Məhkəmə qərarları › İş №2-1(118)-2810/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2810/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2810/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun 15 iyun 1990-cı ildən 28 fevral 1995-ci ilə kimi tam iş günü “Azərbaycan İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk zavodunun divinli istehsalı sexində kimyəvi analiz laborantı vəzifəsində, həmçinin 24 oktyabr 2011- cil ildən hal –hazıra kimi tam iş günü “Azərkimya“ İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işlədiyi müddəti sağlamlığa zərər verən işlərə aid olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. O,15 iyun 1990-ci ildən 28 fevral 1995-ci ilə kimi tam iş günü “Azərkimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk” zavodunun divinil istehsalı sexində kimyəvi analiz laborantı vəzifəsində işləmişdir. Həmçinin 24 oktyabr 2011-ci ildən hal-hazıra kimi tam iş günü "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işləyir. İddiaçı pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********1 nömrəli cavab məktubunda iddiaçının yaşı qanunla tələb olunandan (58 yaşdan) az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan tşiərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-cİ maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. İddiaçının yaşı müraciət etdiyi tarixdə 55 il 06 ay olmuşdur, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə müəyyən edilmiş digər şərtlər ödənildiyi halda 58 yaşda yarandığından, hazırkı iş üzrə hüququn pozulması faktı mövcud olmamışdır. İş materiallarında olan : - AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 01.1.1967-ci il təvəllüdlüdür. - Sumqayıt Kimya Texnologiya Texnikumu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli HT-№ 558120 seriyalı diplomun surətindən görünür ki, X4 1987-1990-cı illərdə həmin texnikumun texnik texnoloq ixtisası üzrə tam kursu bitirmişdir. - iddiaçıya aid ИТ-№ ******* seiyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983xx.xx.1987-ci illərdə sovxoz kompleks fermasında, xx.xx.1990-xx.xx.1995-ci illərdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun divinli istehsalı sexində, xx.xx.1996-cı ildən xx.xx.2010-cu illərdə Sumqayıt Sintezkauçuk zavodunda, xx.xx.2011-ci il tarixdən hazırki tarixədək Sumqayıt Etilen Polietilen zavodunda işləyir. - “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş 107 və 108 saylı xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı xx.xx.1990-xx.xx.1995-ci illərdə zavodun divinil sexində kimyəvi analiz laborantı, xx.xx.2011-ci ildən hazıra kimi həmin zavodda piroqazı və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işləyir. Göstərilən peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-cü il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş XVİİ bölməsinin 8.1.1 bəndinin 2110A030-1754 V şifrində və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının Vİİİ bölməsinin 8.3.3-cü bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının X bölməsinin 3-cü bəndinin 2110A030-175446 sifrinə əsasən 2 saylı istehsalatında göstərilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olmaqla 55 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin oluinması üçün cavabdeh inzibati orqana 2022-ci ilin iyul ayında müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun kifayət qədər ümumi və xsusi staja malik olması mübahisələndirilmir, yalnız onun müraciət etdiyi vaxt artıq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyi və həmin dəyişikliyə görə iddiaçının 58 yaşdan pensiya almaq hüququ yarandığına istinad edərək imtina cavabı vermişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29 iyun 2022ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd : Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göstərilən Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə hesab edir ki, Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişiklik iddiaçının bəziyyətini ağırlaşdırdıöından onun barəsində tətbiq olunmamalı və ona hüququ yarandığı gündən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün normanın digər dispozitiv şərtləri olan, iddiaçının ən azı 20 il ümumi və ən azı 10 il xüsusi staja malik olması şərtləri yerinə yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar