Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2826/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində Katibliyin hüquq xidmətinin rəisi, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsinə qarşı müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və əlil olmuş həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərk, müddətdən artıq hərbi xidmətdə olmasını nəzərə alaraq, müddətin bərpa edilməsi, ona verilmiş təqaüdün yenidən hesablanaraq düzgün ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin qəbul edilməsini və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və əlil olmuş həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandrıımışdır ki, İddiaçı 03 dekabr 1989-cu il tarixdən 04 noyabr 1991-ci il tarixə kimi keçmiş SSSRİ Silahlı Qüvvələri sıralarında, müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra o, 07 sentyabr 1992-ci il tarixdən 24 dekabr 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli hərbi xidmət keçmişdir. İddiaçı 12 yanvar 2001-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində hərbi qeydiyyatdadır və 2-ci dərəcəli Qarabağ müharibəsinin əlilidir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikjasınm DİN-nın Daxili Qoşunlar İdarəsinin kadrlar şöbəsi, onun müddətdən artıq hərbi xidmətdə olmasını nəzərə almamış və ona verilmiş təqaüd düzgün hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əsgərov izahat verərək iddiaçının müddətdən artıq xidmət keçməsi barədə məlumatların aşkar edilməməsi səbəbindən iddianı qəbul etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş : - Aazərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arxiv arayışından görünür ki, sıravi İddiaçı N () saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, yaralanması və fərarilik etdiyinə görə qoşunların şəxsi heyətinin siyahısından çıxarılması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 226 №-li əmrilə Silahlı Qüvvələrdə 2 il xidmət etmiş və Respublika çağırış məntəqəsindən gəlmiş hesab edilərək, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə da/.ıl edilib, növbəti göndərişdə Dağlıq Qarabağa döyüş əməliyyatları zonasına göndərilmək üçün təlim-sınaq məntəqəsinə getmiş hesab edilmişdir:Daxili qoşunların komandanının 12.01,1993-cü il tarixli N №-li əmrilə N saylı hərbi hissənin əsgəri kimi səhhətinə görə 30 (otuz) günlük məzuniyyətə getmiş hesab edilmişdir (məzuniyyətdən qayıtması barədə əmr aşkar olunmadı);.N saylı hərbi hissə komandirinin N .cü ıl tarixli 36 №-li əmrilə qospitaldan gəlmiş hesab edilərək tibb məntəqəsində hesab edilmişdir (qospitala hansı tarixdə getməsi barədə əmr aşkar oiunmadı): N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 65 №-li əmrilə tibb məntəqəsindən çıxarılaraq 17 mart 1993-cü iı tarixdən hərbi xəstəxanaya getmiş hesab edilmişdir;9971N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 105 №-li əmrilə şəxsi heyətin ixtisasa müvafiq istifadəsi üçün 2-ci bölüyün 2-ci taqımının 2-ci bölməsində atıcı-köməkçisi /əzifəsinə təyin edilmişdir,9971N saylı lıərbı hissə komandirinin 24.12 993-cu tarixli 304 №-li əmrilə 24 dekabr 1993-cü ıl tarixdən hərbi xəstəxa ar özbaşına tərk etmiş hesab edilmişdir.Daxili qoşunların komandanlığının 24.02.994-cü il 178 №-li və xx.xx.1994-cü il tarixli 183 nömrəli əmrlərinə əsasən hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 58 nömrəli əmrilə əvvəllər hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında 06 mart 1994-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri Azərbaycan Republikası Hərbi Komissarlığına göndərilmişdir. Qeyd: 1. İddiaçıli oğlunun adı "1992-1994cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısı'nda 324cü sıra nömrəsi ilə qeydə alınmışdır (Zəngilanda yaralanmışdır, ünvan: ünvan 5rargahının 4 fevral 1994-cü il tarixli DQŞ-2 saylı Fərmanına əsasən Daxili qoşunların koı iandanının xx.xx.1994-cü il tarixli 178 №-li əmrilə 22 fevral 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında qoşunların şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır (Quba rayonu üzrə 87-ci sıra nömrəsi ilə qeydə alınmışdır, hərbi bilet №6015394). - SHXÇ Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1989-xx.xx.1991-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1992-xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Silahlı Qvvələrində müddətli hərbi xidmət keçmişdir. xx.xx.2001-ci il tarixdən SHXÇ DX-nin Quba rayon Şöbəsində hərbi qeydiyyatdadır.2-ci qrup Qarabağ əlilidir. -Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 12 nömrəli arayışından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır,Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” -DSMF-nin 1 saylı X4 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı DSMF-nin 1 saylı X4 filialından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyə görə ömürlük 268.62 manat əmək pensiyası alır. --DSMF-nin 1 saylı X4 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı DSMF-nin 1 saylı X4 filialından Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyə görə xx.xx.2008-ci il tarixdən müddətsiz Prezident təqaüdü təyin olunmuşdur. Hazırda o, 350 manat təqaüd alır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müyyən edildi ki, iddiaçı xx.xx.1989-cu il tarixdəmn xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında, müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında müddətli hərbi xidmət keçmiçşdir. İddiaçı ll qrup Qarabağ müharibəsi əlilidir. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna görə İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə etməsi barədə məlumatlar aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi qulluqçular sırasından olan əlillər kateqoriyasına aid deyildir. Beləliklə, İddiaçı Silahlı Qüvvələrdə 2 il müddətində xidmət etmiş, 1994-cü ildə Daxili Qoşunların komandanının xx.xx.1994-cü il tarixli 178 saylı və xx.xx.1994-cü il tarixli 18N saylı əmrlərinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı müddətli hərbi xidmətdə olmuşdur ki, bu hal iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlə 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova İş № 2-1(118)-2826/2022 2022-ci il Quba şəhəri Bakı küçəsi, ev 10 İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daixili Qoşunların Baş İdarəsinə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2826/2022 saylı 2022-ci il tarixli qərarı Sizə göndərilir. Qoşma: qərar vərəqdə. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2826/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2826/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver