Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2871/2023 12.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xx xxxx 2000-ci il təvəllüdlü və üçüncü qrup müharibə əlili İddiaçı güzəştli şəxs kimi mənzil növbəsinə götürülməyi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Tağıyev X3 rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 2022-ci il tarixli, 02 saylı Sərəncamı ilə mənzil növbəsinə götürülmüş, daimi qeydiyyatının və yaşayış ünvanının Abşeron rayonu olmasını nəzərə alaraq, ünvan 1ir rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin Cavabdehnə köçürülməsini xahiş etmişdir. Bununla bağlı ünvan 1ir rayon İcra Hakimiyyəti Başçısının 06 fevral 2023-cü il tarixli, 5-56-3/2-83/2023 saylı məktubuna Cavabdeh cavab məktubunda “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının” 8-ci bəndinə istinad edərək iddiaçının Cavabdehndə mənzil növbəsinə götürülməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2000-ci il tarixdə ünvan 1ir rayonunun Sovla kəndində Tağıyevlər ailəsində dünyaya göz açmışdır. Ailədə dörd nəfərdən ibarət olmuşdur: atası- X7, anası-X10, bacısı-X8 və İddiaçı. ünvan 1ir rayonunun Sovla kəndində doğulmağına baxmayaraq, 2003-cü ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün, doğulduğu ünvan 1ir rayonunun Sovla kəndində qeydiyyatda qalmışdır. Həmin kənddə qeydiyyatda olmağına baxmayaraq, orta təhsilini faktiki yaşadığı ərazi üzrə Abşeron rayonu, Ceyranbatan Peşə liseyində almış və həmin liseyi xx.xx.2018-ci il tarixdə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 25 iyul 2018ci il tarixdə həqiqi hərbi xidmətə yollanmış və 01 yanvar 2020-ci il tarixdə tərxis olunmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması üçün əkshücum əməliyyatlarına başlamışdır. Azərbaycan Respublikası Prezidentinin Cənab Ali Baş X12 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuşdur. İddiaçı da bir Vətən oğlu kimi torpaqlarımızı yağı düşməndən azad edilməsi üçün könüllü olaraq döyüş bölgəsinə getmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona üçüncü dərəcəli əllik statusu verilmişdir. O cümlədən Tibb-Sosial Ekpert Komissiyası ona- “uyğunlaşdırıcı reaksiyaların pozğunluğu, mülayim dərəcədə istifadə olunmuş uzun müddətli posttravmatik stress pozuntusu posttravmatik stress pozğunluğu, partlayış travması (xx.xx.2020), boyunun sol yarısının və sol qasıq nahiyəsində kor qəlpə yaralanmasına görə aparılan yaraların birincili cərrahi işlənməsi, yad cisimlərin (metal qəlpə) xaric edilməsicərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, funksiyanın pozulması" diaqnozu qoymuşlar. Hal- hazırda üçüncü qrup Vətən müharibəsi əlili kimi 110 (bir yüz on) manat müavinət və 300 (üç yüz) manat Prezident təqaüdü alır. Əlavə olaraq qeyd edir ki, 23 iyul 2021-ci ildə X11 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və nikahı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1678 nömrəli akt qeydi ilə rəsmiləşdirmişdir. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X9 adlı bir övladı dünyaya göz açmışdır. Yaşamaq üçün mənzili olmadığına görə, atasına məxsus mənzilə sığınmaq məcburiyyətində qalmışdır. Elə bu səbəbdən də mənzil növbəsinə götürülməyi üçün ünvan 1ir Rayon İcra Hakimiyyətinin başçısına xahiş etmişdir. Xahişi nəzərə alınmış və ünvan 1ir Rayon İcra Hakimiyyətinin başçısının 10 yanvar 2022ci il tarixli 02 nömrəli Sərəncam ilə güzəştli şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Lakin faktiki olaraq 2003-cü ildən yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayş evi xx.xx.2022-ci ildə atası X1 mülkiyyətinə verilmişdir. Hazırda ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X1 adına 276 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Fərdi yaşayış evi qeydiyyata alındıqdan sonra bütün ailə üzvləri ünvan 1ir rayonunun Sovla kəndindən qeydiyyatdan çıxaraq, faktiki olaraq yaşadığı ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Faktiki yaşadığı ünvana qeydiyyata düşdükdən sonra yenidən ünvan 1ir Rayon İcra Hakimiyyətinə ərizə ilə müaciət edərək, “Abşeron rayonunda daimi qeydiyyata götürüldüyünü nəzərə alaraq, ünvan 1ir Rayon icra Hakimiyyətində mənzil növbəliliyinin ləğv edilməsini və mənzil növbəsi sənədlərinin Cavabdehnə göndərilməsini xahiş etmişdir". Ərizəsi nəzərə alınmış və ünvan 1ir Rayon icra Hakimiyyətinin başçısının 03 fevral 2023-cü il tarixli, 12 nömrəli Sərəncamı ilə ünvan 1ir Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılmağı və növbəlik sənədlərinin Cavabdehnə göndərilməsi qərara alınmışdır. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-29/2-T7-068/2023 saylı məktubuna əsasən, iddiaçının Cavabdehndə mənzil uçotuna götürülməyi mümkün olmadığından məktuba əlavə edilmiş sənədlər aidiyyəti üzrə geri qaytarılmışdır. Sənədlərinin geri qaytarılmasına səbəb kimi aşağıdakılar göstərilmişdir: “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə götürülürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı olduğundan, cari ildə Cavabdehnə müraciət etmiş, onun yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınmağını xahiş etmişdir. Buna baxmayaraq Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-29/2-T7-068/2023 nömrəli məktubu ilə onun yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınmağından əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismidə qeydiyyata alınması qaydalarını tənzimləyən normaları bu qeydiyyatın həyata keçirilməsi vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür. Belə olduğu halda hesab edir ki, Cavabdeh onun yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmağından imtinası tamamilə əsassız və qanunsuzdur. Ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xəsarət almış, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçüncü dərəcəli əlillik təyin edilmiş və ünvan 1ir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 02 saylı sərəncamı ilə vətən müharibəsi əlili qismində mənzil növbəsinə götürülmüşdür. ünvan 1ir rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul olunduqdan sonra ünvan 1ir rayonundan qeydiyyatdan çıxaraq Abşeron rayonunun ərazisinə qeydiyyata düşərək mənzil uçot sənədlərinin Abşeron rayon İH-nə köçürülməsi məqsədilə ünvan 1ir rayonun İH-nə müraciət edərək mənzil növbəsindən çıxmışdır. Lakin Abşeron rayon İH tərəfindən əsaslı olaraq verilmiş imtina məktubundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edirlər ki, “ Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Raspublikasının Qanununun" 5-ci maddəsinə görə Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Belə ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalan”nın 8-ci bəndinə göstərilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülsünlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Belə ki, iddiaçı ünvan 1ir rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 2022-ci il tarixli, 02 saylı Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Bundan sonra iddiaçı ünvan 1ir rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Abşeron rayonunda daimi qeydiyyata götürülməsi səbəbilə ünvan 1ir rayon İcra Hakimiyyətində mənzil növbəliliyinin ləğv edilməsini xahiş etmişdir. ünvan 1ir rayon İcra Hakimiyyəti Başçısının 03 fevral 2023cü il tarixli, 12 saylı Sərəncamı ilə İddiaçı ərizəsi nəzərə alınmış, ünvan 1ir rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılmış və növbəlik sənədləri Cavabdehnə göndərilmişdir. İddiaçı hazırda Cavabdehndə mənzil növbəsinə götürülmək istəyir. Lakin cavabdeh XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə (yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülür ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar.) istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Tağıyev X5 rayonu, Saray qəsəbəsi, Rauf İbadov küçəsi, ev 74 ünvanında yaşayır. Mənzil X2 məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2003-cü ildən 15 yanvar 2023-cü il tarixə kimi Saray qəsəbəsi keçmiş Arif Heydərov, indiki Rauf İbadov küçəsində 74 saylı evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız, 15 yanvar 2023-cü ildən hazıra kimi qeydiyyatda olmaqla yaşayır. (Cavabdeh Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyul 2023-cü il tarixli, 5-29-2/2-65/2023 saylı məktubu) Tağıyev X5 rayon Saray qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbdə 2006-2015-ci tədris illərində təhsil almış, İX sinfi bitirib şəhadətnamə almışdır. Həmçinin iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlilliyi olan şəxsdir. İddiaçının 2003-cü il tarixdən Abşeron rayonunda yaşaması, 15 yanvar 2023-cü il tarixdən isə qeydiyyatda olmaqla yaşaması, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlilliyinin olması işin mübahisə olunmayan halıdır. Cavabdehin inzibati orqanın imtinası özünün inzibati praktikasına əsaslanan 5 illik pasport qeydiyyatının olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndi şəxsin azı son beş il ərzində Abşeron rayonunda pasport qeydiyyatının olması şərtilə yaşamış olmasını tələb etsə də hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı inzibati orqanın praktikasını müəyyən edən əsas kimi qəbul edilə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə əsasən:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən sərəncamın verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş normaları ilə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma və ondan imtina halları müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq mənzil növbəsinə alınmaq üçün cavabdeh orqana müraciət etmişdir və onun yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmasından imtina edilməsi üçün hərhansı əsas müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın praktikasına uyğun olmasada inzibati orqan öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən üçüncü dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddiaçı fakiki olaraq olaraq beş ildən artıq 2003-cü ildən 15 yanvar 2023-cü il tarixə kimi Saray qəsəbəsi keçmiş Arif Heydərov, indiki Rauf İbadov küçəsində 74 saylı evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız, 15 yanvar 2023-cü ildən hazıra kimi qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda Abşeron rayon Saray qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbdə 2006-2015-ci tədris illərində təhsil almış, İX sinfi bitirib şəhadətnamə almışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mövcud vəziyyətini nəzərə alaraq, öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməli idi. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanununa əsasən: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Abşeron rayonunda mənzil növbəsinə alınma ilə bağlı beş rəsmi qeydiyyat tələbi formasında inzibati orqanın inzibati praktikası olsa da, onun diskression səlahiyyətlərindən istifadə edərək bu praktikaya istisnalar etməsi, həmin səlahiyyətlərin məqsədinə uyğun hesab edilə bilər. Belə ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədi mənzilə ehtiyacı olan əhalinin həsas təbəqəsinə aid sayılan şəxslərin sosial təminatına yardım edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının 44 günlük vətən müharibəsinin iştirakçısı olması, döyüşlərdə iştirak etməsi və aldığı yaralara görə 3-cü dərəcə əlil olması və yuxarıda qeyd edilən digər əsasların da olması səbəbindən onun mənzil növbəsinə alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev