Məhkəmə qərarları › İş №2-1(118)-2870/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2870/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2870/2022 24.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 katibli yi ilə, İddiaçı (Xaçmaz rayonu, Yeni yaşayış massivi ünvanında yaşayan ) Cavabdehin nümayəndəsi X9 (Xaçmaz bələdiyyəsinin iqtisdi məsələlər üzrə sədrin köməkçisi, Xaçamz rayonu Qaraqurdlu kəndi ünvanında yaşayan,) iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı Xaçmaz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 01 saylı protokolunda siyahıda 11-ci sirada göstərilmiş X1 ”Mürşüdov”a düzəliş edilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xaçmaz Rayonu Xaçmaz Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və Xaçmaz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 01 saylı protokounda siyahıda 11-ci sirada göstərilmiş X1 Mürşüdov düzəliş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələıbini dəqiqləşdirərək Xaçmaz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 01 saylı protokolunda siyahıda 11-ci sirada göstərilmiş X1 ”Mürşüdov”a düzəliş edilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə iddiaçıya bələdiyyənin ehtiyyat fondundan “Dəmir yolundan aşağı, yeni yaşayış massivi” ərazisindən 500 kv m həyətyanı torpaq sahəsinin satılmasına icazə verilmiş, həmin qərar əsasında onunla Xaçmaz bələdiyyəsi arasında alq-satqı aktı tərtib edilmiş, akt bələdiyyə sədri V.V.Hacımirzəyev, DT və XK-nın Xaçmaz rayon şöbəsinin müdiri Ş.Ş.Aslanov və onun tərəfindən imzalanmış və DTXK-nın Xaçmaz rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 5474 saylı qeydə alınmışdır. Bələdiyyədən satın aldığı 0.05 ha torpaq sahəsinə görə Xaçmaz bələdiyyəsinin bank hesabına xx.xx.2006-cı il tarixdə 180 manat pul ödənilmişdir (13.01 2006-cı il tarixli 42 nömrəli qəbz). 04 iyun 2021-ci il tarixdə o, həmin 0.05 ha torpaq sahəsinə dair bütün lazımi sənədləri əlavə etməklə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Həmin idarədən ona 10 iyun 2021-ci il tarixli, **********06 saylı məktubla cavab verilmişdir ki, təqdim etdiyi sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət Hüquqların Dövlət Qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.05 ha torpaq sahəsinə dair Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarında onun soyadı “Mürşüdov” kimi qeyd olunsa da, ərizəyə əlavə olunmuş Xaçmaz rayon dövlət arxivindən çıxarışda “Mürsəlov” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izah etdi ki, Xaçmaz bələdiyyəsi tərəfindən vətəndaşlara 2006-cı ildə Xaçmaz bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələri ilə əlaqədar protokollar, o cümlədən İddiaçı ərizəsində göstərilmiş olduğu Xaçmaz bələdiyyəsinin 26.01,2006-cı il tarixli 01 saylı protokolu ilə bağlı Xaçmaz bələdiyyəsində heç bir sənəd yoxdur. Həmin dövrə (10-15 il bundan əvvəlki illərə) aid sənədlər Xaçmaz Rayon Dövlət Arxivində saxlanılır.İddiaçı Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 İyun 202!-ci i! tarixli 607 saylı Arxiv çıxarışından məlum olmuşdur ki Xaçmaz bələdiyyəsinin 26 yanvar 2006-cı il tarixli iclasının protokolunda fərdi yaşayış evi tikmək üçtin siyahıda 1 l-ci sırada Mürşüdov deyil, X5 500 m torpaq sahəsinin satılması yazılmışdır. Həmin dövrə dair müvafiq qanunda göstərilir ki, bələdiyyələr tərəfindən keçirilmiş iclasların protokolları 15 gün ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional İdarələrinə göndərilir və qəbul edilmiş qərarlar bu halda qanuni qüvvəyə minmiş sayılır.İndiki halda 16 il bundan əvvəl həmin dövrdə seçilmiş bələdiyyə üzvləri tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli 01 saylı protokolda vətəndaş Mürsəlov soyadının 16 ildən sonra “Mürşüdov” kimi düzəliş aparılması məsuliyyəti cavabdeh qismində Xaçmaz bələdiyyəsinin üzərinə qoyulmasını düzgün hesab edilmir. İş materiallarında olan : - Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 26 yanvar 2006-cı il tarixli 01 saylı qərarından görünür ki,İddiaçı 500 kv m torpaq sahəsinin satılması qərara alınmışdır. - - Torpaqların alqı-satqısına dair müqavilədən görünür ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsi bələdiyyə ərazisində yerləşən 0,05 ha torpaq sahəsini İddiaçı satmışdır. - -DTXK-nin Xaçmaz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki,fərdi mənzil tikintisi üçün vətəndaşlara, o cümlədən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı satqı predmeti olmaqla satılması qanuna müvafiqdir. - Torpaq sahəsinin sxematik planından görünür ki,həmin sənəd S.Mürsəlova ayrılmış 500 kv.m torpaq sahəsi barəsində tərtib edilmişdir. - Xaçmaz rayon Məhkəməsinin 2(067)-1913/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki,İddiaçı sənədin şəxsə məxsus olması barədə ərizəsi üzrə icraata xitam verilmişdir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 607 saylı 02.06.202-ci il tarixli arxiv arayışından görünür ki,Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 26 yanvar 2006-cı il tarixli 01 saylı protokolundan çıxarışa əsasən fərdi yaşayış evi və kommersiya obyektləri tikmək üçün vətəndaşlara cümlədən X5 500 kv m torpaq sahəsinin satılması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə qeyd edir ki, bələdiyyə qərarı ilə iddiaçıya torpaq sahəsinin satılması mübahisələndirilməyən haldır. Lakin arxivə təhvil verilən sənəddə iddiaçının soyad “Mürşüdov” əvəzinə “Mürsəlov” kimi qeyd edildiyindən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına maneə yaranmışdr. Məhkəmə hesab edir ki, həmin yanlışlıq iddiaçının təqsiri üzündən baş verməmişdir və düzəliş cavabdeh tərəfindən aparılmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 01 saylı protokounda siyahıda 11-ci sirada göstərilmiş X1 “Mürşüdov” kimi düzəliş edilməsi vəzifəsi cavabdeh Xaçmaz Bələdiyyəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar