Məhkəmə qərarları › İş №2-1(118)-2848/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2848/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2848/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə ona məxsus olan Şamaxı rayonu, Əngəxaran kəndinə yerləşən torpaq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən 0,06 ha torpaq sahəsini baş etibarnamə ilə X2 o da öz növbəsində həmin torpaq sahəsini X3 almışdır. 1.05.2022-ci il tarixli AR-İİ № 529517 saylı etibarnamə ilə həmin torpaq sahəsini iddiaçı almışdır. Torpaqların alqı-satqısına dair 17 sentyabr 2006-cı il tarixli akta əsasən Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən 0, 06 ha torpaq sahəsi X1. Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli qərarı ilə torpaq sahəsi İldırım İsmayılova satılmışdır. Həmin torpaq sahəsinin rəyi, torpaqların alqı-staqısına dair akt və digər sənədlərdə torpaq sahəsinin tikinti məqsədilə verildiyi gün kimi aydındır. Lakin hal hazırda DƏDRX-nin 14 saylı Şamaxı Ərazi idarəsi həmin torpaq sahəsinə Çıxarışın verilməsindən guya həmin sahənin örüş sahəsinə aid olması əsası ilə imtina vermişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Torpaq sahəsi İldırım İsmayılova alqı-satqı əsasında Ənəgəxaran Bələdiyyəsindən verilib. Hazırda torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri var. Qonşuluğunda olan şəxslərin əksəriyyəti mənzillərə çıxarış alıb və iddiaçıya bu əsasla çıxarışın verilməsindən imtina edilməsi ona qarşı ayrı-seçkilikdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İşin hallarından görünür ki, mübahisəli torpaq sahəsi X4 məxsusdur, iddiaçı isə həmin torpaq sahəsini etibarnamə əsasında aldığını bildirir. Qanunvericilikdə torpaq sahəsinin etibarnamə əsasında alına bilməsi nəzərdə tutulmamışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Belə bir iddia tələbi ilə torpaq sahəsi ayrılmış X6 iddia qaldıra bilər. İddiaçı etibarnamə əsasında X5 digər idarələrdə təmsil etmək hüququ olsa da, yaxın qohum olmadığına görə məhkəmədə nümayəndə kimi təmsil etmək hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar