Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-285/2022 30.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 3 saylı evin 3 saylı mənzili iddiaçıya məxsusdur. 2014-cü ildə Cavabdeh tərəfindən Ceyranbatan qəsəbəsində 3 ədəd binanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq həmin binalarda təmir işləri aparılmışdır. Təmir işləri ilə əlaqədar 3 saylı binadan bütün sakinlər müvəqqəti olaraq köçürülmüşdür. 2014-cü ildə təmir işləri ilə əlaqədar işçilər iddiaçının yaşadığı mənzilə gəlmiş və mənzilin qapılarını, döşəməsini sökmüşlər. Söküntü işləri başa çatdıqdan sonra mənzildə heç bir iş görülməmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət etmişdir. Vəsait olmadığına görə işlərin yarımçıq qalması bildirilmişdir. O, 10 ay kirayədə qaldıqdan sonra öz hesabına mənzili bərpa etmişdir. Mənzilin yenidən təmirinə 7100 manat pul xərcləmişdir. Həmin pulun ödənilməsi ilə əlaqədar Cavabdehnə qarşı Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(105)-1924/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(102)-1504/2020 saylı qərarına əsasən kassasiya şikayətim qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində ikinci icraat zamanı aparılan araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə maddi zərərin dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-1956/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021 - ci il tarixli, 2( 102J-2896/2021 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayətim qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh inzibati orqandır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçıya məxsus mənzilə dəymiş ziyan Xiırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarada kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişdir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Bundan sonra o dəymiş zərərin ödənilməsi ilə əlaqədar Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh ərizəsinə xx.xx.2021 -ci il tarixli, 5/2024 saylı məktubla imtina cavabı vermişdir. Hesab edir ki, Cavabdeh imtinası əsassızdır. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmiş məbləğdə ziyan Cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında iştirak edərək, iddianı müdafiə etmiş, elektron kabinetindən daxil olmuş ərizəsinə ilə üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən hər hansı bir təmir bərpa işləri aparılmamışdır. Xırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində üç ədəd çoxmərtəbəli yaşayış binasında kompleks bərpa gücləndirmə və təmir işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının FHN-nin TTNDA-nin “Azkommunallahiyyə” İnstitutu tərəfindən lahiyyə smeta sənədləri hazırlanmışdır. İşlərə başlanılmış, lakin 2013-cü ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılması məsələsi həll edilmədiyindən iş dayandırılmışdır. Təmir işləri məhkəmə qətnamələrindəndə görsənir ki, podratçı təşkilat “Azər Mənzil Kompleks Lahiyyə Təmir” Birliyi tərəfindən görülmüşdür. Cavabdeh Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırır. Vəsait ayrılır. Bundan sonra təmir işlərinə başlanılır. Vəsait FHN-hə ayrılır. Hesab edirlər ki, Cavabdeh tərəfindən təmir işləri aparılmadığı üçün hazırkı iş üzrə cavabdeh ola bilməz. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddiaçı ziyanla bağlı kompensasiya tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir imtina etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə iddiaçının hazırkı iddianı qaldırmada subyektiv hüququnun olduğunu qərarın əsaslandırmasında qeyd edəcəkdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, iddiaçı Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə qarşı “Cavabdeh təqsiri üzündən mənzilin təmiri zamanı ona dəymiş zərərin 6500 (altı min beş yüz) manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair 2(012)-737/2018 saylı iş olmuş, məhkəmənin 2(012)-737/2018 saylı, 24 dekabr 2018-cii il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1924/2019 saylı, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(102)-1504/2020 saylı qərarına əsasən kassasiya şikayətim qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-1956/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan fotoşəkillərdən, qaimə sənədlərindən görünür ki, iddiaçıya məxsus mənzildə müvafiq söküntü və təmir işləri aparılmışdır. İddiaçının mənzilinə maddi zərəriun dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla ünvan şəhəri, ünvanındə üç binada bərpagücləndirmə və təmir işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin “Azkommunlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və podratçı təşkilat “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi tərəfindən işə başlanılıb. Lakin sonradan dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmadığı üçün işlər dayandırılıb. Məsələ ilə əlaqədar olaraq dəfələrlə Cavabdeh tərəfindən aidiyyəti orqanlara məktublar göndərilsə də, bunun heç bir nəticəsi olmayıb. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Abşeron rayon İcra Hakinmiyyəti tərəfindən müxtəlif orqanlara ünvanlanmış məktublardan göründüyü kimi, Abşeron rayonu ünvan şəhərində və ünvanında qəzalı vəziyyətdə olan binaların bərpa-gücləndirmə və təmir işləri Cavabdeh tərəfindən aparılmışdır. İddiaçıya məxsus binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması cavabdeh tərəfindən aparıldığından iddiaçıya dəymiş zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021 - ci il tarixli, 102J-2896/2021 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh inzibati orqandır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçıya məxsus mənzilə dəymiş ziyan Xiırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarada kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişdir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Məhkəmə tərəfindən hazırkı mübahisə ilə bağlı baxılmış mülki iş Abşeron rayon Məhkəməsindən alınaraq müvafiq sənədlərə baxılmışdır. Məhkəmə mülki iş üzrə araşdırılan hallarıda nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh orqanın nümayəndəsi məhkəməyə verdiyi izahatda inzibati orqan olaraq özlərini səlahiyyətli cavabdeh orqan hesab etməmişdir. Lakin işin araşdırılan hallarından görünür ki, 2013-2014-cü illərdə Abşeron rayonu Xırdalan şəhərində 5(beş) ədəd, Ceyranbatan qəsəbəsində 3(üç) ədəd çoxmərtəbəli yaşayış binalarında kompleks bərpa və təmir işlərinin layihə-smeta sənədlərinin hansı orqanın sifarişi əsasında həyata keçirilməsi, layihə üzrə nəzərdə tutuları işlərin icrasının hansı təşkilat tərəfindən aparılması barədə Fövqəladə Hallar Nazirliyi və onun qurumu olan Tikintidə X2 Agentliyində heç bir məlumat yoxdur. Eyni zamanda bildirirmişdirlər ki, qeyd olunan məsələ ilə əlaqədar yuxarı mərkəzi icra orqanları tərəfindən Fövqəladə Hallar Nazirliyinə heç bır tapşırıq verilməmişdir. (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 22 iyul 2022-ci il tarixli, 37/3405042 saylı məktubu) Həmçinin məhkəmənin digər sorğusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi 21 iyul 2022-ci il tarixli, MİHO/1.1-2-2022-4217 saylı məktubunda qeyd etmişdir ki, Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Cavabdehnə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 milyon manat vəsait ayrılmışdır və sifarişçi təşkilatın müraciəti əsasında vəsaitin tam maliyyələşdirilməsi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada təmin edilmişdir. Göründüyü kimi Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Cavabdehnə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 milyon manat vəsait ayrılmışdırdır. Məhkəmə hesab edir ki, iddiaçıya ziyanın dəyməsi hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılan zaman müvafiq ekspertizada təyin edilərək öz təsdiqini tapmışdır. Yaxırada qeyd edilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə əsas mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqanda iddiaçıya dəymiş ziyanı inkar etmir, sadəcə cavabdehin onlar yox digər qurumlar ola biləciyini bildirirlər. Məhkəmə hesab edir ki, hazırkı mübahisə mülki hüquq münasibətləri əsasında yaranmadığına, inzibati orqanların fəaliyyəti əsasında yarandığına görə iddiaçıdan cavabdehin düzgün müəyyən edilməsi kimi öhdəlyinin tələb edilməsi ədalətli hesab edilə bilməz. Söküntü işlərinin hər hansı bir podratçı şirkətə həvalə edilməsi iddiaçı ilə onlar arasında birbaşa hüquq münasibəti yaratmır. Məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanı İcra Hakimiyyətindən tələb etməsi əsaslıdır və dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh inzibati orqan idddiaçıya dəyən ziyanın əmələ gəlməsində digər qurumların və şəxslərində məsuliyyəti olduğu halda dəymiş ziyanla bağlı ödəyəcəyi kompensasiyanı reqres qaydada tələb etməsi istisna edilmir. Hər bir halda məhkəmə hesab edir ki, iddiaçıya dəyən ziyan cavabdeh inzibati orqan tərəfindən kompensasiya edilməlidir. Ziyanın konkret məbləği ilə bağlı məhkəmə hesab edir ki, iddiaçıya dəyən ziyan yuxarıda qeyd edilən apellyasiya instansiyası məhkəməsinin qərarında öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli, 12780 saylı ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Abşeron rayon Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 3 saylı evin 3 saylı mənzilində döşəmənin, qapıların, pəncərələrin dəyişdirilməsi, eləcə də, yerinə yetirilmiş digər müxtəlif növ təmir işlərinin aparılması üçün, bazar qiymətlərinə uyğun olaraq, təqribən 4903.0 manat məbləğində (xidmət haqqı və tikinti materialları daxil olmaqla) vəsaitin xərclənməsi müəyyən olunmuşdur. Eyni zamanda 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tələb edilməsidə ağılabatan məbləğ kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, dəyən ziyanın məbləğidə mübahisədə olunmur. Ona görədə məhkəmə hesab edir ki, qeyd edilən məbləğlər cavabdeh inbzibati orqan tərəfindən iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaı ilə bağlı aşğıdakıları qeyd etməyi vacib sayır. İddiaçının mülkiyyət sənədi olmasa da faktiki olaraq qeyd edilən ünvanda yaşayır. Bununla bağlı Abşeron rayon Ceyranbatan qəsəbəsi MTİİTS-nin 10 iyun 2022-ci il tarixli 289 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Abşeron rayon Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 3 saylı evin 3 saylı mənzilində yaşayır. 2003-cü ildən bu mənzildə yaşayır və mənzil özünə məxsusdur. Məhkəmə bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «X6rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşür. «X5rşı» məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 30 noyabr 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində olan mülkiyyət hüququ anlayışını daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayan, daha geniş qavram kimi başa düşülməli olduğunu vurğulamışdır. Məhkəmə bu mövqeyini digər işlərdədə inkişaf etdirmişdir. Hazırki işdə də mənzil iddiaçının faktiki istifadəsindədir. Mənzilin təmiri zamanı iddiaçıya faktiki ziyan dəymişdir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçı zayanla bağlı kompensasiya tələb etməsi əsaslıdır. Beləliklə qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-285/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-285/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver