Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2837/2023 19.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Qaraqurtlu kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-330A, KOD 30211028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında 0.06 ha torpaq sahəsini 0.10 ha torpaq sahəsinə düzəlişin həyata keçirilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu, Qaraqurtlu kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-330A, KOD 30211028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında 0.06 ha torpaq sahəsini 0.10 ha torpaq sahəsinə düzəlişin həyata keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********99 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-330A, KOD 30211028 şəhadətnamə xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında iddiaçıya rəsmi olaraq 0.10 ha torpaq sahəsi verilmişdir və bu barədə arxiv çıxarışlarıda mövcuddur. Lakin şəhadətnamədə 0.06 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayonu, Qaraçı kənd XDS İcraiyyə Komissiyasının 20 sentyabr 1991-ci il tarixli 9 nömrəli protokolundan çıxarış da X1 əmrlər haqqında qərarında 22 aprel 1991-ci il tarixli 69 nömrəli əmrinə əsasən İddiaçı Xaçmaz rayonu, Qaraqurtlu kəndindən 0.10 torpaq sahəsi verilməsinə dair qərar mövcuddur. Ondan da əlavə Arxiv çıxarışında açıq aydın göstərilmişdir ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi İddiaçı verilsin. Sözü gedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Yaşadığı fərdi yaşayış evini tam rəsmləşdirərək çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Lakin oradan ona rəsmi olaraq 11.10,2022-ci il tarixdə imtina cavabı verilmişdir. İmtinada göstərir ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN-330, KOD 30211028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin həyata keçirilməsi və ya torpaq sahəsinin bərpa edilməsi təşkilatın səlahiyyətlərində deyildir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası torpaq münasibətlərin tənzimləməsi sahəsində əlavə tədbirlər haqqında " Azəoaycan Respublikası Prezidentinin fərmanının" 2,1-ci bəndində qeyd edilir ki, "Bu fərmanın 1-ci hissəsi ilə təstiq edilmiş qaydaıara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün katiqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr edilməsi bu fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. Fərmanın 2.5-ci bəndində göstərilir ki, "ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət revestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hücuqi və tex iki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildirir. Təqdim olunmasını, habelə "daşınmaz əmlakın dövlət reyestr haqqında “ Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi iləmüəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət revestrində düzəlişlər ed’lməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla oağiı digər əqdlərin, habeiə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsində qeyd edilir ki, Əgər daşınmaz əmlakm dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşmmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələn edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki; Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Qeyd edək ki, Sizin və ailə üzvlərinizin adına Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə DTXK-sinin Xaçmaz rayon şöbəsi tərəfindən JN-330A KOD 30211028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilib hazırlanmışdır. Bildiririk ki, Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN- 330A, KOD 30211028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin həyata keçirilməsi və ya torpaq sahəsinin bərpa edilməsi bizim təşkilatın səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyalarının qərarı ilə razılaşmadığınız təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət etmək səlahiyyətiniz vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Eyni zamanda JN-330A KOD 30211028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”elektron baza kadastr xəritə materiallarında 0.06 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, arxiv və baza məlumatlarında olan xəritə üzərində əks olunan 0.06 ha torpaq sahəsindən əlavə tələb olunan 0.04 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası iddiasıdır. İddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd ediləməlidir. Belə ki, iddiaçı Xaçmaz rayonu, Qaraqurtlu kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN- 330A, KOD 30211028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında 0.06 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsinə düzəlişin həyata keçirilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN- 330A, KOD 30211028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin həyata keçirilməsi və ya torpaq sahəsinin bərpa edilməsi təşkilatın səlahiyyətlərinə aid deyildir. JN-330A KOD 30211028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”elektron baza kadastr xəritə materiallarında 0.06 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, arxiv və baza məlumatlarında olan xəritə üzərində əks olunan 0.06 ha torpaq sahəsindən əlavə tələb olunan 0.04 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. İddiaçı qeyd edir ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-330A, KOD 30211028 şəhadətnamə xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında iddiaçıya rəsmi olaraq 0.10 ha torpaq sahəsi verilmişdir və bu barədə arxiv çıxarışlarında mövcuddur. Lakin şəhadətnamədə 0.06 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayonu, Qaraçı kənd XDS İcraiyyə Komissiyasının 20 sentyabr 1991-ci il tarixli 9 nömrəli protokolundan çıxarış da X1 əmrlər haqqında qərarında 22 aprel 1991-ci il tarixli 69 nömrəli əmrinə əsasən İddiaçı Xaçmaz rayonu, Qaraqurtlu kəndindən 0.10 torpaq sahəsi verilməsinə dair qərar mövcuddur. Ondan da əlavə Arxiv çıxarışında açıq aydın göstərilmişdir ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi İddiaçı verilsin. Lakin məhkəmə araşdırması zamanı Xaçmaz rayon, Qaraqurtlu kəndi üzrə həyətyanı torpaq sahələrinə aid subyektlərin siyahılarından (əlyazma və elektron) İddiaçı və onun ail üzvlərini adları qeyd edilmiş hissədən, eləcə də Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli Qərarından çıxarışların surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1165/2023 saylı məktubu) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Xaçmaz rayon Qaraqurtlu kəndində vətəşdaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən göründüyü kimi İddiaçı adına 0.06 ha torpaq sahəsi ayrılmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli Qərarı hazırda qüvvədədir. Qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçıya Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış ölçüdə torpaq sahəsinə uyğun Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə işləmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2837/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2837/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver