Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2861/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı Baxşıyev Emil Fəxrəddin oğlunun (Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 126/36, mənzil 13-də yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” X4 qarşı övladı X9 oğlunun soyadının “Emilli” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar Baxşıyev Emil Fəxrəddin oğlu Sumqayıt “Asan Xidmət” X4 və Suqmayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X9 oğlunun soyadının dəyişdirilərək “Emilli” kimi qeyd olunmasını Sumqayıt “Asan Xidmət ” X4 və Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin saxlanılmasını və övladı X9 oğlunun soyadının “Emilli” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 oğlunun anası X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş övladı X10 oğlunun soyadının dəyişdirilərək “Emilli” kimi qeyd olunması üçün Sumqayıt "ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli saylı məktubla müraciətinin təmin olunmasının qanunvericiliyə əsasən mümkün olmadığını bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh və üçüncü şəxs L.Baxşiyeva məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşma çatdıqdan sonra yol verilir. İş materiallarına əlavə edilmiş : - Sumqayıt “Asan Xidmət “mərkəzi tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X1 həmin tarixdə rəsmi nikaha daxil olmuşlar. -AZ-İV № 752629 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X10 oğlu xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur, valideynləri İddiaçı və X2r. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar övladlarının soyadının “Emilli” yə dəyişmək üçün cavabdeh Sumqayıt Cavabdehin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən 25 iyun 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”n 4.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, uşağın soyadı yalnız valideynlərin soyadı ilə müəyyən edilir, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə icazə verilməsi isə yalnız soyad digər valideynin soyadına dəyişdirilərsə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı xahişinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuşdur. İş materiallarından göründüyü kimi soyadının dəyişdirilməsi tələb olunan uşağın hər iki valideyninin soyadı müvafiq olaraq «Baxşiyev» və «Baxşiyeva» kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının uşağının soyadının dəyişdirilməsi üçün əsas olan yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” X4 qarşı övladı X9 oğlunun soyadının “Emilli” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2861/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2861/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver