Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-286/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə ver borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “Qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “Faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “Artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən gnədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyirnə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək mcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə ver borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “Qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “Faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “Artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən gnədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyirnə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək mcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC 2008-ci ildən etibarən davamlı olaraq cavabdeh vergi orqanının qanunsuz hərəkətlərinə məruz qalır. Belə ki, cavabdeh vergi orqanı iddiaçının hesablanmış vergi borclarının tutulması üçün 2008-ci ildən etibarən onun bank və ƏDV depozit hesablarına sərəncam qoymuş, əmlakını siyahıya almış, borcun əmlaka yönəldilməsi haqqında məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin 09 sentyabr 2008-ci il tarixli 2(85)-1207/2008 №-li, 2(85)- 1208/2008 №-li və 2(85)-1209/2008 №-li, 11 sentyabr 2008-ci il tarixli 2(85)-1205/2008 №-li, 2(85)-1206/2008 №-li qətnamələri ilə ümumilkdə 508.332,23 manat borcun iddiaçının ümumilikdə 569.648 manat dəyərində siyahıya alınmış əmlakına yönəldilməsi qət edilmişdir. Lakin cavabdeh vergi orqanı nə bu əmlakı sataraq borcun ödənilməsini təmin etmiş, nə də qanunla müəyyən edilmiş beş illik müddət keçdikdən sonra vergi vaxtı keçmiş və ümidsiz borcları silmişdir. Cavabdeh bu barədə iddiaçının 2016-cı ildə ona etdiyi müraciətləri də təmin etməmişdir. Cavabdeh vergi orqanı iddiaçının cari, yəni məhkəmə qətnamələri ilə əmlaka yönəldilməyən vergi borclarına görə ödədiyi, yaxud sərəncamla tutulan pul vəsaitlərinin bir qismini (56.104,38 manat) əmlaka yönəldilmiş borcların silinməsinə yönəltmişdir. Cavabdeh vaxtında silinməmiş borclara görə iddiaçıya əlavə faiz (9.514,34 manat) hesablamışdır. Cavabdeh vergi orqanı vaxtı keçmiş ümidsiz borcları, o cümlədən əmlaka yönəldilmiş borcları vaxtında silmədiyi kimi, bu borclara görə iddiaçının bank hesablarına və ƏDV depozit hesabına qoyduğu sərəncamı vaxtında ləğv etməmişdir. Beləliklə, iddiaçı 2008-ci ildən hal-hazıra qədər özünün normal maliyyə-təsərrüfat fəliyyətini qura bilməmişdir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 22.05.2017-ci il tarixli 2-1 (85)- 176/2017 №-li Qərarı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin üzərinə iddiaçının şəxsi hesab vərəqəsində 03.05.2017 tarixə onun büdcəyə ödəməli olduğu borcdan ümumilikdə 542.073,34 manat məbləğində borcu tələb etmək vaxtı keçmiş və ümidsiz borc qismində silmək öhdəliyi qoyulmuşdur. Mübahisənin ümidsiz vergi borclarının silinməsi, cari vergilər üçün ödənilmiş vəsaitlərin təyinatı üzrə düzgün silinməməsi və silinməli borclara görə əlavə 03.05.2020 qədər faiz hesablanması hissələri (1-3 bəndlər) məhkəmə qaydasında öz həllini tapmışdır. Lakin vergi borclarının uçotunda yol verilmiş səhvlər nəticəsində artıq yazılmış vergi borcunun silinməsi, bu borclara görə əlavə faiz hesablanması, qanunsuz hərəkətləri nəticəsində vergi orqanının iddiaçıya vurduğu zərərin kompensasiya edilməsi məsələsi bugünədək həllini tapmamışdır. İddiaçı bu məsələni inzibati icraat qaydasında həll etməyə çalışmışdır. Lakin nəticə əldə olunmamışdır. Cavabdeh vergi orqanı Sumqayıt inzibati İqtisadi Məhkəməsinin 22.05.2017-ci il tarixli 2-1 (85)-176/2017 №-li Qərarının 18.11.2018-ci il tarixdə qanuni qüvvəyə minməsinə baxmayaraq, onun icrasını müxtəlif bəhanələrlə gecikdirmiş, bu müddətdə iddiaçıya əsassız fazilər hesablamağa, onun etdiyi ödənişləri məhkəmə qərarı ilə silinməsi qərara alınmış borclara yönəltməyə davam etmişdir. Ona görə də iddiaçı 27.11.2018-ci il, 11.02.2019-cu il, 02.09.2019-cu il 16.09.2019-cu il tarixli və digər müraciətləri ilə cavabdeh vergi orqanından məhkəmə qərarının icra edilməsini, şəxsi hesabda yol verilmiş nöqsanların aradan qaldırılmasını tələb etmişdir. Lakin cavabdeh vergi orqanı 13 mart 2019-cu il tarixli **********225600 №-li ərizə ilə Sumqayıt inzibatiiqtisadi Məhkəməsinə müraciət edərək 22.05.2017-ci il tarixli 2-1 (85)-176/2017 №-li qərarın silinməli məbləğlərin dövr və vergi üzrə tədiyyələri üzrə açıqlamasına dair izahat verilməsini xahiş etmişdir. Məhkəmənin 16.04.2019-cu il tarixli 8-1 (085)-10/2019 №-li qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının şəxsi hesabında görünən vergi borcunun hansı vergi dövrü üçün və hansı tədiyyə növü üçün hesablandığını belə bilmir. Cavabdeh vergi orqanı məhkəmə qərarında göstərilən 542.073,34 manat məbləğində borcu aşağıdakı qaydada silmişdir (azaldılmışdır) : Vergilər üzrə vərəqədə 29.04.2019 tarixdə “ödəmə tarixi” 03.05.2017 qeyd olunmaqla “Qalıq”dan “Silinmə” - 65.618,72 manat; Vergilər üzrə vərəqədə 12.09.2019 tarixdə “Ödəmə tarixi” 29.09.2019 qeyd olunmaqla “Qalıq”dan “Azalma” - 105.842,99 manat; əmlaka yönəldilən məbləğ üzrə vərəqədə 12.09.2019 tarixdə “Ödəmə tarixi” 29.09.2019 qeyd olunmaqla “Qalıq”dan “Azalma” - 370.611,63 manat. Göründüyü kimi, cavabdeh vergi orqanı həmin borcları tədiyyə növünü və yaranma tarixini qeyd etmədən silmiş və azaltmışdır. Nəticədə, ona qədər vərəqdə yaranmış uyğunsuzluqlar aradan qaldırılmamış, haqsız yerə hesablanmış faizlər azaldılmamışdır. İddiaçı yuxarı orqan kimi 23.09.2019-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, 10.01,2020-ci il və 18.03.2020-ci il tarixdlərdə İqtisadiyyat Nazirliyinə şikayət etmişdir. Lakin bu şikayətlərə obyektiv baxılmamış və iddiaçının haqlı tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsinin 21.05.2020-ci il tarixli **********020548300 №-li cavab məktubunda şikayətin təmin edilməməsi onunla əsaslandırılmışdır ki, silinməsi tələb olunan 352.764,78 manat vəsaitin hesablanması zamanı iddiaçının istifadə etdiyi cədvəldə olan “düstur” mövcud şəxsi hesab vərəqinin işləmə prinsiplərinə uyğun gəlmədiyi üçün nəticənin texniki olaraq səhv əldə edilməsinə səbəb olmuşdur. Belə ki, qeyd edilən məbləğ hesablanarkən şəxsi hesab vərəqəsində iddiaçının “artıq ödəmə”, “hesablanmış faiz” sütunlarındakı məbləğlərə aid edilmiş ödənişlər, o cümlədən hesablamanın aparıldığı dövrlər və ona uyğun hesablanmış faizlər nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2017-ciil tarixli qərarı 29.04.2019-cu il tarixdə icra edilmiş, qərarda göstərilən 542.073,35 manbat məbləğin silinməsi nəticəsində əmlaka yönəldilən vərəqə üzrə yaranmış 105.842,99 manat artıq ödəmənin Vergi Məcəllsinin 87.1.2-ci maddəsinə sasən qalan borc məbləği ilə əvəzləşdirilməsi təmin edilmişdir. İddiaçının iddia etdiyi silinməli olan hesablamaların məbləği öz təsdiqini tapmamışdır. İddiaçı cavabdeh inzibati orqana hazırki iddia tələbinin məzmunu ilə bağlı deyil, fərqli tələblə müraciət etmişdir ki, qeyd olunan hal da iddianın mümkün sayılmamaı üçün əsasdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aiddir. Məlum olduğu kimi öhdəliyin icrası növündə baxılan iddialar üçün mümkünlük şərtlərindən biri ilkin olaraq inzibati orqana müraciət edilməsi, digəri isə iddia müddətlərinə riayət edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı müəssisənin müraciətləri və cavabdeh vergi orqanının ona verdiyi cavablar 2018-ci və 2019-cu illərə aid olsa da, iddiaçı müvafiq iddianı 11.09.2020-ci il tarixdə qaldırmışdır. İddiaçı müəssisənin nümayəndəsi Vəkil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edərək 13.01.2020-ci il tarixli müraciətində müəssisənin şəxsi hesab vərəqinə işlənmiş 352.318,20 manat əsassız borc məbləğinin silinməsinə dair müraciətinin obyektiv araşdırılması və əsaslandırılmış qəraerın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən müəssisəyə ünvanlanmış cavab isə 18.03.2020-ci il tarixə aiddir. Bundan başqa iddiaçı cavabdeh inzibati orqana etdiyi müraciətlərində 342.803,86 manat məbləğində vergi borcunun silinməsini tələb edir, iddia tələbində bu məbləğ 353.331,85 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddialar üçün ayrıca iddia müddətləri müəyyən edilməsə də, məhkəmə praktikasında məcburetmə növündə iddialarda olduğu kimi öhdəliyin icrası növündə baxılan iddialarda da 30 günlük iddia müddəti hesablanır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 59.1.5 və 59.1.6-cı maddələrinə əsasən inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat və inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdırsa və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə ver borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “Qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “Faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “Artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən gnədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyirnə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək mcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-286/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-286/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver