Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-282/2024 01.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 20 may 2006-cı il tarixli JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dairiddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 may 2006-cı il tarixli JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 20 may 2006-cı il tarixli JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X10, X5, X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 30 dekabr 2005-ci il tarixli 4-Ə-1877 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Zizik kəndi ərazisindən 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq satın almış və adına keçmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi Quba Rayon şöbəsi tərəfindən adına mülkiyyətimi təsdiq edən JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş və həmin vaxtdan torpaqdan bir mülkiyyətçi kimi istifadə edir, sahiblik edir. İddiaçı yeni qaydalara görə qeyd olunan qeyd olunan torpaq sahəsinə öz adına mülkiyyətini təsdiq edən çıxarış almaq üçün cavabdehə hüquq müəyyənedici sənədləri təqdim etmiş və cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan JN-719 nömrəli "Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı"nın ləğv edilmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin Quba rayon Şöbəsindən təhvil almış dövlət aktlarını qeydiyyat kitablarında qeydə alınmadığını, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığını bildirərək ərizəmin icrasına imtina etmişdir, ona görə də pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. iddia ərizəmə əlavə etdiyi JN-719 KOD 30303028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından aşkar olur ki, Quba rayon Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli 4-Ə- 1877 saylı alqı-satqı müqaviləsi ilə 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq satılmış və adına mülkiyyətini təsdiq edən 20 may 2006-cı il tarixli JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir və qeyd olunan torpaq sahəsindən 2005-ci ildən hal-hazıra kimi bir mülkiyyətçi kimi istifadə edərək sahiblik edir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, qeyd olunan JN-719 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin İcrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan: - JN-0719 KOD 30304028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli, 4-ə-1877 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu, Zizik kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,35 ha torpaq sahəsi İddiaçı satılmışdır. - JN-0720 KOD 30304028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı və DNK-nun xx.xx.2005-ci il tarixli, 4-ə-1877 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonu, Zizik kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,35 ha torpaq sahəsi X6 və onun ailə üzvlərinə verilmişdir. - JN-587 KOD 30304028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Zizik kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,70 ha torpaq sahəsi X6 və onun ailə üzvlərinə verilmişdir. - JN-588 KOD 30304028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Zizik kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,97 ha torpaq sahəsi X9 və onun ailə üzvlərinə verilmişdir. - Məhkəmə sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində JN-587 (kod ********), JN-588 (kod ********), JN- 0719 (kod ********), JN-0720 (kod ********) nömrəli ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Akt"ları və İddiaçı dair məlumat aşkar edilməmişdir. Mövcud olan Quba rayonu, Zizik kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından X7 və X4 adları qeyd edilmiş hissədən, eləcə də Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 2 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə olunur). JN-719, KOD 30304028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron bazaməlumatlarında oan DWJ xəritələrində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin faktiki istifadə olunan tomaq sənəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. İddiaçının adına olan JN 0719 KOD 30304028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və X2 və onun ailə üzvlərinin adına olan JN 720 KOD 30304028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elekron baza məlumatlarında DWJ xəritələrində və torplaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından uyğun olub-olmamasının müəyyənləşdirmək mümkün deyildir. JN-587 KOD 30304028 saylı Dövlət Aktına əsasən X6 və ailə üzvlərinə məxsus 1,70 ha torpaq sahəsi və JN-588 KOD 30304028 saylı Dövlət aktına əsasən X9 və ailə üzvlərinə məxsus 0,97 ha torpaq sahəsi Dövlət Aktlarına uyğundur. Qeyd edək ki, JN-588 nömrəli və JN-587 nömrəli Dövlət Aktları elektron baza məlumatlarında olan DWJ xəritələrində və torplaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmışdır. İddiaçının faktiki istifadəsində 1,29 ha torpaq sahəsi mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,97 ha hissəsi torpaqların elektron kadastrı üçotu informaiya sisemniə (TEKUİS) JN-588 nömrəli Dövlət Aktına əsasən X9 və və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə 0,32 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-ütə düşür.(müvafiq sxem və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Göstərilən Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi torpaq sahəsi üzərində iddiaçının hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1 maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə iddiaçıya torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində 1.29 ha olması, o cümlədən həmin torpaq sahəsindən 0.97 ha torpaq sahəsinin A.Şarvalova verilmiş dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, 032 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlarla üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtina cavabında göstərdiyi dəlilləri əsasız hesab edərək qeyd edir ki, iddiaçının faktiki istifadəsində olantorpaq sahəsinin ölçüsü və koordinaları bəllidir. O, torpaq sahəsini qanuni sahiblərindən alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. həmin müqavilə mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə məlumat yoxdur. Alqısatqı müqaviləsi üzrə notariat içinin Dövlət Notariat Arxivinə təhvil verilməməsi müəyyən edilmişdir, lakin bu hal da müqavilənin həqiqiliyini şübhə altına ala bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 20 may 2006cı il tarixli JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan 1,29 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. 20 may 2006-cı il tarixli JN-719 KOD 30304028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan 1,29 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-282/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-282/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver