Məhkəmə qərarları › İş №2-1(118)-2812/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2812/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2812/2022 06.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı xx.xx.1981-ci il təvəllüdlü X14, xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsində yerləşən 138 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X14, xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsində yerləşən 138 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Polis idarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsini əsl cavabdeh Abşeron rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X14, X4, X12 üçüncü şəxs qismində inizbati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsində yerləşən 138 saylı ev ona məxsusdur. Üçüncü şəxs X14 onun keçmiş gəlinidir. İddiaçının oğlu X15 ilə X14 xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü Hüsniyyə və xx.xx.2005-ci il təvəllüdlü Töhfə və xx.xx.2014-cü il təvəllüdlü Murad adlı övladları vardır. Oğlu ilə keçmiş gəlinim arasında olan münasibətlər pisləşmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra iddiaçı mülkiyyətçi kimi Abşeron Rayon Məhkəməsinə müraciət edərək, keçmiş gəlini və nəvələrinin mənzildən isitifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) onun müvafiq iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2985/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun apeilyasiya şikayəti təmin edilməyərək, Abşeron rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli 2(012)- 2913/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 1979-cu il təvəllüdlü oğlu X15 İİ Qarabağ müharibəsi iştirakçısı olmuş və şəhidlik zirvəsinə ucalmışdır, üçüncü şəxslər ona məxsus evdə yaşamırlar. Hətta mərhum oğlu ilə aralarında olan nikah pozulmadan öncə onlar anlaşa bilmədikləri üçün ayrı yaşamışlar. Onların həmin evdə qeydiyyatı formaldır. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -**********68-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsi, ev 138 İddiaçı xüsusi mülkiyyətindədir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 iddiası təmin edilmiş, X15 ilə X14 arasında 25 noyabr 2000-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozullması, X4, X16 və Rəjhimli, Murad Abdulla oğlunun anaları X8 himayəsinə verilməsi ,uşağların yetkinlik yaşma çatanadək saxlanması üçün X6 01 yanvar X18 qszı, X16 və X1 üçün hər ay 154 manat, cəmi 462 manat sabit pul məbləğində aliment tutularaq, Rəhimovä Könül Vaqif qızına ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətanməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X10 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiasının rədd edilməsinə dair Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 17/81 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov küçəsi, ev 32 ilə ünvan 2 ünvandır. X14, X4, X12 və X2 rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsi, ev 138 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ümumi məhkəmədə iddia qaldıraraq keçmiş gəlini və nəvələrinin yaşayış sahəsindən istifadə hüququnun itrilimiş hesab edilməsini xahiş etmişdir. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “iddiaçı ilə cavabdehlər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12-cü maddəsinə əsasən mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.... Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla həyata keçirilə bilər”. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki iş üzrə üçüncü şəxslərin mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmədiyindən, başqa sözlə yaşayış sahəsindən istifadə hüququ saxlanıldığından iddianın təmin edilməsi məqsədəuyğun deyildir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətə cavabdeh inzibati oqanın imtina cavabı qanunauyğun olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis idarəsinə qarşı xx.xx.1981-ci il təvəllüdlü X14, xx.xx.2002-ci il təvəllüdlü X4,xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsində yerləşən 138 saylı evdən qeydiyyatdan çıxaırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar