Məhkəmə qərarları › İş №2-1(118)-2844/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2844/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2844/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, 07 aprel 2023-cü il tarixli, 3-21-3- 31/2-1107/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə mürciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, 5 saylı evin 2 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Sumqayıt şəhər XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli, 02/1748 nömrəli order və xx.xx.2023-cü il tarixli, 136 nömrəli arxiv arayışında göstərilən ünvan ilə faktiki ünvanın fərqli olduğu müəyyən olunmuşdur. Həmçinin idarənin arxiv saxlancında olan məlumatlara əsasən Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzil başqa şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia ərizəsinə əlavə olunmuş İddiaçı verilən Azərbacyan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, əvvələr ünvan 1-ci məhəllə, ev 22 mənzil 46 olmuş hal-hazırda həmin ünvan 1-ci məhəllə Mehdi Hüseynzadə küçəsi, ev 5, mənzil 2-dir. Həmin MKS-nin arayışı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etməyinə baxmayaraq cavabdeh həmin arayışı hüquqi sənəd kimi qəbul etməyərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanununun 1-ci, 4-cü, 8-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 12 və 14-cü maddələrinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarına istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianı müdafiə etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3151/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin 2-1(118)-2844/2024 saylı, xx.xx.2024cü il tarixli Qərardadı ilə X11, X8, X12, X13 zəruri cəbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3151/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı Veysal oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Sumqayıt şəhər ZDS icraiyyə Komitəsi tərəfindən verilmiş 14 iyul 1962-ci İİ tarixli, 02/1748 nömrəli order və 15 fevral 2023-cü il tarixli, 136 nömrəli arxiv arayışında göstərilən ünvan ilə faktiki ünvanın fərqli olduğu müəyyən olunmuşdur. Həmçinin idarənin arxiv saxlancında olan məlumatlara əsasən Sumqayıt şəhəri, 1ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzil başqa şəxsin adına qeydiyyatdan keçmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaya münasibətində bildirmişdir ki, İddiaçı yaşadığı ünvan Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, 1-ci məhəllə, ev 5, mənzil 2, X2 isə yaşadığı ünvan ünvan 3nvanın ayr-ayri küçələrdə yerləşdiyi nəzərə alınmalıdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X11, X12, X13 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzilin özəlləşdirilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Sumqayıt şəhər ZDS icraiyyə Komitəsi tərəfindən verilmiş 14 iyul 1962-ci İİ tarixli, 02/1748 nömrəli order və 15 fevral 2023-cü il tarixli, 136 nömrəli arxiv arayışında göstərilən ünvan ilə faktiki ünvanın fərqli olduğu müəyyən olunmuşdur. Həmçinin idarənin arxiv saxlancında olan məlumatlara əsasən Sumqayıt şəhəri, 1ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzil başqa şəxsin adına qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri əsassızdır və iddianın təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.1962-ci il tarixli, 02/1748 №-li orderdən görünür ki, Ağayev Veysəl İslam oğluna Sumqayıt şəhəri, 1-ci məhəllə, 5 saylı evin, 2 saylı mənzili ayrılmışdır. İddiaçının Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair işi üzrə Məhkəmənin 2(060)-6515/2022 saylı, xx.xx.2022ci il tarixli Qətnaməsi ilə Sumqayıt şəhər ZDS İcariyyə Komitəsi xx.xx.1962-ci ildə X4 adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1962-ci il tarixli, 16 №li protokolun X9 məxsus olması faktı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən zərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanunu: Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Göründüyü kimi hazırki iddianın təmin edilməsi üçün hüquqi əsas mövcuddur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı verilən Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, əvvələr ünvan 1-ci məhəllə, ev 22 mənzil 46 olmuş, hal-hazırda həmin ünvan 1-ci məhəllə Mehdi Hüseynzadə küçəsi, ev 5, mənzil 2-dir. Göründüyü kimi cavabdeh etirazında Sumqayıt şəhər ZDS icraiyyə Komitəsi tərəfindən verilmiş 14 iyul 1962-ci İİ tarixli, 02/1748 nömrəli order və 15 fevral 2023-cü il tarixli, 136 nömrəli arxiv arayışında göstərilən ünvan ilə faktiki ünvanın fərqli olduğunu qeyd etsə də sözügedən fərqliliyin səbəbi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən edilmişdir. Bundan əlavə cavabdeh qeyd edir ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzil başqa şəxsin adına qeydiyyatdan keçmişdir. Bununla əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli, 5-6/2- 1327/2023 saylı cavab məktubunda bildirmişdir ki, 1962-ci ilə qədər olan sənədlər şəhər arxivinə təhvil verilməsi səbəbilə 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzilə dair məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Habelə məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 nömrəli mənzilə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 avqust 2023-cü il tarixli, 3-21-3-31/2- 2790/2023 saylı məktubu) Təqdim edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri. 1-ci məhəllə, ev 5, mənzil 2 X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin 03 iyun 2022-ci il tarixli 456 saylı arayışını təqdim edərək bildirmişdir ki, mənzillər başqa mənzillərdir. Sadəcə ünvalar dəyişdirilmişdir. Bununla bağlı məhkəmənin 27 sentyabr 2023-cü il tarixli sorğusuna Sumqayıt şəhər İcra Hakimiyyəti 17 oktyabr 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı yaşadığı ünvan Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, 1-ci məhəllə, ev 5, mənzil 2, X2 isə yaşadığı ünvan ünvan 5 2023-cü il tarixli məhkəmə iclasında X3 şahid qismində dindirilmiş, izahatında bildirmişdir ki, atasının evində yaşayır, qeydiyyatda deyil. Bacısı qeydiyyatdadır. Atası vəfat etmişdir. İddiaçının evi ilə ayrı evlərdir. Küçə fərqi mövcuddur. Həmçinin üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaya münasibətində bildirmişdir ki, İddiaçı yaşadığı ünvan Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, 1-ci məhəllə, ev 5, mənzil 2, X2 isə yaşadığı ünvan ünvan 3nvanın ayr-ayri küçələrdə yerləşdiyi nəzərə alınmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli vəziyyətin yaranması səbəbi ünvanlardakı küçə fərqinin olması ilə bağlıdır. Qeyd edilən hal isə mübahisə predmetini təşkil edən mənzilin özəlləşdirilməsinə mane ola bilməz. Sadəcə mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı sözügedən küçə fərqi nəzərə alınmaqla, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışda küçə adı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5 ünvanında yerləşən 2 saylı mənzilin özəlləşdirilməsi (küçə göstərilməklə-M.Hüseynzadə küçəsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar