Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2828/2023 12.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və 11 aprel 1972-ci ildə Füzuli rayonunda anadan olmuş X1 2-ci qrup müharibə əlili kimi 1994-1999-cu illər ərzində əlillik pensiyası alması ilə bağlı məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçının oğlu 11 aprel 1972-ci ildə Füzuli rayonunda anadan olmuş X3 1-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak etməklə xəsarət almış və aldığı xəsarətlərlə bağlı AR MN-nin hərbi həkim komissiyasının xx.xx.1993-cü il tarixli 900 saylı Xəstəlik barədə şəhadətnaməsinə əsasən o hərbi xidmətə yararsız hesab olunmuş və ona sonradan HHK-nın müayinə aktına əsasən 1994-cü ildə 2ci qrup əlillik dərəcəsi təyin edilməklə o xidmət etdiyi AR MN-nin N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən təxris olunmuşdur. xx.xx.1999-cu ildə oğlu müharibədə aldığı psixoloji travma ilə bağlı intihar etmiş, özünü asmışdır. Oğlu ölən günə qədər 2-ci qrup Qarabağ Müharibəsi əlili olmuş və onun pensiyasını etibarnamə ilə mərhum həyat yoldaşı Q.Hümbətov yaşadığı Sumqavıt şəhəri.Z.Tağıvev qəsəbəsinin poçt şöbəsindən almışdır. Müharibə əlillərinə təyin edilmiş birdəfəlik sığorta ödəmələri 1997-ci il avqustun 2dək olan müddət dövründə hərbi xidmətdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları və ya onların vərəsələrinə şamil olunur. Şəxs vəfat etdikdə onun vərəsəsi (vərəsələri) notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi almalıdır. İddiaçının oğlu 1994-1999-cu illərdə AR ƏƏSMN-nin DSMF-dan 2-ci qrup Müharibə əlili kimi pensiya almış və həmin vaxt elektron sistem olmadığını üçün bu barədə məlumat elektron sistemə daxil edilməmişdir. Bundan başqa həmin ödəmələrin verilməsinə əsas olan sənəd AR ƏƏSMN-nin TSEK-sı tərəfindən hər il göndərilmiş müayinə aktları olmuşdur.Bu aktlar əsasında da ödəmələr həyata keçirilmişdir. Hazırda o, birdəfəlik ödəməni ala bilmir, buna səbəb isə qeyd edilən sənədlərin onda olmamasıdır. Buna görə də 1994-1999-cu illər ərzində oğluna pensiya təyinatına əsas vermiş TSEK-nın müayinə aktlarının surətini və ona bu illər ərzində müharibə əlili kimi pensiya təyin olunması barədə rəsmi arayışn verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş lakin cavabdeh ona verilmiş cavab məktubunda cavabdeh təşkilatda bu barədə məlumatın olmadığını bildirməklə imtina vermişdir. İddiaçı həmin imtina ilə razı deyil. Oğlu 199-1999-cu illər ərzində müharibə əlili kimi pensiya aldığı üçün bu məlumatlar həmin pensiyanı təyin etmiş cavabdeh təşkilatda olmuş və onun bu məlumatı vermək vəzifəsidir ki, o də oğluna görə birdəfəlik ödəməni ala bilsin. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, ‘‘Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi- sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. ‘Əlilliyi olan şəxslərin hüquqları haqqında'' Qanun və ‘‘Əlilliyin qiymətləndirilməsi" Qaydasının yuxarıda qeyd edilmiş müddəalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə və inzibati araşdırma zamanı əldə edilmiş sənədlərə münasibətdə bildirirlər ki, iddiaçının əlilliyi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. .............. Qeyd olunan xüsusatlardan da aydın olduğu kimi, iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün ilkin vacib şərt şəxsin əlilliyinin olmasıdır. Sözügedən iş üzrə şəxsin əlilliyi barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirirlər ki, müvafiq araşdırmanın aparılması məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki digər gurumlara sorğular ünvanlanmış, lakin iddiaçının mərhum övladına aid hər hansı bir müavinət və ya pensiya işi aşkar edilməmişdir. Hesab edirlər ki, iddiaçının mərhum övladı X1 müavinət və ya pensiya alması barədə hər hansı bir məlumat aşkar edilmədiyindən iddiaçının sözügedən iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və 11 aprel 1972-ci ildə Füzuli rayonunda anadan olmuş X1 2-ci qrup müharibə əlili kimi 1994-1999-cu illər ərzində əlillik pensiyası alması ilə bağlı məlumatın cavabdeh tərəfindən verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının mərhum övladı X1 müavinət və ya pensiya alması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mərhum şəxsin əlilliyi ilə bağlı məlumat və əlilliyə görə pensiya alması ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan müvafiq araşdırmanın aparılması məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki digər gurumlara sorğular ünvanlamış, lakin iddiaçının mərhum övladına aid hər hansı bir müavinət və ya pensiya işi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanda məlumatın olmaması hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İddiaçının istədiyi məlumatın verilməsini tələb etmək onun hüququdur, hansı ki iddiaçı həmin məlumat əsasında qanunvericilikdən irəli gələn digər bir hüquq əldə etmiş olacaq. Lakin inzibati orqanda mövcud olmayan bir məlumatın verilməsi mümkün olmadığı kimi, hazırkı iddianıda mümkünsüz edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əliliyi, 2-ci qrup müharibə əlili kimi 1994-1999-cu illər ərzində əlillik pensiyası alması ilə bağlı məlumatın cavabdeh orqanda olmadığı halda bununla bağlı arayış verilməsi də mümkün deyildir. Lakin məhkəmə hesab edir ki, inzibati orqanda məlumatın olmaması iddiaçının mülki məhkəmə icraatı qaydasında nəzərdə turulmuş hüquq müdafiə imkanlarını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2828/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2828/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver