Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-287/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı “iddiaçıya 13.02.2021-ci il tarixdən “baş beynin diffuz travması, qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sol ənsə, təpə və alın paylarının hematoması, sol beyin yarımkürəsində konveksital subdural hematoma, ənsə, sağ gicgah, sol gicgah və sol təpə sümüklərinin sınıqları, kraniyotamiya, subdural hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət” xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı “iddiaçıya 13.02.2021-ci il tarixdən “baş beynin diffuz travması, qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sol ənsə, təpə və alın paylarının hematoması, sol beyin yarımkürəsində konveksital subdural hematoma, ənsə, sağ gicgah, sol gicgah və sol təpə sümüklərinin sınıqları, kraniyotamiya, subdural hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət” xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən iddiaçının qeydiyyat ünvanına 10.01.2022-ci il tarixli çağırış məktubu göndərilmiş, lakin cari tarixə kimi əyani müayinə olunması üçün iddiaçı Agentliyə müraciət etməmişdir. Bundan əlavə, iddiaçı 07.12.2021-ci il, 23.12.2021-ci il və 15.02.2022-ci il tarixlərdə keçirilən məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş və bu barədə hər hansı bir üzrlü səbəb təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə tərəfindən iddiaçıya bildirişlər göndərilsə də, iddiaçı məhkəmə iclaslarında təmsil edilməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayətinə dair 08 iyul 2013cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı “iddiaçıya 13.02.2021-ci il tarixdən “baş beynin diffuz travması, qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sol ənsə, təpə və alın paylarının hematoması, sol beyin yarımkürəsində konveksital subdural hematoma, ənsə, sağ gicgah, sol gicgah və sol təpə sümüklərinin sınıqları, kraniyotamiya, subdural hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət” xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-287/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-287/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver