Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2812/2024 06.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adınən və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Şabran (keçmiş Dəvəçi) rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1992ci il tarixdə N saylı hərbi hissənin tərkibinə daxil edilmişdir. N saylı hərbi hissənin tərkibində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidmət keçmiş və hərbi hospitala müalicəyə getdiyinə görə ərzaq təminatından çıxarılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən aldığı travma ilə əlaqədar, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında müayinə və müalicə olunmuşdur. xx.xx.1994-cü il tarixində N saylı hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən “Hər iki ayaq və əl barmaqların 2-3 dərəcəli donvurmasından sonra bərkıməmiş dəri çapıqları hərəkət funksiyasının pozulması ilə" diaqnozu ilə tibbi şəhadətlənmişdir. xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələridiaqnoz "Sağ əlin 3 və 4 barmaqların orta-distal falanqa səviyyəsindən, 5 barmağın əsas falanqa səviyyəsinin amputasiyası, sağ əlin 1-2 barmaqlarının uc hissələrində və sol əlin 5 barmağının uc hissəsində köhnə çapıq toxumalar və həmin barmaqların dırnaq sədəflərinin deformasiyası, sağ əlin ovuc səthində bir ədəd köhnə çapıq toxuma" müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü ii tarixli 118 saylı Qərarı ilə, yuxarıda qeyd edilən diaqnozları əsas götürərək iddiaçının travmasının "Hərbi travma" kimi qeydə alınaraq, yaranmasını "Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır" müəyyən edilmişdir. İddiaçı "Müharibə veteranı" adı alınması və vəsiqəsinin verilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, lakib cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 31 avqust 2022-ci il tarixli 4/2-5666 nömrəli arayışına əsasən İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissənin tərkibində xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanuna uyğun olmuşdur. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman xidməti mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 118 nömrəli qərarından görünür ki, Dəvəçi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP 02/5970 nömrəli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 18/5511 nömrəli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktublarına əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Gəncə ş. A,Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Hər iki ayaq barmaqlarının donvurması" və xx.xx.1994-cü ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Hər iki ayaq və əl barmaqlarının İİ-İİİ dərəcəli donvurmasında.n sonrakı bərkiməmiş dəri çapıqları, hərəkət funksiyasının pozulması ilə" və xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Sağ əlin İİİ və İV barmaqlarının orta- dıstal falanqa səviyyəsindən, V barmağın əsas falanqa səviyyəsindən amputasiyası, sağ əlin l-ll barmaqlarının uc hissələrində və sol əlin V barmağının uc hissələrində köhnə çapıq toxumalar və həmin barmaqların dırnaq sədəflərinin deformasiyası, sağ əlin ovuc səthində bir ədəd köhnə çapıq toxuma" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin 16,03.2023-cü il tarixli 3-43-86/2- 269 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 57 nömrəli arayışı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP02/5970 nömrəli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 18/5511 nömrəli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubları, Gəncə ş. A.Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, stasionar xəstələrin qeydiyyat jurnalından çıxarış, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2022-ci il tarixli 10223 nömrəli arayış, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli 53 nömrəli aktı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR.” - Ağdam Hərbi Prokurorluğu və Tərtər Hərbi Prokurorluğu tərəfindən verilmiş məktublardan görünür ki, İddiaçı (Tariyel) Həsən oğlunun barəsində cinayət işi istintaq olunmamış və material araşdırılmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, təqdim olunan sənədlərə və Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5666 nömrəli arayışına əsasən hərbi xidmətdən qanuni əsaslaria ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2812/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2812/2024
06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver