Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2824/2025 06.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Qarabağ uğrunda 1988-ci ildə başladığı Vətən müharibəsi zamanı Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə ağır xəsarət alaraq, xx.xx.1994-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Odlu silah yaralanmasından (xx.xx.1994) sonrakı sol budun yuxarı 1/3-nin və sağrıların bərkimiş dəri çapıqları” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər İdarəsinin xx.xx.2014cü il tarixli 4551 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 732 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli arayışı, protokol kitabından çıxarış MN MHHK-nın həkim mütəxəssis-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci maddəsinin “a” bəndi. MN MHHK-nm 653 nömrəli xx.xx.2014-cü il tarixli protokolunda qeyd edilməsinə baxmayaraq, döyüş zamanı daha ağır bədən xəsarəti almışdır ki, bu da o zaman verilmiş eksperti rəyində qeyd olunmamışdır. Beləliklə də, İddiaçı 2015-ci ildən 2021-ci ilin iyun-iyul aylarına kimi aylıq 300 (üç yüz) manat pensiya və əlavə olaraq eyni tarixdən 350 (üç yüz əlli) manat prezident təqaüdü almış, ancaq 2021-ci ilin iyun-iyul aylarında verilən pensiyada, təqaüddə qanunsuz və əsassız olaraq kəsilmiş, bu günə qədər bərpa edə bilməmişdir. Bakı Medical Plaza Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 392/17 saylı Epikriz, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2018-ci il tarixli, Sumqayıt 3 nömrəli xəstəxanasından 3 nömrəli X/T X13 tərəfindən xx.xx.2021-ci il tarixli çıxarış, Sumqayıt şəhər 3 saylı xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 309 saylı Epikriz, Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarış, Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarış, Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarış, Ambulator müalicədən (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” Publik Hüquqi şəxs tərəfindən xx.xx.2024- cü il tarixli ********* saylı Arayış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3602 saylı Həkim Psixiatr Komissiyasının rəyi, Səhiyyə Nazirliyi 2 nömrəli X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1/854 saylı Həkim Psixiatr Komissiyası 837 nömrəli rəyi “İnter” MedPlyus Diaqnostik Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X9 rəsmi sənədinin surəti və Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı həm tibbi müalicə olunması üçün onun 2021-ci ilin iyun ayından dayandırılmış 300 manat pensiyaya və 350 manat prezident təqaüdünə ehtiyacı vardır, əlavə olaraq o ikinci qrup əlildir. Nəhayət 2 (iki) dəfə Sumqayıt şəhər 3 nömrəli xəstəxanada yataraq müalicə almış, 7 (yeddi) dəfə mütəmadi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 1 (bir) ay, 15 (on beş) gün və 10 (on) gün yatıb müalicə almış və hal-hazırda müalicə davam edir. Belə ki, İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, yenidən imtina cavabı verilmiş, ancaq rəsmən göndərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, iddia mümkünsüz iddiadır. Çünki cavabdehi iddiaçı DTSERA olaraq səhv seçmişdir. Bundan başqa Sumqayıt şəhər sakini xx.xx.1962- ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0529003AAHNC nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022- ci il tarixli 0531003AAM1M nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 816 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından (xx.xx.1994) sonrakı sol budun yuxarı 1/3-nin və sağrıların bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında keyimə, ağrılardan şikayətlənmiş, AKŞ əməliyyatı keçirdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı sağ bel, sağ sağrı və sol budun yuxarı 1/3-də çapıq qeyd olunmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, bel nahiyəsində ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan, yaddaş zəifliyindən, yuxusuzluqdan, əsəbilikdən, yorğunluqdan, iştahsızlıqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə odlu silahla yaralanmasını, 2017-ci ildə AKŞ (aorta koronar şuntlama) əməliyyatı keçirdiyini bildirmişdir. Medikamentoz preparatlardan “Cardiomagnyl”, “Egilok” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı ürək nahiyəsində və aşağı ətraflarda cərrahi əməliyyatdan sonrakı çapıqlar izlənilmiş, A/T140/90 mm. c.süt (dərmansız), saturasiya 99%, puls-92 vurğu müəyyənləşdirilmiş, aşağı ətraflarda ödem aşkarlanmamış, hərəkət məhdudluğu, əzələ atrofiyası izlənilməmiş, hərəkətləri tam həcmdə olmuşdur. Psixi status: 2022-ci ildə əlillik təyinatı üçün müraciət etmiş, imtina aldıqdan sonra psixiatrik müəssisələrə yönlənmişdir. 2024-cü ilə kimi “Nevrasteniya” diaqnozu ilə gündüz stasionarında müalicə almış, son aylarda isə diaqnoz “Rekurrent depressiya” ilə əvəz olunmuşdur. Nəzərə almaq lazımdır ki, rekurent depresiya ilkin depressiv epizod qeydə alınan tarixdən 2 il müddətinə təkrarlanan depressiv epizodlar zamanı qeydə alınmış olmalı idi. Bununla yanaşı öncəki rəylərdə qeyd olunan MMSE-24 müayinə zamanı inkar olunur. Emosiyaları canlı bir qədər demonstrativ olmuş, təfəkkürünün ardıcıl, məntiqi olması müşahidə edilmiş, diqqəti və konsentrasiyası patologiyasız izlənilmişdir. Verilən sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermiş, təqdim etdiyi yuxusuzluq və yaddaşsızlıq şikayətlərini araşdırdıqda və hazırki psixi status nəzərə alındıqda tam simulyativ xarakter davranış nümayiş etdirdiyi düşünülmüş və təyin edilmiş diaqnoza müvafiq klinika əksini tapmamışdır. Rekurent depressiya kimi yüksək intihar riski daşıyan xəstənin davamlı müalicə almaması kliniki uyğunsuzdur. X10 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ sağrı nahiyyəsində boylama böyük həcmli, sol budun yuxarı 1/3- nin iç səthində, sağ tərəfli bel nahiyyəsində kobud dartıcı ağrılı çapıq toxumaları, bel fəqərələrinin İİİ-İV dərəcəli osteoxondrozu, irradiasiya verən kəskin kökcük ağrı sindomu, sağ bud-çanaq oynağının yuxarısında 1.3x0.5 sm ölçüdə metal qəlpəsi, sağ budun yuxarı 1/3-də 0.6 sm ölçüdə metal qəlpəsi, sağ budçanaq oynağının postravmatik deformasiya edici İİ dərəcəli koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 23 dərəcə), sağ oturaq sinirinin travmadan sonra nevriti, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024- cü il tarixli 3607 nömrəli Tibbi rəyində diaqnoz “Rekkurent depressiya, cari orta ifadəli depressiv epizod. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir. ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli 1/854 nömrəli Tibbi rəyində diaqnoz “Rekkurent depressiya, cari orta ifadəli depressiv epizod” kimi qeyd kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. . 2 nömrəli X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Rekkurent depressiya, cari orta ifadəli depressiv epizod” kimi qeyd kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF-48%) azalıb. Sol qulaqcıq cüzi dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru-inferior hipokinetik, inferoseptum cüzi hipokinetikdir. Asendan aorta dilatasiyası (42 mm). Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO KQ-də İ dərəcə AÇ qeyd edilir.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İNTER med plus X11 Şamilovun adma tərtib edilmiş xx.xx.2024-cü il tarixli X5 müayinəsində qeyd edilmişdir: Sol mədəciyin sistolik-diastolik ölçüsü və funksiyası-N. Zəif konsentrik hipertrofıya izlənildi. Divar hərəkət pozğunluğu septum-mid, septum-apikal lateral nahiyələr hipokinetik görülür. Mitral ön tay M - formada olub önə, arxa tay arxaya hərəkətlidir. Aorta kökü kalsifık görülür. Aorta qapaqları kalsifık görünür. Aorta qapaq - N. Trikuspid qapaq -N. Pulmonar qapaq -N. İAS və İVS-N. Sağ mədəciyin va sağ qulaqcığın ölçü funksiyaları-N. Perikard boşluğu təmizdir. Rəngli Doppler EXO-KQ-da İ- dərəcə aortal requrqitasiya izlənildi. İddiaçı adma tərtib edilmiş xx.xx.2024-cü il tarixli E00İ85957ZHU nömrəli Forma 88 göndərişdə qeyd edilmişdir... “Xəstəliyin başlanma tarixi: xx.xx.1994-cü il, gedişatı xronikidir. XBT10 kodu ilə TSEK-ə göndərilərkən: Əsas diaqnoz: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonra sağ sağrı nahiyəsində boylama böyük həcmdə, sol budun yuxarı 1/3-nin içəri səthində, sağ tərəfdə bel nahiyəsində kobud dartıcı ağrılı çapıq toxumalar. Sağ bud-çanaq oynağının yuxarısında l,3x0,5sm sağ budun yuxarı 1/3-də 0,6sm ölçüdə metal qəlpələr.ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ bud çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə). S74.0 Oturaq sinirinin bud çanaq oynağı və bud səviyyəsində travması, Sağ oturaq sinirinin postravmatik neyropatiyası, daimi ağrı ilə. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Sağ bud baldır əzələlərinin atrofıyası. F33.1 qayıdan depressiv pozuntu, orta dərəcəli növbəti epizod. Rekkurent depressiya, cani orta ifadəli depressiv epizod. M16 Koksartroz [bud-çanaq oynağının artrozu], Sağ bud çanaq oynağının postravmatik deformasiyaedici koksartrozu İİ dərəcə, ağrı ilə. R26 Hərəkətin və yerişin pzulmaları, Aşağı ətrafların dayaq hərəkət funksiya pozğunluğu, əhəmiyyətli dərəcədə. Qiymətləndirmə nəticəsində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2024-cü il; AKT nömrəsi: xxxxxxx0006; Müvəqqəti əmək qabiliyyəti itirilməsi: Xeyr. Diaqnozun mətni: Odlu silahla yaralanmadan sonra sağ sağrı nahiyəsinin boylama böyük həcmdə, sol budun yuxarı 1/3-nin içəri səthinin, sağtərəflli bel nahiyəsinin kobud dartıcı ağrılı çapıq toxumaları. Sağ bud-çanaq oynağının yuxarısının l,3x0,5sm, sağ budun yuxarı 1/3-nin 0,6sm ölçüdə metal qəlpələr. Sağ bud-çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (uzaglaşma 25 dərəcə). Sağ bud-çanaq oynağının posttravmatik deformasiyaedici koksartrozu 11 dərəcə. Aşağı ətrafların dayaq-hərəkət funksiya pozğunluğu, əhəmiyyətli dərəcədə. Oturaq sinirinin bud- çanaq oynağı və bud səviyyasində travması. Sağ oturaq sininin posttravmatik neyropatiyası, daimi ağrı ilə. sağ bud-baldır əzələlərinin atrofıyası. Qayıdan depressiv pozuntu, orta dərəcəli növbədi epizod. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının №**********3 qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə S.Q.Şamilovun əyani müayinəsi keçirilmiş və aşağıdakılar qeyd edilmişdir: Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, müəyyən məsafə qət etdikdən sonra yerişində yaranan çətinlik yuxusuzluq, ürək döyüntülərinin çox olmasından, qəbizlikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2017-ci ildə açıq ürək əməliyyatı keçirdiyini, dörd damarınnın dəyişdirildiyini bildirmiş, medikamentoz preparatlardan “KardiomagniF, “Rosvax" “Lonpasin”, “Ketilept”, “Egtlok” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı sağ bel nahiyəsində, hər iki sağrıda çapıqlar, keçirilmiş açıq ürək əməliyyatına məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, arterial təzyiqi 160/90 mm cv st kimi müəyyənləşdirilmiş, hal-hazırda sidikqovucu qəbul etmədiyini qeyd etmişdir. Nevroloji statusu: Sağ aşağı ətrafda çox cüzi atrofık dəyişikliklər qeyd olunmuş, reflekslər orta canlı alınmış D==S, hipotrofıya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Nevroloji şikayətlər və xəstəliyinə aid heç bir tibbi müayinə və müalicə sənədlərini təqdir etməmişdir. Psixi status: Bələdliyi saxlanılmış, verilən suallara dolğun, ətraflı cavablar vermiş, emosional labil, İntel lektual-mnestik funksiyası yaşma uyğun olmuş, əhval-ruhiyyə s norma daxilində, vətəndaşda hal-hazırda əlillik təyinatına əsas verə biləcək psixopatolc. proses izlənilməmişdir. 2022~cİ ildə əlillik təyinatı üçün müraciət etmiş, İmtina aldıqda" sonra psixiatrik müəssisələrə yönlənmişdir. 2024- cü iiə kimi “Nevrasteniya” diaqnozu a gündüz stasionarında müalicə almış, son aylarda isə diaqnoz “Rekurrent depressiya” ilə əvəz olunmuşdur. 2 nömrəli X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 444 nömrəli Çıxarışında diaqnoz “Nevrasteniya, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X10 və Ortopediya İnstitutunun xx.xx.2024-cü İl tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ sağrı nahiyəsində boylama bövük həcmli, sol budun yuxarı 1/3-nin ic səthində, sağ tərəfli bel -nahiyəsində kobud dartıcı ağrılı çapıq toxumaları, bel fəqərələrinin İİİ- İV dərəcəli osteoxondrozu, irradiasiya verən kəskin kökcük ağrı sindomu, sağ bud- çanaq oynadının yuxarısında 1,3x0,5 sm ötcüdə metal qəlpəsi sağ budun yuxarı 1/3-də 0,6 sm ölçüdə metal qəlpəsi, sağ bud-canaq oynağının posttravmatik deformasiyaedici İİ dərəcəli koksartrozu, yaxmlasdtnct kontrakturası uzaqlaşma 23 dərəcə), sağ oturaq sinirinin travmadan sonra nevriti, əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3607 nömrəli Tibbi rəyində diaqnoz “Rekurrent depressiya, cari orta ifadəli deoressiv epizod” kimi qeyd kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli 1/854 nömrəli Tibbi rəyində diaqnoz “Rekurrent depressiya, cari orta ifadəli deoressiv epizod” kimi qeyd kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2803 nömrəli Çıxarışında diaqnoz “Rekurrent depressiya, cari orta ifadəli deoressiv epizod” kimi qeyd kimi olunsa da, klinik, olaraq öz təsdiqini tapmamışdır. X14 xx.xx.2024-cü il tarixli Kolonoskopiya müayinəsinin nəticəsi “Soastik kolit (mülavim ifadəli). Enən çənbər bağırsağın divertikulları. Daxili babasil 1-ci dərəcəli" kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafıya müayinəsinin nəticəsi “AKS əməliyyatından sonrakı vəziyyət Sol mədəcivin sistola- diastolik ölçüləri bövüməvib. sistolik funksiyası (LVEF-50%) cüzi azalıb. Sol qulaqcıq dilatasiva olub. Saq boşluqlar normaldır. İVS və İAS tamdır, Seamentar divar hərəkət güsuru-inferior hipokinetikdir. Mitral klaoanın arxa tayında kalsifık düyün izlənildi. Asendan aorta dilatasivasi (42 mm). Sol mədəcivin diastolik disfunksivası relaksativ tip. Perikard bosludu təmizdir. PDA. ASD, VSD yoxdur. Rəngli Doppler EXO KQ-də İ dərəcə AC aevd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəzərə almaq lazımdır ki, rekurrent depresiya ilkin depressiv epizod qeydə alınan tarixdən 2 il müddətinə təkrarlanan depressiv epizodlar zamanı qeydə alınmış olmalı idi. Bununla yanaşı öncəki rəylərdə qeyd olunan MMSE-24 müayinə zamanı inkar olunur. Emosiyaları canlı bir qədər demonstrativ olmuş, təfəkkürünün ardıcıl, məntiqi olması müşahidə edilmiş, diqqəti və konsentrasiyası patologiyasız izlənilmişdir. Verilən sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermiş, təqdim etdiyi yuxusuzluq və yaddaşsızlıq şikayətlərini araşdırdıqda və hazırki psixi statusu nəzərə alındıqda tam simulyativ xarakter davranış nümayiş etdirdiyi düşünülmüş və təyin edilmiş diaqnoza müvafiq klinika əksini tapmamışdır. Rekurrent depressiya kimi yüksək intihar riski daşıyan xəstənin davamlı müalicə almaması kliniki uyğunsuzdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İNTER med plus X11 Şamİlovun adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli X6 müayinəsində qeyd edilmişdir: Sol mədəciyin sistolik funksiyası azalmışdır (F-38%). Zəif konsentrik hipertrofıya izlənildi. Divar hərəkət pozğunluğu septum-mid, septum-apikal lateral nahiyələr hipokinetik görülür. Mitral ön tay M - formada olub önə, arxa tay arxaya hərəkətlidir. Aorta kökü kalsifık görülür. Aorta qapaqları kalsifık görünür. Trİkuspid qapaq - N. Pulmonar qapaq -N. İAS və İVS-N Sağ mədəciyin va sağ qulaqcığın ölçü funksiyaları- N. Perikard boşluğu təmizdir. Rəngli Doppler EXO- KQ-da İ- dərəscə aortal requrqitasiya izlənildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin 25 iyul 2025-ci il tarixli T549/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş material! arındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas diaqnoz: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonra sağ sağrı nahiyəsində boylama böyük həcmdə, sol budun yuxarı 1/3-nin içəri səthində, sağ tərəfdə bel nahiyəsində kobud dartıcı ağrılı çapıq toxumalar. Sağ bud- çanaq oynağının yuxarısında l,3x0,5sm sağ budun yuxarı 1/3-də 0,6sm ölçüdə metal qəlpələr.ağııiaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ bud çanaq oynağının yaxınlaşdırım kontrakturası (uzaqlaşma 25 dərəcə). S74.0 Oturaq sinirinin bud çanaq oynağı və bud səviyyəsində travması, Sağ oturaq sinirinin postravmatik neyropatiyası, daimi ağrı ilə. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Sağ bud baldır əzələlərinin atrofiyası. F33.1 Qayıdan depressiv pozuntu, orta dərəcəli növbəti epizod. Rekkurent depressiya, cani orta ifadəli depressiv epizod. Ml6 Koksartroz [bud-çanaq oynağının artrozu], Sağ bud çanaq oynağının postravmatik deformasiyaedici koksartrozu İİ dərəcə, ağrı ilə. R26 Hərəkətin və yerişin pozulmaları, Aşağı ətrafların dayaq hərəkət funksiya pozğunluğu, əhəmiyyətli dərəcədə” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Hazırda əyani müayinə zamanı otağa əsa ilə daxil olmaqla hərəkəti qismən pozulmuşdur, axsayır. Aşağı ətaflarda iflic, kəskin nəzərə çarpan hipotrofıya, atrofıya izlənilmədi. Əyani müayinə zamanı bel, sol bud, sağ və sol sağrı nahiyələrində çapıq aşkar edildi. Şəxs tərəfimizdən məhkəmə tibbi müayinədən keçirilərkən “Psixi Sağlamlıq Mərkəzi ”nə göndərilərkən ona “Rekkurent depressiya cari orta ifadəli depressiv epizod F33.1” diaqnozu qoyulmuşdur. -xx.xx.2025-ci il tarixli X6 müayinəsində sol mədəciyin sistolik funksiyasının azalması (F-38%) qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin 25 iyul 2025-ci il tarixli T549/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas diaqnoz: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonra sağ sağrı nahiyəsində boylama böyük həcmdə, sol budun yuxarı 1/3-nin içəri səthində, sağ tərəfdə bel nahiyəsində kobud dartıcı ağrılı çapıq toxumalar. Sağ bud- çanaq oynağının yuxarısında l,3x0,5sm sağ budun yuxarı 1/3-də 0,6sm ölçüdə metal qəlpələr.ağııiaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ bud çanaq oynağının yaxınlaşdırım kontrakturası (uzaqlaşma 25 dərəcə). S74.0 Oturaq sinirinin bud çanaq oynağı və bud səviyyəsində travması, Sağ oturaq sinirinin postravmatik neyropatiyası, daimi ağrı ilə. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Sağ bud baldır əzələlərinin atrofiyası. F33.1 Qayıdan depressiv pozuntu, orta dərəcəli növbəti epizod. Rekkurent depressiya, cani orta ifadəli depressiv epizod. M16 Koksartroz [bud-çanaq oynağının artrozu], Sağ bud çanaq oynağının postravmatik deformasiyaedici koksartrozu İİ dərəcə, ağrı ilə. R26 Hərəkətin və yerişin pzulmaları, Aşağı ətrafların dayaq hərəkət funksiya pozğunluğu, əhəmiyyətli dərəcədə” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Hazırda əyani müayinə zamanı otağa əsa ilə daxil olmaqla hərəkəti qismən pozulmuşdur, axsayır. Aşağı ətaflarda iflic, kəskin nəzərə çarpan hipotrofıya, atrofıya izlənilmədi. Əyani müayinə zamanı bel, sol bud, sağ və sol sağrı nahiyələrində çapıq aşkar edildi. Şəxs məhkəmə tibbi müayinədən keçirilərkən “Psixi Sağlamlıq Mərkəzi ”nə göndərilərkən ona “Rekkurent depressiya cari orta ifadəli depressiv epizod F33.1” diaqnozu qoyulmuşdur. -xx.xx.2025-ci il tarixli X6 müayinəsində sol mədəciyin sistolik funksiyasının azalması (F-38%) qeyd edilmişdir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı hazırda F33.1 Qayıdan depressiv pozuntu, orta dərəcəli növbəti epizod. Rekkurent depressiya, cani orta ifadəli depressiv epizod. M16 Koksartroz [bud-çanaq oynağının artrozu], aşkar edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F33 rekurrent depresiv pozuntu 7.4.2.1. bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması - orqanizmin funksiyalarının pozulması faizi 35-60, Orqanizmin funksiyalarının pozulması müddəti 2 il; XBT 10 kodu M16 koksartroz (bud-çanaq oynağının artrozu) 13.4.27 bəndinə əsasən hər iki bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması orqanizmin funksiyalarının pozulması faizi 70-80, orqanizmin funksiyalarının pozulması müddəti müddətsiz müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 70-80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 70-80 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2824/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2824/2025
06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver