Məhkəmə qərarları › İş №2-1(118)-2864/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2864/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2864/2024 07.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1954-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuşdur.

2. İddiaçı məxsus 28 yanvar 1981-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 7 iyul 2024-cü il tarixli, 3-17-1/2-T-152355/2023 nömrəli “Sığorta stajının araşdırılması haqqında” məktubundan görünür ki, təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 4 fevral 1985-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək Bakı Avtobazasında və 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək Qobustan Rayon Kommunal Müəssisələr Kombinatında əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır.

4. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X3 Rəhbəri Kadr İdarəsinin rəisinin 25 sentyabr 2023-cü il tarixli, AAŞ-47/50 nömrəli məktubundan görünür ki, İddiaçı Becan oğluna DSMF tərəfindən sənədlərdə atasının adının səhvən Butan yazıldığı üçün ona həmin dövrlər üzrə sığorta stajının daxil edilməməsi bildirilmişdir. İddiaçı atasının adının Becan olduğunu sübut edən sənədlərin ona təqdim edilməsi barədə 15 sentyabr 2023-cü il tarixdə ərizə ilə Azrittifaqa müraciət etmişdir. Qobustan Avtobazasında sürücü işləmiş İddiaçı atasının adı Azərittifaqın arxiv sənədlərində həqiqətən Becan kimi göstərilir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 17 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-T-242572/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (2 may 1973-cü il tarixdən 19 may 1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 22 il 1 ay 27 gün təşkil edir. Həmçinin bildirilir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1 yanvar 1992-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək və 1 iyul 1998-ci il tarixdən 12 oktyabr 2004cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən Bakı Avtobazasında 4 fevral 1985-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı bəzi ayların əməkhaqqı cədvəlləri tapılsa belə ata adına uyğunsuzluq olduğundan (Butan kimi qeyd edilmişdir) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qobustan rayon Dövlət Arxivinin 28 iyul 2023-cü il tarixli 3-48-28RA/2T-15-33 saylı arxiv arayışına əsasən 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək Qobustan Rayon Kommunal Müəssisələr Kombinatında olan əmək fəaliyyəti zamanı 1998-ci il tarixdə 7 ay, 1999-cu il tarixdə 11 ay, 2000-ci il tarixdə 6 ay, 2001-ci il tarixdə 11 ay, 2002-ci il tarixdə 11 ay, 2003-cü il tarixdə 12 ay və 2004-cü il tarixdə 9 ay adına əməkhaqqı hesablanan dövrlər sığorta stajına daxil edilmiş, adına əməkhaqqı hesablanmayan digər dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, sözügedən dövrlər üzrə əmək haqqı almağı təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etdikdən sonra təkrar müraciətinin əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və 1 yanvar 2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin məbləği 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X4 Təhsil İdarəsinin 31 oktyabr 2023-cü il tarixli, 3-29-37/2-1105 nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı Rayon Xalq Maarif Şöbəsinin 21 sentyabr 1981-ci il tarixli Əmr №97 §4 nömrəli əmrinə əsasən Təklə Mirzəbaba kənd orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin edilmiş və Şamaxı Rayon Xalq Maarif Şöbəsinin 31 avqust 1982-ci il tarixli Əmr №75 §48 nömrəli əmrinə əsasən Təklə Mirzəbaba 8 illik məktəbin hərbi rəhbər vəzifəsindən azad edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 23 noyabr 2023-cü il tarixli, 3-17-1/2-T-274508/2023 nömrəli məktubundan görünür ki, 17 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-T-242572/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda (§6) qeyd olunanlara istinad edilərək bildirilmişdir ki, təqdim edilmiş əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (2 may 1973-cü il tarixdən 19 may 1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 23 il 1 ay 7 gün təşkil edir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 15 dekabr 2023-cü il tarixli, 3-17-1/2-T-295810/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub göndərilmişdir (§7).

Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş 2 avqust 2023-cü il tarixli, 3-17-1/3-1-71459/2023 nömrəli Xidməti məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin X4 filialı İddiaçı 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək Qobustan rayon Komunal Müəssisələr kombinatında işləməsi faktını yoxlayaraq yoxlama Aktı göndərilmişdir: - DSMF PHŞ X4 filialının 2 avqust 2023-cü il tarixli aktı; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Qobustan Rayon Dövlət Arxivinin 28 iyul 2023-cü il tarixli, 3-48-28RA/2T-15-33 nömrəli arayışından görünür ki, Tapdıqov X1 rayon Kommunal Müəssisələr Kombinatının 1 iyun 1998-ci il tarixli, 11/k nömrəli əmrə əsasən tikinti briqadasına İV dərəcəli fəhlə qəbul edilmiş, 12 oktyabr 2004-cü il tarixli, 12/k nömrəli əmrə əsasən işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 24 aprel 2024-cü il tarixli,3-17-1/2-94637/2024 nömrəli məktubu ilə Tapdıq Beçan oğluna dair aparılmış inzibati icraat materialları qoşma ilə göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin 240701 nömrəli “Müavinət işi”; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 14 iyun 2023-cü il tarixli “Müraciət vərəqəsi”; - İddiaçı məxsus 28 yanvar 1981-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş 2 avqust 2023-cü il tarixli, 3-17-1/3-1-71459/2023 nömrəli Xidməti məktub (§9); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 18 avqust 2023-cü il tarixli, 3-17-1/2-T-188361/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub (§5);

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 aprel 2024-cü il tarixli, 3-17-1/2-92806/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 18 mart 2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən 27 may 1973-cü il tarixdən 19 may 1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasının surətinə əsasən 6 yanvar 1973-cü il tarixdən 2 may 1973cü il tarixədək, 25 may 1975-ci il tarixdən 22 fevral 1980-ci il tarixədək, 11 may 1981-ci il tarixdən 10 avqust 1981-ci il tarixədək, 21 sentyabr 1981-ci il tarixdən 31 avqust 1982-ci il tarixədək, 17 aprel 1982-ci il tarixdən 29 iyul 1983-cü il tarixədək, 3 noyabr 1983-cü il tarixdən 1 fevral 1985-ci il tarixədək, 2 fevral 1985-ci il tarixdən 10 fevral 1992-ci il tarixədək, 1 iyun 1998-ci il tarixdən 1 oktyabr 1999-cu il tarixədək, 1 noyabr 1999-cu il tarixdən 1 yanvar 2000-ci il tarixədək, 1 aprel 2000-ci il tarixdən 1 avqust 2000-ci il tarixədək, 1 oktyabr 2000-ci il tarixdən 1 dekabr 2000-ci il tarixədək, 1 yanvar 2001-ci il tarixdən 1 iyul 2001-ci il tarixədək, 1 avqust 2001-ci il tarixdən 1 avqust 2002-ci il tarixədək, 1 sentyabr 2002-ci il tarixdən 1 oktyabr 2004-cü il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun 1 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 23 il 1 ay 7 gün təşkil edir. Eyni zamanda iddiaçının 1 yanvar 2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 1 ay 7 gün sığorta stajına uyğun olaraq 16.206,08 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 16.742,88 manat pensiya kapitalından azdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək və 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının Bakı Avtobazasında 4 fevral 1985-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı bəzi ayların əməkhaqqı cədvəlləri tapılsa belə ata adında uyğunsuzluq olduğundan (Butan kimi qeyd edilmişdir) 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. Qobustan rayon Dövlət Arxivinin 28 iyul 2023-cü il tarixli 3-48-28RA/2T-15-33 saylı arxiv arayışına əsasən iddiaçının 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək Qobustan Rayon Kommunal Müəssisələr Kombinatında olan əmək fəaliyyəti zamanı 1999-cu il tarixdə 1 ay, 2000-ci il tarixdə 6 ay, 2001-ci il tarixdə 1 ay, 2002-ci il tarixdə 1 ay adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən adına əməkhaqqı hesablanmayan aylar sığorta stajına əlavə edilməmişdir. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 8 dekabr 2023-cü il tarixli, 3-17-1/1-T-305343/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” Qərarından görünür ki, İddiaçı tələb olunan pensiya kapital və 25 il sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququnun yaranmaması səbəbi ilə pensiya təyinatından imtina edilmiş, 17 noyabr 2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 15 dekabr 2023-cü il tarixli, 3-17-1/2-T-295810/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub göndərilmişdir (§8); - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X3 Rəhbəri Kadr İdarəsinin rəisinin 25 sentyabr 2023-cü il tarixli, AAŞ-47/50 nömrəli məktubu (§4); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 noyabr 2023-cü il tarixli, 3-17-1/1-T-281570/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” Qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 23 noyabr 2023-cü il tarixli, 3-17-1/2-T-274508/2023 nömrəli məktubu (§7); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 6 noyabr 2023-cü il tarixli “Müraciət vərəqəsi”; - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X4 Təhsil İdarəsinin 31 oktyabr 2023cü il tarixli, 3-29-37/2-1105 nömrəli arayışı (§6); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 17 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-T-242572/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubu (§5); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 oktyabr 2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” Qərarı; - “Sosial sığorta stajının araşdırılması barədə” 24 iyul 2023-cü il tarixli Akt; - Qobustan rayon Dövlət Arxivinin 28 iyul 2023-cü il tarixli 3-48-28RA/2T-15-33 saylı arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 iyun 2023-cü il tarixli, 3-17-1/1-T-151552/2023 nömrəli “Əmək pensiyasının hesablanmasında araşdırma zərurətinin müəyyən edilməsi haqqında tələbnamə”.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, 21 sentyabr 1981-ci il tarixdən 31 avqust 1982-ci il, 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il, 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək olan dövrlərin əmək kitabçasına əsasən sosial sığorta stajı hesab edilməsi və 18 sentyabr 2018-ci il tarixdən 64 yaşı tamam olan gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbinin dəlilləri işin hallarına istinad edilərək (§1-8) onunla əsaslandırılmışdır ki, iddiaçının işləməyi barədə əmək kitabçasında qeydlərin olmasına və nəzərə almaq istəmədikləri dövrlərin arxiv arayışları ilə təsdiq edilməsinə baxmayaraq, cavabdeh iddiaçının iş stajını özləri bildikləri kimi hesablayaraq iş stajının 25 ildən az olduğunu əsas gətirərək əmək pensiyası almaq hüququ olduğu halda, sosial müavinət təyin etdiklərini bildirirlər. Göründüyü kimi, iddiaçının iş stajları əmək kitabçası, arxiv arayışı və digər sənədlərlə təsdiq edildiyi halda, cavabdeh sosial sığorta stajını düz hesablamamaqla iddiaçıya yaşa görə əmək pensiyasına hüququ yaranan 64 yaşından yəni 18 sentyabr 2018-ci il tarixdən təyin edilməsindən imtina edərək 1 yanvar 2020-ci il tarixdən sosial müavinət təyin etməsi əsassız və qanunsuzdur.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33-cü maddəsinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

17. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

18. Etirazın əsasları: Qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, pensiya hüququnun yaranması üçün iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının ümumi məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (2 may 1973-cü il tarixdən 19 may 1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 23 il 1 ay 7 gün təşkil edir. Həmçinin bildirilir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək və 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının Bakı Avtobazasında 4 fevral 1985-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək olan əmək fəaliyyəti zamanı bəzi ayların əməkhaqqı cədvəlləri tapılsa belə ata adında uyğunsuzluq olduğundan (Butan kimi qeyd edilmişdir) 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qobustan rayon Dövlət Arxivinin 28 iyul 2023-cü il tarixli 3-48-28RA/2T-15-33 saylı arxiv arayışına əsasən 1 iyun 1998-ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək Qobustan Rayon Kommunal Müəssisələr Kombinatında olan əmək fəaliyyəti zamanı 1998-ci il tarixdə 7 ay, 1999-cu il tarixdə 11 ay, 2000-ci il tarixdə 6 ay, 2001-ci il tarixdə 11 ay, 2002-ci il tarixdə 11 ay, 2003-cü il tarixdə 12 ay və 2004-cü il tarixdə 9 ay əməkhaqqı hesablanmışdır. Bu səbəblə iddiaçının adına əməkhaqqı hesablanmayan digər dövrlərin sığorta stajına daxil edilməsi mükün olmamışdır. Qeyd olunanları nəzərə alaraq sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin, iddiaçıya 1 yanvar 2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin məbləği 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmışdır.

19. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 22-1.1, 25, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 aprel 2022-ci tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§18) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, etirazın dəlilləri ilə razılaşmadığını, hazırki tələblə məhkəməyə müraciət etməsində məqsədinin ona yaşa görə əmək pensiyasının təyin edilməsi olduğunu bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. (xx.xx.2017-dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ...

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

36. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

37. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

39. İddiaçının tələbi cavabdehin imtinasının əsassız hesab edilməsi, 21 sentyabr 1981ci il tarixdən 31 avqust 1982-ci il, 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il, 1 iyun 1998ci il tarixdən 12 oktyabr 2004-cü il tarixədək olan dövrlərin əmək kitabçasına əsasən sosial sığorta stajı hesab edilməsi və 18 sentyabr 2018-ci il tarixdən 64 yaşı tamam olan gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır.

40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. Qeyd olunan nborma “ne ultra petita ” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Bu norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisənin həll edilməsini həyata keçirsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması (12-ci maddə) prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz iddia tələbinə bağlılıq məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İddia tələbinin həcmini isə iddiaçı müəyyən edir və iddia ərizəsində onu dəqiq, aydın ifadə edir. Ona görə də inzibati prosesdə “reformatio in peius” (lat. reformation - dəyişiklik, peius - daha pis) yolverilməzdir (S.Kərimov, G.Vəliyeva. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Komentariyası. Bakı – 2009.)

42. Məhkəmə prosesində iştirak etmiş iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsində məqsədinin ona “yaşa görə əmək pensiyasının təyin edilməsi” olduğunu bildirmişdir.

43. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

44. Əmək pensiyaları haqqında qanunvericiliyin yuxarıda sadalanan tələbinə əsasən yasa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır.

45. Hazırkı iş üzrə iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxxxx 1954-cü il tarixdə doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 18 sentyabr 2018-ci il tarixdə (64 yaş) çatmışdır.

46. Mübahisə ikinci əsasa görə yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən iş stajına hesablanmamış dövrlərin əmək kitabçasına əsasən əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

47. Cavabdeh isə etirazında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına və hərbi biletinə əsasən cəmi 23 il 1 ay 7 gün sığorta stajının, yəni tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının 1 yanvar 2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 1 ay 7 gün sığorta stajına uyğun olaraq 16.206,08 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 16.742,88 manat pensiya kapitalından azdır.

48. Bununla da, cavabdeh iddiaçıya münasibətdə həm iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının, həm də 25 il sığorta stajının tamalanmadığını əsas götürməklə, iddianın əsassız hesab etmişdir.

49. Belə ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən Bakı Avtobazasında 4 fevral 1985-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək iş dövrü o səbəbdən mübahisələndirilir ki, bəzi ayların əməkhaqqı cədvəlləri tapılsa belə ata adında uyğunsuzluq var – “Butan” kimi qeyd edilmişdir.

50. İş materiallarına əlavə edilmiş Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X3 Rəhbəri Kadr İdarəsinin rəisinin məktubu ilə müəyyən olunur ki, Qobustan Avtobazasında sürücü işləmiş İddiaçı atasının adı Azərittifaqın arxiv sənədlərində həqiqətən Becan kimi göstərilir.

51. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv arayışlarında qeyd edilmiş məlumat ona məxsus olması mübahisələndirilmir, yəni həmin müəssisədə iddiaçının əmək fəaliyyəti təsdiq olunur. Əmək fəaliyyətinin dövrü isə iş materiallarında olan sənədlərə əsasən 10 fevral 1992-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək təşkil edir.

52. Beləliklə, müəyyən olunur ki, iddiaçının Qobustan Avtobazasında işlədiyi dövrünün onun mübahisələndirilməyən 23 il 1 ay 7 gün sığorta stajına əlavə edilməsi ilə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sığorta stajına malik olur.

53. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

54. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçıya 18 sentyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar