Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2829/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası Amasya rayonunda doğulmasına dair doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Ermənistan Respublikası Amasya rayonunda anadan olmuşdur. İddiaçı şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmişdir, bundan əvvəl isə Dövltə Mqrasiya Xidmətiunə müraciət etmiş və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun Azəbaycan Resoublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Doğum haqqında şəhadətnaməsi Ermənistanda verildiyi üçün ona şəxsiyyət vəsiqəsi verilməmişdir. İddiaçı bununla bağlıl ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müracət etmişdir. Cavabdeh isə onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçıya doğum haqqında şəhadətnaməsinin verilməsi üçün doğum haqqında akt qeydi bərpa edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimləndiyindən və mülki xarakterli olduğundan inzibati məhkəmə icraatında baxılan mübahiəslərə aid edilə bilməz. Belə ki, faktiki olaraq hazırki mübahisə doğum haqqında akt qeydinin bərpa edilməsi barədədir və ümumi məhkəmənin səlahiyyətləri çərçivəsində baxılan mübahisələrə aiddir. İddiaçının hüquqi nəticəni əldə etməsi üçün əvvəlcə doğum haqqında akt qeydi bərpa edilməlidir. Həmin akt qeydi bərpa edilmədən ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsində inzibati məhkəmə icraatında baxılan iddiaların növləri qeyd edilmişdir. Lakin «doğum akt qeydinin bərpa edilməsi» tələbi həmin iddia növlərinə daxil edilməmişdir. Bu tələb inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmə tərəfindən xüsusi icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Göstərilən Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «İnzibati məhkəmə itcraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamalı, iddiaçıya xüsusi icraat qaydasında ərizə ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2829/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2829/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver