Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2862/2024 08.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh icra məmuru X3 qarşı “Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2- 1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını və Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsini, Quba rayon İcra və Probasiya şöbəsində, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə, icra etməsi və edilməsi faktının mübahisələndirilməsi və törədilmiş vəzifə saxtakarlığı faktı nəticəsində Cavabdeh icra məmuru X1 Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının və Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsinin Cavabdehndə məcburi icrasını təmin etməsindən yayınması və hərəkətsizliyi faktı barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh icra məmuru X3 qarşı “Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2- 1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını və Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsini, Quba rayon İcra və Probasiya şöbəsində, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə, icra etməsi və edilməsi faktının mübahisələndirilməsi və törədilmiş vəzifə saxtakarlığı faktı nəticəsində Cavabdeh icra məmuru X1 Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının və Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsinin Cavabdehndə məcburi icrasını təmin etməsindən yayınması və hərəkətsizliyi faktı barədə qərar qəbul edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən (məhkəmənin yardım etmək vəzifəsi) iddiaçıya hüquqi yardıma dair məktub ünvanlanaraq, inzibati məhkəmələr tərəfindən inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olan iddialara baxıldığı izah edilmiş, tələbin dəqiqləşdirilməməsinin onun mümkünsüzlüyünə səbəb olacağı bildirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında hüquqi yardım edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni təqdim edəcəyini bildirmişdir. Lakin, nə iddiaçı, nə də iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddia təlbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilməmidşir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onlara hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş, lakin iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi Cavabdeh icra məmuru X3 qarşıdır. Məhkəmə iddia tələbində cavabdeh qismində qeyd edilən Cavabdeh icra məmuru X3 münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 6.1-ci bəndində qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh icra məmuru X3 qarşı “Sumqayıt İnzibati- İqtisadi məhkəməsinn 2-1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsini, Quba rayon İcra və Probasiya şöbəsində, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə, icra etməsi və edilməsi faktının mübahisələndirilməsi və törədilmiş vəzifə saxtakarlığı faktı nəticəsində Cavabdeh icra məmuru X4 qeyd edilmiş məhkəmə qərar və qətnamələrinin icrasından yayınması faktı” tələbinə dair iddiası mümkün sayılmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh icra məmuru X3 qarşı “Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2- 1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını və Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsini, Quba rayon İcra və Probasiya şöbəsində, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə, icra etməsi və edilməsi faktının mübahisələndirilməsi və törədilmiş vəzifə saxtakarlığı faktı nəticəsində Cavabdeh icra məmuru X1 Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının və Siyəzən rayon məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il qətnaməsinin Cavabdehndə məcburi icrasını təmin etməsindən yayınması və hərəkətsizliyi faktı barədə qərar qəbul edilməsiı” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2862/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2862/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver