Məhkəmə qərarları › İş №2-1(118)-2865/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2865/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2865/2023 02.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh-yə qarşı “07 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mkr, ev 12, mənzil 41 əraizisində yerləşən mənzilin **********00380 saylı abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan Cavabdeh-nə rəsmi məktub ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli AN-İ No ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mkr. ev 12, mənzil 41 ərazisində yerləşən mənzil, həmin mənzilin iddiaçının istifadəsində olduğundan, ondan öncəki mülkiyyətçinin abonent kodunun adına rəsmiləşdirilməsi ilə bağlı X2 Cəmiyyətinin yerli qurumlarına müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonent kodunun iddiaçının adına rəsmiləşdirilmədiyini bildirmiş və istifadəsində olan Sumqayıt şəhəri. 17-ci mkr, ev 12, mənzil 41 ərazisində yerləşən mənzilin **********00380 saylı abonent kodunun adına rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə ona ünvanlanmış məktubda qeyd olunur ki, “ünvan 1rləşən yaşayış sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (xx.xx.2023-cü il tarixli, K-033-5/2023 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, "xxxx" ASC-nin elektron məlumat bazasındakı abonent kodunda ad dəyişmə edilməsi AR-sı Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları" ilə tənzimlənir. Mövcud qaydalara və həmin qaydalara hazırlanmış əlavə reqlamentə əsasən vətəndaşlar tərəfindən müvafiq sənədlər "ASAN Kommunal" mərkəzlərinə təqdim edilir. Təqdim edilmiş sənədlər Səhmdar Cəmiyyət tərəfindən yoxlanıldıqdan sonra abonet koduna hesablanmış borc olmadığı halda müraciət təmin edilir. Sözügedən ünvana məxsus **********00380 nömrəli abunə kodu "xxxx" ASC-nin elektron məlumat bazasında təhlil olunan zaman məlum olmuşdur ki, həmin kod üzrə 2017-ci il tarixinədək istehlak edilmiş və dəyəri ödənilmədən dondurularaq, borclar qrafasına əlavə edilmiş borc mövcuddur. Həmin borcun ödənişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarfın 8.22-ci bəndinin tələblərinə uyğun olaraq abunə kodlarında ad məlumatlarına düzəliş edilməsi və yaxud digər hesablaşmalar zamanı istehlakçı tərəfindən təmin edilməlidir. Nəzərinizə çatdırırıq ki, həmin borcun ödənişi təmin edildikdən sonra müvafiq sənədlərlə "ASAN Kommunal" mərkəzinə müraciətiniz əsasında abunə adının dəyişdirilməsi məsələsinə baxılacaqdır.” İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təstiq edilmiş “İnzibati orqanların təsnifatı” 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publikhüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibali-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyah rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, onunla cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəfər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı tədqirdə hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığı həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki , xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhəri, 17-ci mkr, ev 12, mənzil 41 ərazisində yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, mənzilin sahibinin dəyişməsinə baxmayaraq həmin mənzilə verilmiş abonent kodu yeni istifadəçi olaraq iddiaçının adına dəyişdirilməmişdir. Buna görə də o, cavabdeh təşkilata müraciət edərək istifadəsində olan mənzilə verilmiş abonent kodunun keçmiş istifadəçinin adından öz adına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat onun istifadəsində olan mənzildə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adında dəyişdirilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən edilən imtinası etimad hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddir. Belə ki,"İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasım təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarf'nın 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarında şəxsi hesabın yeni abonentin adına keçirilməsi üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Əksinə qeyd olunan Qaydalarda enerji təchizatı müəssisəsinin üzərinə yeni abonentin müraciətinə 5 gün ərzində baxılması və həll edilməsi ilə bağlı vəzifə qoyulmuşdur. Ona görə də hesab edir ki, cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanan imtina əsassız hesab edilərək, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı 07 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mkr, ev 12, mənzil 41 əraizisində yerləşən mənzilin **********00380 saylı abonent kodunun iddiaçının adına keçirilməsi istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Belə ki, hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. Mübahisənin tərəfləri isə hazırkı iş üzrə iddiaçı, cavabdeh və iddiaçının daşınmaz əmlak əldə etdiyi əvvəlki mülkiyyətçilərdir və mübahisə tərəflər arasında daşınmaz əmlakın və eletrik enerjisinin satışı ilə bağlı müqavilə öhdəliklərindən yaranmışdır. Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Məhkəmə praktikasında rast gəlinən halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir çox hallarda bu kateqoriya işlərdə iddiaçılar mənzilin əvvəlki mülkiyyətçilərinin borcunun silinməsi və digər tələblərlə mülki məhkəmə icraatı qaydasında iddia ilə ümumi məhkəmələrə müraciət edirlər. Bu halda müvafiq ümumi məhkəmələr haqlı olaraq mənzilin əvəlki mülkiyyətçisinin borcunun silinməsi tələbi üçün iddiaçının subyektiv hüququnun olmadığı nəticəsinə gəlirlər. Halbu ki, enerji satan müəssisə əvvəlki borcu yeni mülkiyyətçidən tələb etdiyi və onunla yeni müqavilə bağlamadığı üçün, həmin şəxs əvvəlki mülkiyyətçinin borcunun ondan tələb edilməsinin qadağan edilməsi, yeni müqavilə bağlanılması və müvafiq kod verilməsi tələbi ilə mülki məhkəmə icraatı qaydasında hüquq müdafiə imkanınından istifadə edə bilər. Məhkəmə hesab edir ki, qeyd edilən bu münasibətlər mülki hüquq münasibətləridir və heç bir halda publik hüquq münasibəti kimi qiymətləndirilməməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar