat təşkil etmişdir. “X1 Sistemi”nin “Siğorta” (Hesabat) altsistemində siğortaolunan, İddiaçı 2012- 2016-cı illər, 2017-ci ilin İİ, İİİ, İV rübləri və 2018-ci il üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial siğorta haqları barədə heç bir məlumat yoxdur. -iddiaçının pensiya işinin materiallarından görünür ki, İddiaçı oğlina ilk dəfə əlillik dərəcəsi 20.04.2017-ci il tarixdə təyin edilmişdir. DSMF-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş 23.06.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.04.2012-ci il tarixdən 21.04.2017-ci il tarixədək 05 il 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 204.60 manat pensiya kapitalı vardır. - DSMF-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş 29.06.2020-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciət tarixinə ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 5 il sığorta stajı tələb edilmişdir. İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı il tarixdən əmək pensiyasına hüququ yarandığı günədək 5 ilə qarşı 5 il 0 ay 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən ona 20.04.2017-ci il tarixdən İİ qrup əlilliyə görə 114 manat 36 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin sonradan araşdırma zamanı qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial siğorta stajı barədə “Siğortaolunanın fərdi uçot məlumatları əsasında sosial siğorta stajı və pensiya kapitalı barədə “Arayış”ın təsdiqini tapmaması səbəbindən iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya ll qrup əlillik dərəcəsi 20 aprel 2017-ci il tarixdə təyin edilmişdir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin normaya 01.07.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə hesab edir ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş norma iddiaçının vəziyyətini ağırlaşdırdığından onun barəsində tətbiq edilməməli və iddiaçıya əmək pensiyası ona əlillik dərəcəsi verilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının” İİ bəndinin B yarımbəndində əsasən R.Dövlətxanova əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı 4 il 4 ay (28 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=13 yaş x 4 ay = 52 ay : 12 ay = 4 il 4 ay) təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının 5 ildən artıq sosial sığorta stajına malik olması müəyyən edildi. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə , aşağıdakı müddətlər daxil edilir: ..... 21.2.10 mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina etməsi və bu əsasla ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF 2 saylı Refional Ərazi filialının X3 əlilliyə görə pensiya təyin edilmsindən imtina etməsi sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil ediərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar