Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2848/2022 13.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsai X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 sayı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə iş materiallarını yoxlayaraq və iddiaçının ərizənin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2022-ci il tarixli **********390200 saylı, 27 may 2022ci il tarixli **********652700 saylı və 25 iyul 2022-ci il tarixli **********646000 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı müəssisənin direktoru X3 ərizə ilə məhkəməyə müraciət edərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 01 iyul 2022ci il tarixli **********390200 saylı, 27 may 2022-ci il tarixli **********652700 saylı və 25 iyul 2022-ci il tarixli **********646000 saylı qərarların ləğv edilməsi dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2848/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2848/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver