Məhkəmə qərarları › İş №2-1(118)-281/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-281/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-281/2025 01.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızı İddiaçı Sumqayıt Şəhər Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 13 iyul 2018-ci il tarixli, 08 saylı iclasının 15 saylı qərarına əsasən üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmış Sumqayıt şəhərinin 42-ci məhəlləsi ərazisində Çerkassı küçəsində yerləşən 4200 kvadrat metr sahəsinin ayrılmasına dair rəyin verilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhər Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Sumqayıt Bələdiyyəsinin 13 iyul 2018-ci il tarixli, 08 saylı iclasının 15 saylı qərarına əsasən üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmış Sumqayıt şəhərinin 42-ci məhəlləsi ərazisində Çerkassı küçəsində yerləşən 4200 kvadrat metr sahəsinin ayrılmasına dair rəyin verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sumqayıt Şəhər Sumqayıt Bələdiyyəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar