Məhkəmə qərarları › İş №2-1(118)-2854/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2854/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2854/2025 25.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ləğv edilmiş, inzibati işə yenidən baxılması üçün göndərilmiş, inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tələbini dəqiqləşdirərək Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi - 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X2 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz vəs.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Qətnamənin qəbul olunmasından 4 il müddət keçməsinə baxmayaraq bu günə kimi icra olunmamışdır, icra sənədi 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş, 3-21-3-31/2- 4538/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla həmin qurum tərəfindən icra vərəqəsi icra olunmadan geri qaytarılmış, səbəb kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiK hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin qeyd edilən iş üzrə tərəf kimi cəlb edilmədiyi, eləcə də müvafiq icra vərəqəsi ilə idarə üzərinə hər hansı öhdəlik qoyulmadığı qeyd olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin "payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)- 4496/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddianın mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3446/2024 nömrəli qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iəğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt inzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt inzibati Məhkəməsinin 2-1 (118)-2854/2025 nömrəli 28.01,2025-ci il tarixli qərardadı ilə keçmiş həyat yoldaşı X3 zəruri cəibetmə qaydasında iddiam üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)-860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir: "işin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq mənzilin naturada bölünməsi, naturada bölgü əsasında iddiaçının və digər şəxsin (X2) istifadəsinə olan yaşayış sahəsi və ümumi istifadədə olan sahə müəyyən edilmişdir, indiki halda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzilin naturada bölgüsü və həmin bölgüyə uyğun olaraq həm iddiaçının, həm də digər şəxsin adına ayrılmış sahə müəyyən edildiyindən məhz onun adına ayrılmış sahə müəyyən edildiyindən məhz onun adına ayrılmış sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın əldə edilməsindən ibarət olmuşdur.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, dəqiqləşdirilmiş iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-4496/2021 nömrəli icra sənədinin icra olunmasına dair müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. İddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2 saylı Sumqayıt Ərazi İdarəsi qeyd edilən məhkəmə işi üzrə tərəf kimi cəlb edilməmiş, həmçinin müvafiq icra vərəqəsi ilə İdarənin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən sözügedən mənzilə baxış keçirilərək müəyyən olunmuşdur ki, yenidən planlaşdırılma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, yaşayış otaqlarının divarı sökülərək yeni divar inşa edilmiş, bununla da otaqların sahəsi dəyişdirilmiş, balkon sahəsi iki hissəyə bölünərək ümumi sahəyə daxil edilmiş, həmçinin əlavə qapı açılmışdır. Yenidən planlaşdırılma işlərinin nəticəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış, o cümlədən aparılmış dəyişikliklərə dair 2 saylı Sumqayıt Ərazi İdarəsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddia tələbinin təmin ediləcəyi təqdirdə texniki pasportun verilməsində çətinliklər olacağını bildirmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 03 aprel 2025-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs iştirak etmiş, iddianın təmin edilməsini xahiş etmişdir. 25 aprel 2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi - 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X2 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X2 adına qeydə alınmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməli olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi məqsədi ilə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinin hazırlanması təklif edilmiş, iddiaçı dəqiqləşmə ərizəsini özü hazırlayaraq təqdim edəcəyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə bir neçə dəqiqləşmə ərizələri təqdim edilmiş, sonda iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini məhkəmədən xahiş etmişdir. Dəqiqləşmə ərizəsi qeyd edilən formada məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı üçüncü şəxs qismində icraata cəlb edilmiş X3 ərizə verərək Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 19 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini məhkəmədən xahiş etmişdir ki, qeyd edilən tələblə bağlı cavabdehə müraciəti olmadığından birgə iddiaçı kimi işə cəlb edilməsi mümkün olmamış və məhkəmənin protokol qərarı ilə təqdim etdiyi ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi - 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X2 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X2 adına qeydə alınmışdır. İddiaçı Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sözügedən mənzilə baxış keçirilərək müəyyən olunmuşdur ki, yenidən planlaşdırılma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, yaşayış otaqlarının divarı sökülərək yeni divar inşa edilmiş, bununla da otaqların sahəsi dəyişdirilmiş, balkon sahəsi iki hissəyə bölünərək ümumi sahəyə daxil edilmiş, həmçinin əlavə qapı açılmışdır. Yenidən planlaşdırılma işlərinin nəticəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış, o cümlədən aparılmış dəyişikliklərə dair 2 saylı Sumqayıt Ərazi İdarəsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq mənzilin naturada bölünməsi, naturada bölgü əsasında iddiaçının və digər şəxsin (X2) istifadəsinə olan yaşayış sahəsi və ümumi istifadədə olan sahə müəyyən edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzilin naturada bölgüsü və həmin bölgüyə uyğun olaraq həm iddiaçının, həm də digər şəxsin adına ayrılmış sahə müəyyən edildiyindən, məhz onun adına ayrılmış sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq Çıxarışın əldə edilməsindən ibarət olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, mənzilin tərəflərin istifadəsinə verilmiş hissələri ilə yanaşı kommunal xidmətli sahələr (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılmışdır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində olan yanlışlıq aradan qaldırılmış, qətnamənin “qət etdi” hissəsinə “hazırki qətnamə tərəflərə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi üçün əsasdır” hissəsi əlavə edilsə də, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə xx.xx.2024-cü il tarixli Qərardad ləğv edilmiş, “qətnaməyə düzəliş edilməsi barədə” ərizə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənzilin naturada bölgüsü aparılmış, tərəflərin mənzildən istifadə qaydaları müəyyən edilmişdir. Naturada istifadə üçün müəyyən edilmiş bölgü isə əmlakın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət reyestrində qeydə alınması əsası kimi qeyd edilməmişdir. Həmçinin, reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X2 adına qeydə alınmışdır. Beləliklə, iddiaçı və üçüncü şəxs vahid əmlakın paylı mülkiyyətçiləridirlər. Paylı mülkiyyət hüququ institutu ümumi mülkiyyət hüququnun bir hissəsini təşkil etməklə Mülki Məcəllənin 10-cu fəsli ilə tənzimlənir. Paylı mülkiyyət hüququ institutu paylı mülkiyyətçilərin bir sıra hüquq və vəzifələrini nəzərdə tutur ki, o cümlədən, Mülki Məcəllənin 218-ci maddəsi “Satın almaqda üstünlük hüququ” adlanmaqla paylı mülkiyyət hüququnun mühüm əlamətlərindən biri olan payı satın almaqda üstünlük hüququnu təsbit edir ki, hazırda təqdim edilmiş tələblə paylı mülkiyyətçilərin bir sıra hüquqları, o cümlədən satın almaqda üstünlük hüququnun həyata keçirilməsi imkanı aradan qaldırılmış olur. Cavabdehin etirazından qeyd edilmişdir ki, yenidən planlaşdırılma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edilmiş, yaşayış otaqlarının divarı sökülərək yeni divar inşa edilmiş, bununla da otaqların sahəsi dəyişdirilmiş, balkon sahəsi iki hissəyə bölünərək ümumi sahəyə daxil edilmiş, həmçinin əlavə qapı açılmışdır. Yenidən planlaşdırılma işlərinin nəticəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Göründüyü kimi mənzilin istifadə qaydasına uyğun bölgüsü faktiki vəziyyətinə uyğun aparılmışdır ki, bununla bağlı məhkəmə araşdırması zamanı hər hansı texniki sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında izahatı zamanı cavabdehin nümayəndəsi bölgünün mənzilə dair mövcud texniki sənədlərə uyğun aparılmadığından ayrı-ayrılıqda çıxarış veriləcəyi halda texniki sənədin tərtibinin hansı qaydada aparılacağının bəlli olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsinə şərh edilərək, göstərilmişdir ki, “...Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim edilməsini tələb etməyə haqlı deyil” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İddiaçı izahatında mənzilin onun istifadəsində olan hissəsinə dair gələcəkdə sərəncam verəcəyi halda çətinlik yaşayacağı üçün qeyd edilən tələblə bağlı məhkəməyə müraciət etdiyini bildirsə də, reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X2 adına paylı mülkiyyətlə qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı mülkiyyətçi kimi öz payına münasibətdə istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirməkdə sərbəstdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Hazırki işdə də ilk növbədə iddiaçı özünnün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar