Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2859/2023 12.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “01 aprel 1994-cü ildə vəfat etmiş mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, X2 idiaçının atasıdır. Füzuli rayonu ermənilər tərəfindən işğal olunanadək ailə üzvləri Füzuli rayonunun Kürdlər kəndində yaşamışdır. Erməni işğalı nəticəsində atası X2 ermənilər tərəfindən əsir götürülərək Ermənistan Respublikasının paytaxtı Yerevan şəhərinə aparılmışdır. Atası 17 avqust 1993-cü ildə əsir götürülmüş, 04 aprel 1994-cü ildə əsirlikdə vəfat etmiş, xx.xx.1994- cü ildə dəfn olunmuşdur. Bunu mərhum atası S.Səfərəliyevin adına verilmiş П-ЖГ № 484842 saylı ‘‘Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Bildirir ki, anası X5 xx.xx.2018-ci ildə vəfat etmişdir. Anası şəhid ailəsi kimi tanınmış və ona 28.12.201 7-ci ildə 01 1994 saylı vəsiqə verilmişdir. AR-sı NK-nin xx.xx.1994-cü il tarixli, 010 saylı qərarının 1.2.6-cı bəndinə görə “ARnın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar AR-nın qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər şəhid hesab edilir”. xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna və Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıradək sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğdə ödənilməlidir. Adı çəkilən qanunun 4 və 5-ci maddələrinin a) bəndinə əsasən ödəniş məbləği 11 000 (on bir min) manat müəyyən edilmişdir. İddiaçı sığorta ödənişinin alınması üçün ilk əvvəl AR-sı Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. AR-sı Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2023cü il tarixli məktubu ilə bildirmişdir ki, məsələ ilə əlaqədar olaraq AR-sı ƏƏSMN-ə müraciət edilməlidir. Müraciətinə ƏƏSMN-nin tabeliyində DSMF-nin xx.xx.2023-cü il tarixli məktubu ilə xahişi təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Beləki mərhum atası erməni əsirliyində vəfat etmişdir və bu “ölüm haqqında şəhadətnamə” ilə təsdiq edilir. Atasının vəfatı xidmətlə bağlı olmamışdır və cavabdehin tələbi əsassızdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, atası hərbiçi olmamış mülki şəhid olmuşdur. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994 cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci maddəsinə əsasən şəhidin anlayışı verilmiş, kimlərin şəhid hesab edildiyi göstərilmişdir: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şahərində, Lənkəran və Neftçala rayonlarında aciəii hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayinədək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7.Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997- ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 1 1000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən,
5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi. Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin; 5-1. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İddiaçı müraciəti atası X1 vəfat etməsinə görə dövlət icbari şəxsi sığorta məbləğinin ona ödənilməsi ilə bağlı olub və müraciətində atasının xx.xx.1994-cü tarixdə şəhid olması qeyd edilsə də, ölüm haqqında xx.xx.1994-cü il tarixli 484842 nömrəli şəhadətnaməyə əsasən X2 “ürək çatışmamazhğından” vəfat etmişdir. Onun hərbi qulluqçu olması öz təsdiqini tapmadığından, baş vermiş sığorta hadisəsi və sığortaolunan hesab edilməsinə dair, habelə FİN məlumatları mərkəzləşdirilmiş elektron informasiya sistemlərində olmadığından Səfərəliyev Səfəralı Dəskəralı oğlunun xidmət etdiyi quruma müraciət etməsi ərizəçiyə tövsiyə edilmişdir. Hazırki iş üzrə İddiaçı atası Səfərəliyev Səfəralı Dəskəralı oğlunun adı aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş siyahıda aşkar edilmədiyindən, eyni zamanda iddiaçının atasının hərbi qulluqçu olmasını təsdiq edən sənəd olmadığından 11000 manat birdəfəlik ödəmənin verilməsinə dair iddia tələbi təmin oluna bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı 01 aprel 1994-cü ildə vəfat etmiş mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna sığorta ödənişinin ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı atası Səfərəliyev Səfəralı Dəskəralı oğlunun adı aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş siyahıda aşkar edilmədiyindən, eyni zamanda iddiaçının atasının hərbi qulluqçu olmasını təsdiq edən sənəd olmadığından 11000 manat birdəfəlik ödəmənin verilməsinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı:
1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.
2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. 3-1. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan sənədlərin X8 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsdən tələb edilmir. Belə sənədlərin X8 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.
4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanın məzmunundan görünür ki, həmin Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Göründüyü kimi fərman ilə güzəşt tətbiq edilən şəxslərin dairəsi hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri ilə məhdudlaşmışdır. Hazırkı iş üzrə isə iddiaçının mərhum atasının hərbi qulluqçu olması müəyyən edilmir. İddiaçı özü də bildirir ki, atası hərbi qulluqçu olmamışdır, mülki şəxs kimi əsir götürülmüşdür. Bu hal isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanında nəzərdə tutulmuş ödəmənin iddiaçıya şamil edilməsini istisna edir. Qeyd edilənlərə əsasən məkhəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev