Məhkəmə qərarları › İş №2-1(118)-2868/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2868/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2868/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümnayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il taroxli ********** qeydiyyat nömrəli, **********01-10201 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli**********25-10301 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan məlumatların etibarsız hesab edilərək iddiaçıların hüquq sahibləri sırasına daxil edilərək düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il taroxli ********** qeydiyyat nömrəli, **********01-10201 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli**********25-10301 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan məlumatların etibarsız hesab edilərək iddiaçıların hüquq sahibləri sırasına daxil edilərək düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2, X5, X6, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər . İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların Xaçmaz rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X2 və X1 mülkiyyətində olan Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evə yaşayış, istifadə və köçürmə tələbləri təmin edilmişdir. Həmin ev üzərində onların hüquqları məhkəmə tərəfindən tanınmışdır. Buna baxmayaraq cavabdeh tərəfindən üçüncü şəxs X4 xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda hüquq sahibləri kimi X2, X5, X6, X3 qeyd edilmişdir. İddiaçıların hüquqları mıəhkəmə tərəfindən tanınsa da onların adları mülkiyyətçi kimi qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etmədi və izah etdi ki, mübahiəsləndirilən çıxarışlarda hər hansı düzəlişin edilməsi üçün hüquqi əsas omadığından iddiaçıların müraciətinin təmin olunmasından imtina edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər E.Fətullayeva və E.Mustafayeva iddia ərizəsinə etiraz ünvanlayaraq iddiaçıların subyektiv hüququları olmadığından iddianın rədd edilməsini xahiş etmişlər. Belə ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 mübahisıli evdən istifadə hüququları itirilmiş hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Xaçmaz rayon Məhkəməsinimn 2-28/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 cavabdehlər X9 oöluna və qeyrilərinə qarşı Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdə yaşayış hüququnun müəyyən edilməsi və evə köçürməyə dair iddiası təmin edilmişdir. Hazırda iddiaçılar həmin qətnamə ilə tanınan hüquqlarına istinad edərək daçınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və özlərinin mülkiyyətçilər sırasına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edilrər. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçıalrın mübahisəli evdən istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə itirilmiş hesab edilmişdir. Bundan başqa həmin hüquq qüvvədə olsa belə, adından da göründüyü kimi yaşayış evindən istifadə hüququndan ibarət olmuşdur. bu hüquq mülkiyyət hüququnun yaranması üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsində qanuni qüvvıyı minmiş məhkəmə aktları mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi göstərilmişdir. Lakin iddiaçıların istinad etdikləri məhkəmə qətnaməsi onların mülkiyyət hüququnu deyil, yalnız yaşayış sahəsindən istifadə hüququnu vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göründüyü kimi göstərilən hüquqlar bir-birindən fərqlənərək tamamilə ayrı məna kəsb edir. İddiaçıların yaşayış sahəsindın istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsi onların həmin ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçılar subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçıların hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il taroxli ********** qeydiyyat nömrəli, **********01-10201 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli**********25-10301 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan məlumatların etibarsız hesab edilərək iddiaçıların hüquq sahibləri sırasına daxil edilərək düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar